Young Business Factory şirkətinin Layihə Meneceri Tahir Ələkbərov ilə müsahibə.

Young Business Factory şirkətinin Layihə Meneceri Tahir Ələkbərov ilə müsahibə.

  • Salam Tahir bəy, zəhmət olmasa özünüz haqda oley.az saytının oxucularına məlumat verin.

 

Mən Tahir Ələkbərov –  Azərbaycan Dövlət İqtisad Universitetinin IIİ kurs tələbəsiyəm, hal-hazırda Young Business Factory şirkətində lahiyə meneceri vəzifəsində çalışıram.

  • Lahiyə haqqında məlumat verə bilərsiniz?“ Budapest Business Program ” çərçivəsində Macarıstanın  6 prestijli iş mərkəzinə biznes turlar təşkil ediləcək. Proqram 23-29 May tarixlərində baş tutacaq, 7 gün ərzində iştirakçılar həm özəl, həm də dövlət müəssələrinin iş gedişi ilə tanış olacaqlar, müxtəlif seminarlarda iştirak edəcək, beynəlxalq biznes sistemləri ilə əyani şəkildə tanış olacaqlar. Proqaramda 45-a yaxın gəncin iştirakı nəzərdə tutulub. “ Budapest Business Program ”ın sonunda iştirakçılar beynəlxalq sertifikatla təltif olunacaqlar.
  • Proqramın keçirilməsində məqsəd nədir?

Düşündük Azərbaycan gəncləri balanslı şəkildə xarici şirkətlərdə biznes mühitindəki real praktikalarla tanış olsunlar.Bu eyni zamanda onlara Şirkət rəhbərləriylə görüşmək imkanı,və ən mühüm amil olan xarici praktikanı öz ölkəmizdə tətbiq etmələri üçün böyük şans yaradacaq.Budapest istər özəl, istərsədə dövlət sektorunda davamlı inkişafı yüksək səviyyədə qiymətləndirilir.” Young Business Factory “ şirkəti olaraq “ Budapest Busines Program “ gəncləri düşünür və onların kariyeralarında mühüm dəyişliklərə səbəb olacaqdır. YBF bir neçə ildir ki, Türkiyənin müxtəlif şəhərlərində istər təhsil, istərsə də biznes proqramları təşkil edir.Tbilisi,London və bir çox ölkələrdə biznes və gəzinti turları təşkil etmişdir.Bu il daha da çox gəncin beynəlxalq biznes mühiti ilə tanış olması üçün “ Budapest Business Program” ı  təşkil etməyi düşündük.

  • Proqram çərçivəsində hansı iş mərkəzlərinə gedişlər nəzərdə tutulub?

“ Budapest Business Program” çərçivəsində 6 iş mərkəzinə biznes-turun həyata keçirilməsi nəzərdə tutulub.

International Business School – Azərbaycan tələbələrinin tur zamanı biznes məktəbinin bir çox proqramları haqqında məlumat əldə etmək şansı və bu proqramlara qatılmaq kimi şanslar əldə edə biləcəklər.Bildiyimiz kimi Budapeşt Beynəlxalq Biznes Məktəbi Macarıstanda və Böyük Britaniyada qeydiyyatdan keçmiş ali təhsil müəssisəsidir.

Microsoft Corporation – bildiyimiz kimi dünyada ən böyük iki transmilli şirkətlərdən biri olan Microsoft şirkəti daha çox İT sahəsi ilə maraqlı olan tələbələrimiz üçün daha çox praktiki biliklər verəcəkdir.Düşünürük ki , department rəhbərlərindən qazandığı biliklər tələbələrin bu sahədə bilikləri üçün olduqca əhəmiyyətli olacaqdır.

Hungarian Parliament Buildingdünyanın 3-cü ən böyük parlamenti olan binaya getmək və eyni zamada rəsmi nümayəndələrlə görüşlərimiz bu artıq Azərbaycan və Macarıstan arasında bir növ sıx əlaqlərin yaaranmasına səbəb olacaqdır.

Wizz Air Macarıstan Hava Yolları MMC -2003-cü ilin Sentyabrında qurulumuş Wiz Air hava yolları Budapeştdə List Ferenç Hava Limanında yerləşir. 2011-ci ilin statistikasına əsasən, Wizz Air 11 milyon sərnişin daşımışdır.Bu rəqəmlər göstərir ki, həqəqtən də müştərilərdə inam yaratmış və yüksək keyfiyyət sərgiləyir.

IBM – International Business MachinesBudapest biznes turu zamanı İBM transmilli şirkətinə də həmçinin turumuz nəzərdə tutlub. Əsası 16 iyun 1911-ci ildə qoyulub. IBM 19 ildir ki, ən çox patenti olan ABŞ şirkətidir. IBM-in fəaliyyətinin maliyyə əsasları onun nəzdində fəaliyyət göstərən IBM Global Financing (qısaca IGF) tərəfindən həyata keçirilir.

Prezi Company – Çıxışlarımızda istifadə etdiyimiz Prezi software proqramını həmin şirkətdə işləmə prosesinin çox maraqlı olduğunu düşünürük. Təbii ki, rəsmi biznes-turlardan başqa Budapestin müxtəlif görməli, tarixi yerlərinə də ekskursiya təşkil olunacaq.

  • Proqram gənclərə nə kimi fayda verəcək?

“Budapest Business Program” lahiyəsində iştirak edəcək gənclər 7 gün ərzində müxtəlif sahələrdə olan biznes sistemlərlə tanış olacaqlar.Beynəlxalq idarəetmə prosedurlarının necə işlədiyini və qaydalarını peşəkarların dilindən eşidəcək, və öz suallarını bu peşəkarlara vermək şansını qazanacaqlar.Nəzərə alsaq ki bütün turlar zamanı keçiriləcək Seminarlar və Traininglər bu artıq real nəticə deməkdir. Əlbətdə  sonda biznes tur iştirakçıları Beynəlxalq sertifikatla təltif olunacaqlar.

  • Proqrama nələr daxildir?  

Proqrama yuxarıda da  qeyd etdiyim kimi bütün iş mərkəzlərinə olan biznes-turlar, Bakıdan- Budapest  və geriyə nəqliyyat xidməti, 7 gün ərzində rahat hoteldə gecələmə, gün ərzində 3 dəfə qidalanma və Budapest şəhər ekskursiyası daxildir. Həmçinin, hər bir iş mərkəzi tərəfindən iştirakçıları xüsusi hədiyyələr gözləyir. Son gündə təşkil olunacaq musiqili-əyləncəli party və təbii ki, ən əsası unudulmaz 7 günün “ Budapest  Business Tour” un qiyməti sadəcə 260 euro-dır.

 

  • Təşəkkürlər !
“Young Business Factory” – “Budapest Business Program”




Baxılma sayı (585)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>