“Gənc Turizm Bələdçisi” layihəsinə qeydiyyat start verdi !

“Gənc Turizm Bələdçisi” layihəsinə qeydiyyat start verdi !

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Turizm və Menecment Universiteti, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Turizm İnstitutu Məzunları İctimai Birliyinin birgə təşkilatçılğı ilə keçirilən “Gənc Turizm Bələdçisi” layihəsinə start verildi.

“Gənc Turizm Bələdçisi” layihəsi çərçivəsində

– 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik oyunlarında bələdçi qismində fəaliyyət göstərəcək qrupların  yaradılması məqsədi ilə turizm sahəsində təhsil alan, işləyən və könüllü fəaliyyət göstərən yüksək səviyyədə müxtəlif xarici dil biliyinə malik tələbə və gənclər arasından bir qrup iştirakçı seçilərək,  Turizm Bələdçiliyinin bütün nəzəri və praktiki biliklərinin öyrədilməsi məqsədi ilə təlimlər keçiriləcək. Turizm bələdçi texnikası və fəaliyyət istiqamətləri, ölkənin təbliğ olunmasında turizm bələdçiliyinin əhəmiyyətinin vacibliyi gənclərə çatdırılacaqdır. Gənc, təcrübəli və peşəkar turizm bələdçiləri hazırlanacaqdır.
Sonda layihədə iştirak edən şəxslər 3 mərhələli imtahanda (test, Attestasiya Komissiyası qarşısında şifahi imtahan, ekskursiya imtahanı) iştirak edəcəklər, imtahandan uğurla keçən şəxslərə tərcüməçi-bələdçi kimi çalışması üçün müvafiq peşənin akkreditasiyası, ATMU-nun sertifikatı və şəhadətnaməsi təqdim olunacaqdır. Akkreditasiya əldə etmiş şəxslərin adları Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında yerləşdiriləcəkdir.

Təlimin alt başlıqları:

– Azərbaycan Coğrafiyası; (2 gün)
– Etnoqrafiyası; (2 gün)
– Azərbaycan tarixi; (2 gün)
– Arxeologiyası; (2 gün)
– Mədəniyyət və incəsənəti; (2 gün)
– Bələdçi texniki peşə bilikləri; (2 gün)
– Bakı-Abşeron marşrutu üzrə ekskursiya (2 gün)

Təlimçi: Mədəniyyət və Turizm Nazirliyinin Tərcüməçi Bələdçilərin hazırlığı üzrə Attestasiyası Komissiyasının üzvləri.

Qeydiyyatdan keçmək üçün:  atima@atmu.edu.az  elektron ünvanına CV, Şəxsiyyət vəsiqəsinin  və Dil biliklərinizi təstiq edən sənədin skaner olunuş formasın göndərməyiniz tələb olunur.

Son qeydiyyat tarixi:  15 dekabr  2016-cı il

 

 

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 


Baxılma sayı (179)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>