Bakıda İsveçrə mətbəxi ilə bağlı Master Klass keçiriləcək

Bakıda İsveçrə mətbəxi ilə bağlı Master Klass keçiriləcək

2016-cı ilin 14 aprel tarixində Bakı Bulvar Otelində İsveçrənin Azərbaycandakı səfirliyi tərəfindən Beynəlxalq Fransız dili və Frankofoniya həftəsi ərzində keçirilən tədbirlər çərçivəsində İsveçrə mətbəxi ilə bağlı Master Klass keçiriləcək. Master Klassda İsveçrədən olan aşpaz Pascal Aubert, Fransadan olan aşpaz Thibault Bera və Azərbaycanlı Aşpaz Orxan Muxtarov praktiki bişirmə texnikalarını nümayiş etdirəcəklər. Onların hər biri yalnız yerli məhsullardan istifadə etməklə xüsusi milli reseptlər və hazırlanma qaydasını təqdim edəcəklər. Tədbirdə Azərbaycan Milli Kulinariya Assosiyasiyasının tələbləri və seçilmiş aşpazlar iştirak edəcəklər. Master Klass 14:00-17:00 saatlarında keçiriləcək.

Qeyd edək ki, tədbir Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində İsveçrə səfirliyi tərəfindən təşkil olunmuşdur. Master Klassın məqsədi Kulinariya Akademiyasının seçilmiş tələbələrində və qabaqcıl mehmanxana və restoranların yerli aşpazlarına yerli məshullardan istifadə etməklə Azərbaycan, İsveçrə və Fransanın müxtəlif yeməklərinin hazırlanma qaydalarını təqdim etməkdir.

Baxılma sayı (391)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*