Rumıniyanın Babeş – Bolyai Universitetində təhsil alan Əhmədov Zamiq ilə müsahibə.

Rumıniyanın Babeş – Bolyai Universitetində təhsil alan Əhmədov Zamiq ilə müsahibə.

Salam Zamiq bəy zəhmət olmasa özünüz və fəaliyyətiniz haqqında oley.az saytının oxucularına məlumat verin.

Salam, Mən Əhmədov Zamiq 1992-ci il yanvarın 1-i Kürdəmir rayonunda anadan olmuşam. 2009 cu ildə Nizami rayonu 220 sayli litsey məktəbi bitirdikdən sonra, elə həmin il Bakı Biznes Universitetinin Marketinq ixtisasina qəbul oldum. Universitet illərində çalışdığım qədər sosial aktiv fəaliyyətlər ilə məşğul olmaq istəmişəm. Bu səbəbdən Universitet TGT-də fakultə rəhbəri olmuşam, bundan başqa ATGTİ, İrəli, Debat Cəmiyyəti kimi təşkilatların müxtəlif layihələrində iştirak etmişəm. 2013-cü ildə BBU-dan məzun olduqdan sonra magistratura imtahanında uğurlu nəticə gostərərək Azərbaycan Turizm İnsitutuna ( hazırkı Azərbaycan Menecment və Turizm Universitetinə) Marketinq ixtisası üzrə dövlət sifarişi üzrə qəbul oldum. Bu müddət ərzində həmdə, Bakı Biznes Universitetində yeni yaradılmış Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsində çalışdım. Daha sonra Erasmus Mundus proqramına müraciet edərək 2 universitetdən qəbul aldim. Hazırda təhsilimi Rumıniyanın ən böyük və qədim dövlət universiteti olan Babeş-Bolyai Universitetində magistratura dərəcəsi üzrə Beynəlxalq Biznes İnzibatçılığı ixtisaında davam etdirirəm.

2 universitetdən təklif aldığınız təqdirdə niyə məhz Babeş – Bolyai Universitetini seçdiniz?

Onu qeyd etmək istərdim ki, xaricdə təhsil almaq hər bir tələbə kimi mənim də böyük arzum olub. Hər zaman vətənimizi xarici ölkələrdə təmsil etmək istəmişəm və çox şadam ki, bu mənə nəsib oldu. Erasmus Mundus proqramına müraciət edərkən 2 universitetdən dəvət alacağımı gözləmirdim, lakin Ruminiyanın Babeş-Bolyai və Fransanın Paris-Est Universitetlərindən dəvət aldım. Onlar arasında seçim etmək mənim üçün həqiqətən çətin oldu. Hətta proqramdan deadline bitmısinə rəğmən mənə əlavə vaxt verildi ki, fikrimi qətiləşdirim. Ancaq hər iki ölkənin və hər iki universitetin özünə görə üstünlükləri var idi. Ən əsas səbəb təhsil müddəti 1 il olduğu üçün Paris-Est Universitetinin təhsil təklifini qəbul etmədim. Çünki təhsil müddəti full deyildi və mobility sonunda mən diplom deyil sadəcə transkript almalı idim. Universitet sadəcə 60 kredit tıklif edirdi. Buda istədiyim bir sıra fənnləri götürməyimə mane olurdu. Amma Babeş-Bolyai Universiteti mənə 2 illik full degree master təklif etdi (bunun nəticəsində bu il bu universitetin diplomunu ala biləcəm) və verdiyi təhsil çox yüksək olduğu üçün bu universitetin təklifini qəbul etdim. Hətta cənab prezident İlham Əliyev bu universitetin fəxri doktorları sırasındadır.

Babeş Bolyai universitetini seçdiyiniz zamankı gözləntilərinizi təhsil aldığınız dövrdə ala bildinizmi? universitet sizin istəklərinizi dogrultdumu?

