Türkiyədə Ege Universitetində təhsil alan həmyerlimiz Albina Rzayeva ilə müsahibə

Türkiyədə Ege Universitetində təhsil alan həmyerlimiz Albina Rzayeva ilə müsahibə

  1. Son zamanlar xaricdə təhsil almağa maraq artıb. Bir tələbə olaraq xaricdə təhsil almağın səbəblərini bizimlə bölüşərdiz?
  • Hesab edirəm ki, xaricdə təhsil almağa marağın artması sevindirici haldır. Xüsusi ile son illərdə bu yaranmış tendensiyanı nəzərə çarpacaq dərəcədə görməkdəyik. Dünya təhsil sistemi ile bağlı geniş maarifləndirmənin olması, tələbələr üçün daha yaxşı şəraitin yaradılması ve daha çox şansların mövcudluğu xaricdə təhsil almaq üçün önəmli faktorlardandır. Bir tələbə olaraq, xaricdə təhsil almağın əsas səbəbi olaraq daha çox öyrənməyə, biliyə ehtiyacın duyulmasıdır. Zənnimcə oxumağı, araşdırmağı sevməyən birisi bu marağın daşıyıcısı ola bilməz. Fərqli təhsil sistem ilə tanışlıq, müxtəlif metodları öyrənmək, daha yaxşı ve ixtisaslı kadra çevrilərək xalqa xidmət etmək əsas səbəblər arasındadır. Ən vacib səbəb ise xaricdə təhsilin daha keyfiyyətli olmasıdır.
  1. Təhsil aldığınız Universitetin Azərbaycandakı ali məktəblərindən hansı fərqlilikləri var? Bizi qiyabi olsa da tanış edə bilərsinizmi?
  • Oxşarlıq qismən nəzərə çarpa bilər amma fərqli tərəfləri daha çox görməkdəyik. Universitetmizin ərazisi olduqca böyükdür. Buranı kiçik şəhərcik olaraq da görmək mümkündür. Kiçik şəhərcik daxilində fakültə binaları, böyük kitabxanalar, tələbə yataqxanaları, laboratoriyalar, müxtəlif idman növləri ile bağlı geniş məkanlar və.s vardır. Günlərimiz, həftələrimiz bu şəhərcikde keçməkdədir. Qısacası, Universitet evimizə çevrilərək, həyatımızın ayrılmaz hissəsi olubdur. Digər bir diqqətə çarpan məqam isə burada magistatura tələbəsinizsə artıq tələbə statusundan çıxmış olursuz. Siz akademik sahədə araşdırma aparan və bir araşdırmacı olaraq müəllimlərdən və akademik heyətdən diqqət görürsüz. Ümumiləşdirsək, deyə bilərik ki, bizdən fərqli olaraq burada magistatura təhsili alırsızsa elm fədaisi olmaq üçün addım atmış hesab edilirsiz. Bilirsiz mən mövcud vəziyyəti vurğulayıram fərqli cəhətləri isə sizlərə və oxuyucularımıza aydın olacaqdır.. Digər önəmli cəhət isə müəllimlərlə görüş üçün xüsusi gün ve saatlar olur. Həmin müəyyən olunmuş vaxt çərçivəsində müəllimlərlə görüşmək mümkündür, lakin elektron poçt vasitəsi ilə mütəmadi olaraq tələbələri maraqlandıran məsələlərlə bağlı əlaqə saxlamaq mümkündür.
  1. Tələbə həyatı dedikdə fərqli həyat tərzi göz önünə gəlir. Təhsil aldığınız ölkədə bir tələbənin həyatına nələr daxildir ?
  • Çox doğru vurğuladız. Tələbə həyatı tam fərqli axarda olur. Tələbə həyatının əsas şərti yerinden, məkanından asılı olmayaraq vaxtı düzgün bölmək və səmərəli istifadə etməkdir. Onuda qeyd etməliyəm ki, tələbə statusu daşıyan hər kəs standart eyni həyatı yaşamır, şəxsə görə bu dəyişir və fərqli yaşamaq üçün burada əlverişli şərait mövcuddur. Həftənin 4 günü dərs ve dərslərə hazırlıqla keçir. Günlük olarak qismən istirahət etsənizdə, kitablarla daha çox vaxt keçirməli olursuz. Zehni yorgunluğu atmaq üçün idmanla məşğul oluruq. Həftə sonları isə hər kəsin öz seçimi var. Biz daha çox muzeyleri gəzirik, görmədiyimiz yaxın erazide yerleşen yerləri kəşf etməyə çalışırıq ve ya parklarda piknik edirik, qısacası çalışırıq həftə sonunu daha məhsuldar keçirək. İmtahan ərəfəsində isə istirahət az çalışmaq daha çox olur.
