“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” adlı Beynəlxalq layihə !

“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” adlı Beynəlxalq layihə !

Gənclər Təşkilatları Milli Şurası və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən “QHT İdarəetmə Akademiyası” (QİDA) Proqramı çərçivəsində ilk dəfə olaraq beynəlxalq təlim kursu formatında xarici ekspertlərin iştirakı ilə “QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsinə start verilir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, ADA Universiteti, Avropa Gənclər Forumu və “AİESEC Qlobal”-ın tərəfdaşlığı ilə həyata keçiriləcək.
“QHT İdarəetmə Akademiyası” (QİDA) Proqramı çərçivəsində keçirilən layihənin əsas məqsədi gənclər təşkilatlarının beynəlxalq sahədə təcrübəsinin artmasına təkan vermək, onların beynəlxalq təşkilatlarda təmsil olunmasına yardımçı olmaq, Avropa Gənclər Fondu, Avropa Gənclər Forumu və digər beynəlxalq platformalar ilə daha yaxından tanış etmək, beynəlxalq layihələrin həyata keçirilməsi üçün Avropa Gənclər Fondunun qrant müsabiqələrinə müraciət qaydalarının öyrədilməsi, BMT Dayanıqlı İnkişaf Məqsədləri haqqında və gənclər təşkilatlarının BMT strukturları ilə əməkdaşlığa dair ətraflı məlumatın verilməsidir.
“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsi iki hissədən ibarət olacaq. Layihənini ilk hissəsində keçiriləcək panel sessiyası “Gənclər Təşkilatlarının Beynəlxalq Təmsilçiliyi və Gənclər Mübadiləsi” mövzusunda Avropa Gənclər Paytaxtı Gəncə şəhərində keçiriləcək. Panel sessiyasında rəsmi nümayəndələrin, yerli ekspertlərin, eləcə də Gəncə şəhərinin fəal gənclərinin iştirakı nəzərdə tutulub. Tədbir zamanı layihə haqqında iştirakçılara ümumi məlumat eləcə də, gəncləri maraqlandıran suallara cavab veriləcək, qonaqlar mövzu ilə bağlı təcrübələrini bölüşəcəklər.
“QHT İdarəetmə Akademiyası” (QİDA) Proqramı çərçivəsində keçirilən layihənin ikinci hissəsi Bakı şəhərində 3 gün ərzində təlimlər şəkilində keçiriləcək. Təlimlər “İctimai vəkillik və lobbiçilik”, “Avropa Fondları vasitəsi ilə Fandreyzinq” və “Davamlı İnkişaf Məqsədləri və Gənclər Təşkilatlarının BMT-də rolu” adlı mövzuları əhatə edəcək. Təlimlər zamanı beynəxalq ekspertlər tərəfindən mövzu ətrafında ilkin biliklər veriləcək. Daha sonra gənclər mövzu ilə bağlı qrup işlərində iştirak edəcəklər. Təlimlərin sonunda bağlanış mərasimində gəclərin təltifetmə mərasimi baş tutacaq.
Qeyd edək ki, Bakı şəhərində  keçiriləcək təlimlərdə 60 gənc iştirak etmək şansı qazanacaq. Təlimlərdə iştirak etmək üçün 20 noyabr 18:00-a qədər www.qida.nayora.az  portalına daxil olmaqla müraciət formasını doldura bilər.

Təlimin işçi dili: İngilis dili
Qeydiyyat üçün son müraciət tarixi: 20.11.2016-cı il, saat 18:00
Qeydiyyat üçün link: http://www.nayora.az/announcements2,143/lang,az/
Məkan: Bakı şəhəri, ADA Universiteti (Əhmədbəy Ağaoğlu küçəsi)
Qeyd: Təlimlərin 80% da iştirak etmiş şəxslərə şəhadətnamə veriləcək.  

 

 

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 


Baxılma sayı (431)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>