Mİlanda təhsil alan həmyerlimiz Urfan Cabbarlı ilə müsahibə

Mİlanda təhsil alan həmyerlimiz Urfan Cabbarlı ilə müsahibə

Bu dəfəki müsahibimiz İtaliyada magistr təhsili alan Urfan Cabbarlıdır. Urfan bəy, özünüz haqqında bizə məlumat verin zəhmət olmasa.

– Mən Urfan Cabbarlı Lənkəran şəhərində doğulmuşam və ilk təhsilimi Lənkəran XDT Gimnaziyasında almışam, sonra 5ci sinifdə keçirilən lisey yarışmasının qalibi olub Lənkəran özəl Liseyində ödənişsiz təhsil alma haqqı qazanmışam. Liseyi bitirəndən sonra TQDK 1ci qrup imtahanından 680 bal yığaraq Qafqaz Universiteti Komputer mühəndisliyi ixtisasına 2010cu ildə daxil olmuşam. Həmçinin Prezident təqaüdçüsü adını da qazanmışam. Sonrasında isə Qafqaz Universitetini bitirəndən sonra magistr təhsilimi xaricdə davam etdirmək qərarına gəldim və sənədlərimi İtaliyadakı Politecnico di Milano universitetinə göndərdim və Management engineering ixtisası üzrə qəbul aldım.

SUALLAR

 1. Son zamanlar xaricdə təhsil almağa maraq artıb. Bir tələbə olaraq xaricdə təhsil almağın səbəblərini bizimlə bölüşərdiniz?

  • Daha geniş imkanlı və fərqli bir mühitdə təhsil almaq istəyi. Eləcə də yüksək reytinqli universitetin imkanlarindan yararlanmaq istəyini demək olar. Fərqli mühit deyərkən başlıca olaraq müxtəlif ölkələrin mədəniyyətlərinə sahib insanlarla taniş olmağı nəzərdə tuturam.

2. Niyə məhz seçdiyiniz universitet?

  • Əslində o qədər də fərq etməzdi Avropanın hər hansı bir başqa universiteti ilə. Amma hazırda təhsil aldığım universitetin də reytinqini nəzərə almışdım təbii olaraq.

3. Təhsil aldığınız universitetin Azərbaycandakı ali məktəblərindən hansı fərqlilikləri var? Bizi qiyabi olsa da tanış edə bilərsinizmi?

  • Düşünürəm ki, tələbənin çalışmaq istəyini nəzərə alsaq bu harada təhsil almağından o qədər də asılı deyil. Sadəcə şərait qismən fərqlidir ki, bunun da fərqinə varmadığımız müddətcə önəmi yoxdur. Təbii ki, təhsil sistemindəki fərqləri və tələbələrin eləcə də müəllimlərin təhsilə olan baxış tərzini görməzdən gəlmək olmaz. Məsələn burada ən çox diqqətimi çəkən, universitetin tədris binasına daxil olarkən heç bir təhlükəsizlik yoxlaması ilə qarşılaşmamaq, eləcə də dərslərdə kimin, hansı dərəcədə iştirakının müəllim heyətinin marağında olmamasıdır.

4. Tələbə həyatı dedikdə fərqli həyat tərzi göz önünə gəlir. Təhsil aldığın ölkədə bir tələbənin həyatına nələr daxildir?

  • Vaxtımızın çox hissəsini universitetdə keçirdiyimizə baxmayaraq, həftə sonlarını əlimizdən gəldiyi qədər monotonluqdan qurtulmaq adına fərqli keçirməyə çalışırıq. Buna dostlarla görüşmək, əyləncə mərkəzlərinə getməyi aid etmək olar.

5. Sizin təhsil aldığınız universitetdə bir tələbə imtahanlara necə hazırlaşır? Universitetlərin kitabxanalarından istifadə şərtlərini necədir?

  • Bu tələbənin seçimindən asılı olaraq, tələbə istər yaşadığı yerdə, istərsə də universitetin kitabxanalarında imtahanlara hazırlaşa bilər. Kitabxanalar gün ərzində açıq olduğu müddətcə oradakı imkanlardan istifadə etmək sərbəstdir.

 

6. Xarici ölkədə tələbələrin daha çox sərbəst olduğunu deyirlər. İlk günlərdə tələbələrlə müəllimlər arasındakı münasibətlər Sizi təəccübləndirmədi? Maraqlı nəsə baş veribmi?

  • Avropa cəmiyyətinin sərbəstliyi təbii ki, tələbələr və müəllimlər arasında da özünü göstərir.

 

7. Təhsil aldığınız müddətdə sizə ən çox çətin gələn nə oldu?

  • Bu zamana qədərki təhsil həyatımda ciddi problemlərlə rastlaşmadığımı deyə bilərəm. Amma hazırki magistratura ixtisasım bakalavr ixtisasımdan fərqli olduğu üçün müəyyən çətinliklərlə üzləşdim.

8.Adətlərin, mədəniyyətlərin fərqli olduğu bir ölkədə bir əcnəbi gənc olaraq rastlaşdığın çətinlik nələr oldu?

  • Əsasən yerli xalqın dilini bilməməyin yaratdığı çətinliyi qeyd etmək olar.

9. Azərbaycan vətəndaşı olaraq ölkəmizi təmsil etmək üçün hansı işlər görmüsünüz?

  • Bildiyiniz kimi buradakı təhsil həyatımın ilk aylarını yaşadığıma görə hələlik heç bir fəaliyyətimiz olmayıb, Amma gələcəkdə universitetimizin təşkil edəcəyi bir çox sərgilərdə iştirak etməyi planlayırıq.

10. Sonda xaricdə təhsil almaq arzusunda olan gənclərə nə demək istərdiniz?

  • Arzularına çatmaqlarını arzulayıram. İnanıram ki, bu çox da çətin olmayacaq.

 

Maraqlı müsahibə üçün təşəkkür edirik :)

  • Sağ olun.

 

 


Baxılma sayı (1606)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>