1-ci Azərbaycan Autizm Simpoziumu

1-ci Azərbaycan Autizm Simpoziumu

Aprel Autizim Maarifləndirmə Ayı ərəfəsində silsilə məlumatlandırıcı tədbirlər keçiriləcəkdir. Bunlar arasında məlumatlanmanı daha da artırmaq üçün seminarlara xüsusi yer veriləcək. Bunun üçün Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikası, Azərbaycan Tibb Universitetinin Psixiatriya Kafedrası, İctimai Səhiyyə İslahatları Mərkəzi (İSİM), “Birgə və Sağlam” İctimai Birliyi və “Lider Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə “1-ci Azərbaycan Autizm Paneli” keçiriləcəkdir. Paneldə həkimlərimiz İkram Rüstəmov, Kamran Salayev, Ceren Evcen Baxış və Rima İbadovanın çıxışları olacaqdır.

Paneldə müzakirə ediləcək mövzular aşağıdakı kimi olacaq:

1. Həkim İkram Rüstəmov – Autizmin Etiolojik Səbəbləri;

İkram Rüstəmov 1997-2003-cü illərdə İstanbul Universiteti, Cərrahpaşa Tibb Fakültəsi, İngiliscə Tibb Departamentində Tibb Təhsili, 2004-2009-cu illərdə isə İstanbul Universiteti, Cərrahpaşa Tibb Fakültəsi, Pediatrik Psixiyatriya, Pediatrik Nevrologiya və Psixiyatriya kafedralarında uzmanlıq təhsili , 2014 – 2015-ci illərdə Harvard Universiteti Ictimai Saglamliq Fakultesində Biostatistik, Epidemiologiya ve Elmi tedqiqatlarin etik aparilma prinsipleri ile əlaqəli təhsil almışdır. Hal-hazırda Tibb Universitetinin Psixiatriya kafedrasında dərs deyir.

2. Həkim Kamran Salayev – Autizm Spektr Pozuntularına Müdaxilə və Müalicə Metodları;

Kamran Salayev 1995-2001-ci illərdə Azərbaycan Tibb Universiteti Pediatriya fakultəsi, 2003-2007-ci illərdə Yaponiyanın Tohoku Universiteti Pediatriya bölümü, Kohnan Nevrocərrahiyə Xəstəxənası Magnetoensefalaqrafiya şöbəsində təhsil almışdır. 2008-ci ildən Azərbaycan Tibb Universitetinin Uşaq nevroloji xəstəxanasında çalışır.

3. Həkim Ceren Evren Baxış -Autizm Spektr Pozuntularının Klinik Xüsusiyyətləri;

Ceren Evcen Baxış 2002-2008-ci illərdə Adnan Menderes Tibb Universitetinində, 2009-2013-ci illərdə Dokuz Eylül Tibb Universitetinin Uşaq və Yeniyetmə Ruh Sağlığı və Xəstəlikləri kafedrasında, 2012-ci ildə Amerikada “Emosional Mövcudluq” üzrə, 2011-2014-ci illərdə İngiltərədə “Psixoanalitik Oyun Terapiyası” üzrə təhsilini almışdır. 2015-ci ildən etibarən Baku Medical Plazada işləməyə başlamışdır.

4. Həkim Rima İbadova – Autizmlə Yanaşı Görülən Nevroloji Xəstəliklər; Rima İbadova 2000-2006-cı illərdə Azərbaycan Tibb Universiteti Pediatriya fakultəsinin Uşaq Nevrologiyası bölümündə təhsil almışdır. 2012-2013-cü illərdə Gazi Xəstəxanasının Uşaq Nevrologiyası şöbəsində çalışmışdır. Hal-hazırda Bakı Medistyle Klinikasında çalışır.

5. Həkim Nigar Sadıyeva – Autizm sindromlu şəxslərin pediatrik problemləri; Nigar Salyeva 1994-2000-cü illərdə Azərbaycan Tibb Universitetinin, Pediatriya fakultəsini bitirmişdir. 2006-2007-cı illərdə Hacettepe Universiteti Tibb Fakultəsi İhsan Doğramaçı adına Uşaq Xəstəxanasında Uşaq Saglamlığı ve Xəstəlikləri Kafedrasında, Neonatologiya, RİT, Gastroenterologiya, Hepatologiya və Diyet Bölümlərində ixtisasartırma kurslarını keçmiş, Hacettepe Universiteti İnkişaf Pediatriyası Bölümündə – Bayley-3 və Denver-2 İnkişafı Qiymətləndirmə Testlərini öyrənərək yetərlilik sertifikatını almışdır. 2014-2015 illərdə Harvard Universitetində İctimai Sağlamlıq Fakultəsində (Post Doc Research Fellow) təhsil almışdır. Hazırda ATU-nın Tədris-terapevtik klinikasının I Pediatriya şöbəsində stasionar xəstələrin müalicəsi, klinikanın Konsultativ-diaqnostik poliklinikasında ambulator xəstələrin qəbulu, uşaqlarda sinir-psixi inkişafın qiymətləndirilməsi, inkişaf geriliklərinin erkən aşkarlanması ilə məşğuldur. 20-dən çox elmi işin və uşaq inkişafına yardım üçün nəzərdə tutulmuş kitabın müəllifidir.

5. Aytən Eynalova – Autizm sindromlu uşaqların ailələri ilə aparılan iş.

Aytən Eynaolva 1995-1999-ci illərdə Gazi Universitetinin Pedaqogika fakultəsinin Biologiya və İbtidai sinif müəllimliyi, 2012-2014-cü illərdə Qafqaz Universitetinin Pedoqogika fakultəsinin Ümumi Pedoqogikası üzrə magistr təhsilini almışdır. 2015-ci ildən Qafqaz Universitetində Ümumi Pedoqogika üzrə doktorantura etməkdədir. 2012-ci ildən etibarən qurduğu “Birgə və Sağlam” İctimai Birliyinin sədridir.

Yer: Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikası, Konfrans Zalı

Vaxt: 9 Aprel Saat 11:00

Qeydiyyatdan keçməyə ehtiyac yoxdur.

Maraqlanan hər kəs iştirak edə bilər.

Giriş sərbəstdir.

 

 

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”


Baxılma sayı (385)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>