True Key On – Türkiyədə Təhsil Seminarları

True Key On – Türkiyədə Təhsil Seminarları

Türkiyədə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlər üçün seminar keçiriləcək. Seminarda Türkiyədə təhsillə bağlı suallarınıza cavab və Türkiyə təhsil sistemində olan yeniliklər barədə ətraflı məlumat ala biləcəksiniz

T.C. Yunus Emre Enstitüsü Bakü Eğitim Koordinatörü  cənab Ali İhsan ÇEVİK `in iştirakı ilə baş tutacaq seminarda Türkiyədə təhsil üçün çox VACİB olan TYS (Türkçe Yeterlilik Sınavı) imtahanı və detalları (imtahan tarixləri, tərkibi və s.), pulsuz Türk dili kursları və həmçinin Yunus Emre Enstitüsünün azərbaycanlı müraciətçilərə göstərdiyi xidmətlər ilə bağlı suallarınıza cavab tapa bilərsiniz.

Seminarın məqsədi: 

True Key On açılış nitqi,Türkiyədə bakalavr və magistr təhsili ilə bağlı azərbaycanlı tələbələrin ilkin bilməli olduğu və qəbul olandan sonrakı mərhələlər, həmçinin Türkiye Bursları  haqqındakı məlumatları detallı öyrənə biləcəksiniz. Türkiyədə təhsil almaq istəyən şəxslərə TYS imtahanının əhəmiyyətini, ona hazırlıq qaydalarını, Yunus Emre Enstitüsünün təşkil etdiyi PULSUZ türkcə hazırlıq dərslərinə necə qatılmağın mümkün olduğunu və Türkiyədə təhsillə bağlı digər mühüm detalları Türkiyədə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlərə çatdırmaqdır.
Seminar tam ödənişsizdir. İştirak üçün online qeydiyyatdan keçmək mütləqdir.

Rəsmi  e-poçtumuza (turkeyone@ybf.az ) seminardan öncə göndərilməli olan, “Neden Türkiyede eğitim almak istiyorsun?” sualına Türkiyə türkcəsində ƏN MARAQLI cavab verən 3 NƏFƏRƏ TurkeyONE Türkiyədə təhsil proqramı konsultasiyası pulsuz hədiyyə olunacaqdır.  Seçim Ali İhsan bəy tərəfindən ediləcəkdir.

Online Qeydiyyat Linki

Seminarın vaxtı: 17 Noyabr 2016  saat 17:00- 19:00

Seminarın yeri:    Young Business Factory Training Room

Ünvan: Caspian Plaza III korpus, 12-ci mərtəbə
Məlumat üçün əlaqə nömrələri:
Tel: (012) 492 36 67
Mob: (055) 373 50 66
Email: turkeyone@ybf.az

 


Baxılma sayı (674)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>