Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə təcrübəçi

Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə təcrübəçi

DəmirBank ASC Risk Departamentinin Kredit Risklərinin İdarə Olunması şöbəsinə təcrübəçiləri seçim prosesinə dəvət edir!

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:

 Kredit risklərinin ölçülməsi məqsədilə müxtəlif yeni metodların, o cümlədən reytinq və scoring metodlarının, vintaj analizinin, miqrasiya matrisinin hazırlanmasında iştirak edir;
 Mütəmadi olaraq kredit portfelinin keyfiyyət tendensiyalarının izlənməsi və müəyyən edilmiş dövrülükdə hesabatlarla tanış olur;
 Filialların kredit portfelinin keyfiyyətini əsas götürməklə reytinq metodologiyasının hazırlanması, təkmilləşdirilməsi ilə bağlı təkliflərin  verilməsi və qəbul edilmiş təklifləri icra edilməsi prosesini öyrənir:
 Kredit sahəsində aşkar edilmiş nöqsanların və çatışmazlıqların müvafiq struktur bölmələr tərəfindən aradan qaldırılması barədə öz təkliflərinin verilməsi və qəbul edilmiş təklifləri icra edilməsi prosesi ilə tanış olur;
 Bankda kredit riski səhəsində (kredit potfeli daxil olmaqla) müvafiq metodologiya əsasında stres-testlər keçirilməsində iştirak edir;

Namizədə qarşı tələblər:

 İqtisadiyyat sahəsində ali təhsil (magistr dərəcəsi arzuolunandır);
 Analitik düşünmə qabiliyyəti;
 Güclü statistika bilikləri (ekonometrika, modelləşdirmə və proqnozlaşdırma);
 Yüksək səviyyədə Microsoft Excel bilikləri (formulalar və cədvəllərlə işləmək);
 Sərbəst işləmə bacarığı;
 Komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 09 mart 2016-cı il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə təcrübəçi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

 

 

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”


Baxılma sayı (1027)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>