  1. Sizin təhsil aldığınız Universitetdə bir tələbə imtahanlara necə hazırlaşır? Universitetlərin kitabxanalarından istifadə şərtləri necədir ?
  • İmtahana hazırlıq mərhələsi tələbənin dərs müddətində çalışma əmsalı ilə çox bağlıdır. Beləki, əgər dərs müddətində mütəmadi olaraq tələbə araşdırma edib daha çox material oxuyubsa öz sahəsi ilə bağlı imtahan müddəti onun üçün çox əziyyətli keçməyəcəkdir. Bizim ixtisasla bağlı kitablarla bərabər, çoxlu sayda əlavə məqalələrdə olur, hansıki bu materialları dərs müddətində oxumalısanki imtahanlardan uğurlu keçmək mümkün olsun. İmtahanlar bizdə olduğu kimi yazılı olaraq həyata keçirilir. Burada Universitetin elektron sistemi yüksək səviyyədə tətbiq edilməkdədir. Azerbaycanda isə bu imkanlar məhdud şəkildə istifadə edilir. Universitet daxilində və kənar kitabxanalarda giriş üçün Universitetin bizə verdiyi tələbə kartından istifadə edirik. Kitabxanalardan istifadə üçün yaradılmış şərait isə olduqca yüksək səviyyədədir. Bizim üçün ən uğurlu hal isə 24 saat fəaliyyət göstərən kitabxanaların olmasıdır. Düzdür indi biz olduğumuz şəhərdə bu imkan zəngin olmasada digər şəhərlərdə bu imkanlardan istifadə etmişik və araşdırma, tətqiqat üçün olduqca əlverişlidir. Ümumiyyətlə bir məsələnidə qeyd etmək istərdim ki, burada sahib olduğumuz tələbə kartı önəmli dəyərə sahibdir, müzeylərdə, gəzintilərdə, restoranlarda, nəqliyyatda bir sözlə tələbəyəm deyərək kartı təqdim etdiyiniz hər yerdə xüsüsi yanaşma mövcuddur. Lakin, ölkəmizdə bu imkanlar məhdud səviyyədədir.
  1. Xarici ölkədə tələbələrin daha çox sərbəst olduğunu deyirlər. İlk günlərdə tələbələrlə müəllimlər arasındakı münasibətlər sizi təəccübləndirdimi? Maraqlı nəsə baş verib?
  • Burada dünyanın 171 ölkəsindən gələn tələbə heyəti ilə eyni ortamı bölüşürük. İndi siz təsəvvür edin müxtəlifliyi və eyni zamanda rəngarəngliyi. Sərbəstlik şəxslərin baxışına görə dəyişir. Təbii qərb mədəniyyətinin təmsilciləri ilə eyni sərbəstlik anlayışını daşımırıq, onlardan fərqli olaraq bizlərin üzərində ailə nəzarəti, mütəmadi diqqət var, eyni zamanda ailə bağları bizlərdə daha möhkəmdir. Burada müəllimlərin əksəriyyəti qərb təhsillidir. Məsələn bizdə daha çox SSR dövründə təhsil alan və həmin nəsilin təsiri ilə yetişən bir akademik heyət vardır, hansiki geyimdən başlayaraq, işlərindədə xüsusi bir səliqə və sistem vardır. Burada isə əksinə Müəllimlə tələbə arasinda xüsusi bir səmimiyyət vardır. Dərslər müzakirə, sual cavab formatında keçməkdədir. Məcburi dərslərlə bərabər, seçməli adlandırılan dərslərdən istəniləni, tələbənin maraq dairəsinə daha yaxın olanı seçə bilirlər.
  1. Təhsil aldığınız müddətdə sizə ən çox çətin gələn nə oldu?
  • Bu müddət ərzində ən çətin olan ailəmdən, sevdiklərimdən uzaq qalmaq oldu. Birdə buradakı yemək kültürünə alışmaq xeyli vaxt aldı. J  Ümumilikdə keçən müddətə nəzər saldıqda çətinliklər olubsada, nəticəsində uğurlar gəlibdir.
  1. Adətlərin, mədəniyyətlərin fərqli olduğu bir ölkədə bir əcnəbi gənc olaraq rastlaşdığın çətinlik nələr oldu?