Əlbəttə. Dediyim kimi Universitetlər arasında seçim edərkən bir neçə gün hər iki universiteti araşdırdım. Buradakı təhsil bakalavr dərəcəsi üzrə əsasən nəzəri aspektləri özündə cəmləşdirsə, magistratura dərəcəsi üzrə isə əsasən praktiki aspektdən təhsilə yanaşırlar. Universitetdə Ruminiyanın ən yaxşı Biznes ve Menecment ixtisası üzrə professor heyyəti cəmləşib. Eləcədə onlar, Ruminiyada fəaliyyət göstərən ən iri və beynəlxalq şirkətlərdə rəhbər vazifələrdə çalışırlar. Misal olaraq Banca Transilvania, KPMG, PwC, Emerson, Evalueserve, Rompetrol və bir sıra digər şirkətlərin nümayəndələri semsestr ərzində bizə hər bir fənnin həm nəzəri həm də praktiki yanlarını öyrədirlər. Bundan başqa mən oxuduğum fakultə Transilvania Business School-da adlanırki, buda Ruminiyada ilk və yeganə Business school-dur. Bundan başqa qeyd etmək istərdim ki, universitetin beynəlxalq əlaqələri çox yüksək səviyyədədir. Hər semestr Almaniyan, Niderlanddan, Belçikadan, Fransadan, Avstriyadan professorlar dəvət edərək onların bizə 7-10 günlük seminarlarını yaxud xüsusi dərslərini təşkil edirlər. Deyə bilərəmki universitetdən və fakultədən gözlədiyim hər bir nüans həyata keçirilib.

Xaricdə təhsilin karyeranıza nə cür fayda verdiyini düşünürsünüz?

Mən hər zaman xaricdə təhsilin karyera üçün bir üstünlük olduğunu düşünmüşəm. Çünki xaricdə təhsil bir insana, bir tələbəyə əvəzsiz təcrübə, imkanlar, üstünlüklər qatır. Ruminiyada keçirdiyim 2 il müddətində əldə etdiklərimi saymaqla bitirmək olmaz, hansıkı kariyeramda mənə çox koməyi dəyəcək. Burada elə insanlarla görüşdüm , onların təcrübələri ilə yaxından tanış oldum ki, bu nəinki kariyearamda gələcək həyatımdada mənə açar rolunu oynaya bilər. Ruminiyaya gəldikdən sonra enerji sahəsi üzrə maraqlanmağa başladım. Bunun əsas səbəblərindən biri kimi SOCAR -in Ruminiya bazarında olması oldu. Bunun nəticəsində dissertasiya mövzumuda Azərbaycanın SOCAR-in timsalında Avropa enerji bazarında (xüsusi ilə Ruminiya və şərqi Avropada) rol seçimini etdim. Və fevral ayından etibarən SOCAR Romania- nin Buxarestde yerləşən ofisində təcrübə keçib bu barədə biliklərimi artırmaq imkanı qazanacam. Fürsətdən istifadə edib bu şəraiti yaratdığı üçün SOCAR Romania-nin prezidenti Həmzə Kərimova dərin təşəkkürümü bildirirəm. Xaricdə təhsil karyera üçün üstünlükdür əgər bir insan ondan yaxşı mənada faydalana bilərsə.

Xaricdə təhsil almaq istəyən tələbələrə nə demək istərdiniz? nə cür məsləhətləri vermək istərdiniz, necə olmalıdırlar nələrə diqqət yetirməlidirlər?

Belə deyim əgər xaricdə təhsil almaq istəyiniz varsa bunu sırf təhsil xətrinə edin. Oradakı təhsildən, şəraitdən yararlanmaq üçün, imkanlardan istifadə etmək üçün edin. Xaricdə təhsil aldım qayıtdım zehniyyəti ilə bu məsələyə yanaşılmamalıdır. Fikirləşin bu təhsil sizə nə verəcək. Daha sonra ola bilər ki, ilk müraciyətdən, cəhddən sonra istəyiniz alınmasın, qəbul ala bilməyəsiniz amma ümidinizi, istəyinizi itirməyin ürəkdən yanaşın bu məsələyə. Əgər həqiqətən bunu ürəkdən istəyirsinizsə gec-tez onu əldə ecəcəksiniz. Bu nəinki təhsilə həyatın hər bir anına aiddir. Daha sonra bəzi gənclərimiz varki, maddi çətinlik ucbatından bu arzularını reallaşdıra bilmirlər lakin, xaricdə təhsil ilə bağlı müxtəlif scholarship-lər , grand-lar, və digər təqaüd proqramları varki sizin bir çox xərclərinizi qarşılaya bilərlər onlari araşdırın və müraciyət edin. Məqsəd qoyun, mübarizə aparın və əldə edin!

Maraqlı məlumatları bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik YBF. 

Uğurlar.

Xaricdə təhsil üçün bizə Müraciət edə bilərsiniz.

Ünvan Caspian Plaza 3 cü korpus 12 ci mərtəbə 

Əlaqə: (012) 492 36 67 ; + 994 55 373 50 66

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

 

12575910_1129733110393640_169651899_n 12584147_1129733097060308_998106478_n 12606875_1129733093726975_345822041_n 12607174_1129733087060309_617496962_n 12607296_1129733080393643_1853809450_n 12626137_1129733077060310_1172848482_n - копия


Baxılma sayı (1643)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>