“Sahibkar Xanımlar Akademiyası”

“Sahibkar Xanımlar Akademiyası”

Young Business Factory 2013-cü il avqust ayının 18-də İstanbulda yaradılmışdır. Beynəlxalq şirkət olaraq dünya üzrə 160-dan çox partnyora sahibdir. Əsas fəaliyyət Azərbaycanda və xarici ölkələrdə praktiki profesional təlim, konfrans, online kurs və seminarlar, müxtəlif təhsil proqramlarının keçirilməsini təşkil edir. Young Business Factory 2015-2016-cı ildə 130 üzəri Beynəlxalq Kamp təşkil edib.

Azərbaycan qadınının sahibkarlığa olan marağı yetəri qədər çoxdur amma sahibkarlığa gedən yolda zərif xanımlarımız bir çox problemlərlə qarşılaşırlar. Yalnız xanımlar üçün nəzərdə tutulmuş seminarımız Azərbaycanda olan sahibkar qadınlar və sahibkarlığın sirləri haqqında olacaq.

Düzgün seçilmiş biznes hər kəs üçün əla karyera ola bilir. Biz, gələcək karyeramızı düzgün qurmaq üçün biznesin nə olduğunu, nədən bəhs etdiyini bilməliyik. Təşkil etdiyimiz bu seminarda karyeranın özülünü təşkil edən biznes haqqında iştirakçılara məlumat veriləcək. Seminarın məqsədi xanımları biznes sahəsində təlimatlandıraraq, onlara bizneslərinin qurulmasında dəstək olmaqdır.

Təlim proqramına daxildir:
· Sahibkarlıq nədir
· Uğurlu biznesin şərtləri
· Biznesin qaydalarını öyrənmək
· Yaxşı personal seçmək
· Biznesi qurmaq və gündəlik idarə etmək

Təlimlər 2 günü əhatə edəcək:

14 yanvar 10:00-18:00

15 yanvar 10:00-18:00

Təlimçilər:

Azad Rəhimov – ILO Beynəlxalq Ekspert

Elxan Məmmədov – Maliyyə eksperti

 

Təlimin sonunda iştirakçılar Sertifikat ilə təltif olunacaqlar. 

 

Təlimlərin keçiriləcəyi məkan:

Young Business Factory Ofisi

Ünvan: Caspian Plaza III korpus, 12-ci mərtəbə

Tel: (012) 492 36 67

Mob: (055) 373 50 66

 

Təlimlərdə iştirak tam ödənişsizdir və İştirakçılar Online Qeydiyyat Linki vasitəsilə seçiləcək.


Baxılma sayı (305)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>