  • Bu ölkəyə gələndə düşünürdük ki, çətin olmayacaq çünki mədəniyyət baxımından ortaq dəyərlərimiz daha çoxdur. Lakin gözləntilərimizin tam əksi ilə qarşılaşdıq. Ortaq yönlərmizdən çox fərqli tərəflərimiz var. İlk başlarda buradaki mühitə alışmaq, uygunlaşmaq çox çətin oldu. Tək təsəllimiz ortaq problemləri olan xarici tələbələrlə birlikdə ortama uygunlaşmaq üçün çalışmağımız idi. İndi artıq her şey qaydasındadır. Hətta biz yeni gələn tələbə heyətini qarşılayır, onların buradaki cəmiyyətə adaptasiyası üçün lazımı informasiya və dəstəyi göstəririk. İndiki halda ən çətin məsələ yeməkdir. Bizdən fərqli olaraq Ege bölgəsində daha çox vegeterian yemək kültürü hakimdir. )))))
  1. Azərbaycan Vətəndaşı olaraq ölkəmizi təmsil etmək üçün hansı işlər görmüsünüz?
  • Öncəliklə vurğulamaq istərdik ki, xaricdə təhsil almaq eyni zamanda aid olduğun ölkənin səfiri, elçisidə olmaq statutusuna sahiblənmək deməkdir. Bu çox önəmli məsuliyyətdir. Ölkəmiz adına gücümüz yetdikcə çox işlər görməyə çalışırıq. Xocalı Soyqırımın tanıdılması ilə bağlı İzmirdə geniş çaplı konferans təşkil etmişik. Bütün zəhmətləri bir qrup tələbə heyəti öz üzərinə götürmüşdü. Xocalı ilə yanaşı, Azərbaycanın ayrılmaz parçası olan Qarabağımızla bağlı Liseylərdə mütəmadi bilgiləndirmə və tanıtımlar etmişik. Bilirsiz bu tanıtımlar sırasında eyni zamanda insanların nə qədər məlumatsız olduğunu gördük. Daha sonra “ Beynəlxalq Tələbələrin Ölkə Tanıtım Günləri ” çərçivəsində ölkəmizlə bağlı, milli xörəklərimiz, musiqilərimizi, qısacası milli dəyərlərimizi xarici tələbələrə tanıdırıq. Burada olduğumuz müddətdə demək olar ki, tələbə heyətimiz Beynəlxalq Tələbələrlə bağlı təşkil edilmiş bütün tədbirlərin aktiv iştirakçıları oluruq və qeyd etdiyimiz kimi əsas məsələmiz olan Qarabağ həqiqətlərini faktlarla əcnəbi dostlarımızı məlumatlandırmağa çalışırıq. Hal- hazırda da bu çalışmalarımız davam etməkdədir.
  1. Sonda Xaricdə təhsil almaq arzusunda olan gənclərə nə demək istərdiniz?
  • Bilirsiz arzu və istəklərimiz məqsəd olduğu zaman dəyər qazanır. Arzulamaq yetmir, çox çalışmaq lazımdır, çox çalışmaq üçün isə güclü iradə və məqsəd önəmli şərtdir. Amma ən əsası isə inanmaqdır. Məqsədlərə də çatmaq üçün mərhələli şəkildə çalışmaq, addım atmaq lazımdır. Həmkarları mütləq xaricdə təhsil alma ikmanlarını araşdırsınlar və dəyərləndirsinlər. Əgər həmkarlarımda da güclü istək, arzu varsa məqsədli şəkildə çalışsınlar. Mən bütün arzusunda olan gənclərə bu addımı atmağa səsləyirəm yaxşı təhsillə bərabər, ölkədən kənarda tək yaşamaq özü özlüyündə bir təhsil mahiyyətini daşımaqdaır.

Sizə çox təşəkkür edirəm, bizi yad etdiz, fəaliyyətimizlə maraqlandız, buradakı tələbə həyatımızla bağlı məlumatları həmkarlarımızla bölüşməyə şərait yaratdız.

– Maraqlı müsahibə üçün Biz də TurkeyOne komandası olaraq sizə minnətdarlığımızı bildiririk, Albina xanım.

 

Türkiyədə təhsillə bağlı bütün suallarınıza bizimlə peşəkar cavab tapa bilərsiniz.

http://oley.az/?p=15865

Ünvan: Caspian Plaza, 3-cü korpus, 12-ci mərtəbə
Tel: (012) 492 36 67
Mob: (055) 373 50 66
Email: turkeyone@ybf.az

 

15590231_203501456723339_7289406776121024468_n 15589641_203501670056651_8157002968286808085_n 15492300_203501606723324_4246840263288254427_n 15492229_203501376723347_8033807657943895052_n 15492172_203501366723348_7542232466508881556_n 15442194_203501563389995_3971249043811754179_n


Baxılma sayı (1243)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>