Korporativ Müştərilər üzrə əməliyyatçı

Korporativ Müştərilər üzrə əməliyyatçı

“PASHA Bank” Korporativ Müştərilər üzrə əməliyyatçı vəzifəsi üçün işə qəbul elan edir.

BANK HAQQINDA

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə – aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycanın iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.

Əhatə dairəsi / Strateji öhdəlik

Filial daxilində korporativ müştərilərə yüksək xidmətin təqdim olunması üçün məsuliyyət daşıyır.

Vəzifə öhdəlikləri

• Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi
• Müştərilərin xidmət və məhsullara dair ehtiyaclarının müəyyən edilməsi. Onların tələblərinə yönəldilmiş məhsul çeşidlərinin təklif edilməsi və mövcud olan bütün əməliyyat xidmətlərinin göstərilməsi
• Müştərilərin sorğu və müraciətlərinin daxili prosedur və qaydalara uyğun operativ şəkildə icra olunması
• Müştəri və müştəriyə aid olan bütün məlumatlar və onun maliyyə məsələləri məxfiliyinin qorunması məqsədilə, bütün lazımi prosedurların dəqiqliklə icrası
• İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələbləri ilə üzləşdirilməsi, hər hansı mümkün olan riskli və şübhəli əməliyyatların aşkarlanması və aidiyyatı struktur bölmələrə yönəldilməsi
• Müştəri tapşırıqlarının daxili prosedur və qaydalara uyğun icra olunması

TƏLƏBLƏR

• Ali təhsilin olması;
• Azərbaycan, Rus və İngilis dillərindədə yüksək səviyyədə yazı və şifahi bacarıqların olması;
• Ofis Proqramlarından mükəmməl istifadə bacarığı;
• Sözü gedən sahədə ən azı 2 illik iş təcrübəsinin olması;
• Məsuliyyətli və işində dəqiqlik.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 noyabr 2016-cı il tarixinədək recruitment@pashabank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində nəzərə almaqla “Korporativ Müştərilər üzrə əməliyyatçı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

Baxılma sayı (322)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*