Təlim və İnkişaf üzrə Menecer

Təlim və İnkişaf üzrə Menecer

PASHA Holding Təlim və İnkişaf üzrə Menecer vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

• Təlim planı daxilində yerli hədəf auditoriyaları üçün təlim ehtiyacları analizinin hazırlanması;
• Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
• Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;
• Əməkdaşların səmərəli giriş təlimatı proqramlarının təşkil edilməsində dəstəyin göstərilməsi;
• Şirkətdaxili və xarici təlimlərin təşkil olunması;
• Menecerlər ilə müzakirələr və sorğu anketləri vasitəsi ilə təlim proqresinin monitorinq və təhlili;
• Müxtəlif multimedia cihazlarından istifadə, e-təhsil və s. kimi vasitələr ilə tədris mərkəzlərindən kənarda təlim prosesinin qurulmasına (müəyyən edilməsinə) və yeni təlim imkanlarının  yaradılmasına dəstəyin verilməsi;
• Çoxpilləli qiymətləndirmə sisteminin yaradılması və tətbiqi vasitəsilə əməkdaşların işinə treyninqin verdiyi töfhənin qiymətləndirilməsi;
• Təlimlərin idarəedilməsi sisteminin (LMS) dəstəklənməsində yardım;
• Ehtiyac yarandıqda müxtəlif məsələlər ilə bağlı layihələrdə aktiv iştirak;
• Nəticələrin əldə edilməsi üçün qərarların qəbulu zamanı üsul və texnikanın seçilməsi, eyni zamanda qiymətləndirmə meyarlarının tətbiq edilməsi;
• Treyninq təchizatçıları ilə, departament direktorları ilə və s. ünsiyyət qurmaq;
• İşçilərin treyninqlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədi ilə güclü kommunikasiya strategiyasının qurulması.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• İnsan resurslarının idarəedilməsi üzrə və ya ona uyğun sahə üzrə bakalavr dərəcəsi;
• Təlim və inkişaf sahəsində minimum 5 il menecer olaraq iş təcrübəsi tələb olunur;
• İR sahəsində kvalifikasiyanın olması üstünlükdür;
• Daxili treyninq mərkəzi konsepsiyasının anlayışı;
• Layihələrin idarəedilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
• İnsanlarla bütün səviyyələrdə işləmək imkanı verən şəxsiyyətlərarası əlaqə bacarığı;
• Əməkdaşların aydın məlumatlandırılması və konsultasiya edilməsinə imkan verən yazılı və şifahi ünsiyyət qabiliyyəti;
• Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı;
• Təşəbbüskar və yeni ideyalar təklif etmə bacarığı;
• Qoyulmuş tarixlərə və hədəflərə çatmaq üçün təşkilati və planlaşdırma bacarıqları.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Təlim və İnkişaf üzrə Meneceri” qeyd olunmalıdır;
• CV-lər 27 yanvar, 2017-cı il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

 

 

“Young Business Factory” – “Professional English Course”


Baxılma sayı (310)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>