“Young Business Factory” şirkətinin General Manageri Leyla Babayeva ilə müsahibə

“Young Business Factory” şirkətinin General Manageri Leyla Babayeva ilə müsahibə

Dəyərli dostlar, bugünkü müsahibimiz “Young Business Factory”  şirkətinin General Manageri Leyla Babayevadır.

 Salam Leyla xanım.

İstərdik ki, oxucularımıza şirkətiniz haqqında məlumat verəsiniz.

–           Şirkətimiz 2013-cü il avqust ayının 18-də İstanbulda yaradılmışdır. Əsas fəaliyyət Azərbaycanda və xarici ölkələrdə praktiki profesional təlim, konfrans, kurs və seminarlar, müxtəlif təhsil proqramlarının keçirilməsidir.

“Young Business Factory”nin əsas məqsədi nədir?

–           Şirkətimizin məqsədi gənclərin sosial aktivliyini artırmaq, təhsillə bağlı problemlərinin həllində tələbələrə yardım etmək, gənclərin inkişafına töhfə vermək, təhsil, innovasiya və inkişaf üçün əlverişli şərait yaratmaq, ən əsası da elm və təhsilə olan marağı artırmaqdır.

Həmçinin biz hər zaman çalışırıq ki, azərbaycanlı gənclərin dünyaya çıxışını təmin edək, onlara bu istiqamətdə yardım göstərək.  Lakin fəaliyyətimiz bununla bitmir. Şirkətimizin tərkibində müxtəlif xarici dillər də tədris olunur.
Əsasən gənclər hansı xarici dili öyrənməyə maraq göstərir?

  • Əsasən gənclər ingilis və rus dillərini öyrənməyə maraq göstərir.

Sizin kursun digər kurslardan fərqi nədədir?

  • Bizim dil kursları intensiv şəkildə keçirilir. Tələbə dərsləri öncədən təyin olunmuş 3 aylıq xüsusi proqram əsasında öyrənir. Bu da tələbənin daha sürətli danışıq səviyyəsinə çatması ilə nəticələnir.

Dil kurslarının proqramı ilə bizi tanış edə bilərsinizmi?

  • İngilis dili dərsləri həftədə 4 dəfə olmaqla keçirilir. Həftədə 3 dəfə hər dərs 2 saat olmaqla daha praktik şəkildə xüsusi metodla, həftə sonu isə activity, conversation  və şənbə günü movie day olur.

Activity deyəndə nəyi nəzərdə tutursunuz?

  • Belə izah edim ingilis dilini maraqlı gəzintilər, oyunlar, diskussiyalar, debatlar vasitəsilə gəzərək və əylənərək öyrənmək nəzərdə tutulur. Həftəsonları Walk and Talk`lar, English breakfast`lər kimi maraqlı activity`lərimiz olur ki, bu da tələbələrin ingilis dilini əyani şəkildə öyrənərək dünya görüslərini artırır. Aşağıda sizin üçün əvvəlki activity`lərdən olan albomları təqdim edirəm :

1. “Young Business Factory – English Business Breakfast”

2. “YBF – Professional English Course”

3. “Young Business Factory” – “Baku Talking Show Tour”

4. “Young Business Factory” – “English Breakfast”

Bəhs müəllimləriniz kimlərdir?

  • İngilis dilində təhsil almış yüksək iş təcrübəsi olan peşəkar müəllimlərdir.

Sizin kurslara yazılmaq istəyənlər nə etməlidirlər?

  • Bizimlə əlaqə saxlayaraq ödənişsiz sınaq dərsi üçün qeydiyyat edə bilərlər. Sınaq dərsinin məqsədi odur ki, gənclər dərs metodu ilə tanış olub müəllim seçimini özləri etsinlər.

 Müsahibə üçün təşəkkür edirik.

 

  • Buyurun.

 

Ünvan: Caspian Plaza III korpus, 12-ci mərtəbə
Məlumat və rezerv üçün əlaqə nömrələri:
Tel: (012) 492 36 67
Mob: (055) 373 50 66
Email: info@ybf.az

 

 

 

 


Baxılma sayı (886)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>