10cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil Sərgisi

10cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil Sərgisi

Sizi sərgini ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!

Diqqətinizə çatdırırıq ki, iştirakçı şirkətlərin tərkibi ilə əlaqədar olaraq, “Education” (“Təhsil”) sərgisinə giriş yalnız aşağıda sadalanan şəxslər üçün açıqdır:

  1. 9-11-ci sinif şagirdləri
  2. Abituriyentlər
  3. Tələbələr
  4. Bu sənaye sahəsinin peşəkarları
  5. Valideynlər

Diqqət: 
Aşağıda göstərilən şəxslərin sərgiyə daxil olmalarına icazə verilməyəcək:
Məktəbəqədər yaş dövründə olan uşaqlar, o cümlədən 1 – 8-ci sinif şagirdləri (istər valideynlərin müşayiəti ilə, istərsə də valideynlərsiz).

 

PEŞƏKAR ziyarətçi qeydiyyatı

FƏRDİ ziyarətçi qeydiyyatı (daimi iş yeri olmayan üçün)

TƏLƏBƏ və ya ŞAGİRD qeydiyyatı

 

SAHƏNIN BÜTÜN PROFESSIONALLARINI BİR ARAYA GƏTİRƏN UNİKAL İŞGÜZAR PLATFORMA

7-9 oktyabr tarixində Bakı Ekspo Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi – Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə təşkil olunan 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil sərgisi öz işinə başlayacaq. Ənənəvi olaraq, “Təhsil” sərgisi “Karyera” sərgisi ilə eyni vaxtda keçirilir və həm öz miqyasına, həm də tərkibinə görə Azərbaycanda təhsil xidmətləri üzrə ən böyük tədbirdir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Bu il “Təhsil” sərgisində Azərbaycan, Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər. Sərgidə milli stendlərlə Polşa (“Go Poland”) və Litva (“Study in Lithuania”) çıxış edəcəklər.

Azərbaycanı təmsil edən təhsil müəssisələrinin siyahısında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti və “CELT Colleges” yer tutub. Sərgidə hər il fəal iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin stendində isə nazirliyin yaxın illər üçün plan və proqramları barədə informasiya təqdim olunacaq.

Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq. Bu il “Təhsil” sərgisində ilk dəfə Beynəlxalq Sabis Sun Məktəbi məktəbəqədər təhsil programıyla iştirak edəcək. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər xüsusunda onları maraqlandıran suallar vermək, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək imkanına malik olacaqlar.

Sərgidə “Lukas-Nuelle” və “Eduguide” şirkətləri tərəfindən “Təhsil müəssisələri üçün müasir avadanlıqlar və multimedia sistemləri” sektoru çərçivəsində laboratoriya avadanlıqları, interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompyuterlər nümayiş olunacaq.

Beləliklə, sərgi bir daha təhsil sahəsində çoxsaylı seçim imkanları təklif edən unikal platformaya çevriləcək. “Təhsil” sərgisinə giriş 9-11-ci sinif şagirdləri, eləcə də onların valideynləri, habelə abituriyentlər, tələbələr, məktəb direktorları, universitetlərin rektorları, təsərrüfat işləri üzrə prorektorlar və təhsil sahəsinin digər peşəkarları üçün açıq olacaq.

Artıq sərginin saytında ekspress-qeydiyyat fəaliyyət göstərir. Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri metronun “Koroğlu” stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq. Sərgi öz işini oktyabr ayının 9-nə kimi davam etdirəcək.


Baxılma sayı (336)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>