Estoniyanın Tartu Universitetində təhsil alan 17 yaşlı Rüfət Dərgahlı ilə müsahibə.

Estoniyanın Tartu Universitetində təhsil alan 17 yaşlı Rüfət Dərgahlı ilə müsahibə.

Salam Rüfət bəy, zəhmət olmasa özünüzü oley.az saytının oxucularına təqdim edin. 

Mən Rüfət Dərgahlı, 17 yaşım var. Hal-hazırda Estoniyanın Tartu Universitetində biznesin idarə olunması üzrə bakalavr təhsili almaqdayam. Bundan əlavə, 2008-ci ildən ətraf mühitin qorunması sahəsində aktiv olaraq sosial fəaliyyətlə məşğul olmaqdayam. Ölkənin ən geniş miqyaslı ətraf mühit proqramı – SPARE-də (Enerji Resurslarından İstifadə üzrə Beynəlxalq Məktəbli Layihəsi) Sosial Media Meneceri olaraq fəaliyyət göstərməkdəyəm. Komandadan uzaq olmağıma baxmayaraq proqramın bir çox online fəaliyyətlərini Estoniyadan yerinə yetirirəm (sosial media platformları, bloq və.s). Bundan başqa Plant for the Planet (“Planetimiz üçün ağac əkək”) beynəlxalq ətraf mühit təşkilatında əsas komandanın üzvüyəm və orada Azərbaycanı təmsil edirəm. Bu sahələr üzrə uğurlarıma gəlincə isə 2010-cu ildə Norveçdə Ətraf mühitin mühafizəsi üzrə 33 ölkələri arasinda 2 il müddətinə Gənc səfir seçilmişəm və ölkəmizi bu beynəlxalq platformda təmsil etmişəm. 2013-cü ildə artıq İNEPO-nun (Ətraf Mühit üzrə beynəlxalq layihə olimpiadası) bürünc medalçısı idim.
Hal-hazırda youtube kanalımda tələbələrimizə öz təcrübəmdən məlumat verməkdəyəm. Düzdür bu sahə üzrə hələ çox yeniyəm ancaq düşünürəm ki, gənclərimiz az da olsa mənim paylaşdığım məlumatlardan yararlana bilirlər.
İdman fəaliyyətimə gəlincə isə, hazırda universitetin futbol komandasında məşqlərə qatılıram və müxtəlif futbol çempionatlarında iştirak edirəm.

Xaricdə təhsil almaq qərarına necə gəldiniz?

Əslində bu seçimimi etməyimə bir neçə səbəb var idi. Əvvala, özümü tamamən yeni mühitdə və mənə tanış olmayan sistemdə sınamaq istəyirdim. Ümumiyyətlə, xaricdə təhsil almaq kiçik yaşlarımdan ən böyük arzularımdan biri idi və artıq 10-cu sinifə çatanda seçimlərimi də bu yöndə davam etdirməyi qərara aldım. Bu mənim həmçinin dil biliklərimin inkişafına ən əsası da yeni dil və ya dillər öyrənməyimə kömək olacaqdı. Yeni insanları, yeni mədəniyyətləri öyrənmək istəyirdim. Mənə görə tanış olduğum hər bir yeni insan çox maraqlıdı, xüsusən də əgər bu insanlar müxtəlif ölkərin təmsilçiləridirsə. Xaricdə təhsili seçməyimin digər səbələrindən biri ailədən uzaqda yaşamaq və şəxsi müstəqilliyi qazanmaqla da əlaqələndirərdim. Artıq yarım ildir ki, ailəmdən uzağam. Ümumiyyətlə insan öz ailəsindən,yaxın dostlarından aralı olduqda özünü daha dərin bir şəkildə dərk etməyə başlayır və çətinliklərə qarşı yalnız özünə arxayın olur. Bu, həqiqətən də düşünürəm ki insanın şəxsiyyətinin formalaşmasında önəmli amillərdən biridir. 9 yaşımdan müxtəlif beynəlxalq proqramlar çərçivəsində xarici ölkələrə səfərlərim zamanı müxtəlif insanlarla onların ölkələrindəki təhsil sistemi ilə bağlı bir çox suallarıma cavab tapmışdım və nəticə olaraq seçimimi Baltikyanı ölkələrdən olan Estoniya üzərində saxladım. Həmçinin Tartu Universiteti dünyada yuksək reytinqə malikdir və bu da məni Tartunu seçməyə həvəsləndirdi. Ümumilikdə 15-ə yaxın universitdən qəbul aldım və son olaraq seçimimi Tartu Universitetində saxladım. Məhz buranı seçməkdə məqsədim Tartunun biznes sahəsi üzrə ixtisaslaşması, həmçinin bu şəhərin Avropanın ən təhlükəsiz tələbə şəhəri kimi tanınması seçimimdə böyük rol oynadı. Gələcəkdə hədəfim öz biznesimi qurub bu yöndə uğur qazanmaqdır. Düşünürəm ki, hal-hazırda ölkəmizin bu yöndə təhsil alan gənclərə ehtiyacı var.

Xaricdə təhsil sizə nələr verdi, bütün gözlədiklərinizi ala bildinizmi?

İlkin gözləntilərim doğrulubdur – deyərdim. XVII əsrdə əsası qoyulmuş, zəngin tarixi olan Avropa universitetində təhsil almaqdayam. İnanıram ki, əldə etdiyim təhsillə ölkəmizin iqtisadiyyatına öz töhfəmi verə biləcəm.

Universitetinizin təhsil sistemi və fakultələri haqqında məlumat verə bilərsiniz?

Tartu Universitetinin əsası 1632-ci ildə İsveç kralı Gustavus Adolphus tərəfindən qoyulmuşdur. 1919-cu ildən dünyada ilk dəfə estonca təhsil verən universitet kimi tarixə adını yazmışdır. 2015/16-cı tədris ilinə əsasən 60 bakalavr, 72 magistr və 34 doktorantura proqramı mövcuddur. Ümumilikdə Universitetdə 15000-ə yaxın tələbə təhsil almaqdadır. Universitet məzunları arasında Nobel mükafatçısı Wilhelm Ostwald (fiziki kimya elminin əsasını qoyan şəxs) kimi tanınmıs siyasi-ictimai xadimlər, alimlər və iqtisadçılar var.

Universitetiniz biznes sahəsində sizə nələri öyrədir?

Burada Avropanın tanınmış professor və müəllimlərindən dərs alıram. Eyni zamanda universitet tələbələr üçün vaxtaşırı öyrənmə səfərləri (study trip) təşkil edir, bu da öz növbəsində tələbələrə taninmiş şirkətlərin fəaliyyətini praktiki olaraq göstərir.

Xaricdə təhsil almaq istəyənlərə nə demək istərdiniz? 

Təhsilini xaricdə davam etdirmək istəyənlərə onu söyləyərdim ki, çəkinməyin və özünüzü yoxlamaqdan qorxmayın. Təbii ki, ilk başda çətinliklərlə üzləşəcəksiniz, lakin sonradan öz yanlışlarınızdan, qazandığınız təcrübələrdən öyrənəcəksiniz. Heç bir nailiyyət çətinlik və problem olmadan əldə olunmur. Əsas məqsəd hədəfə dogru irəliləməkdir. Belə olduqda qarşınızda heç kəs dayana bilməz.

Maraqlı müsahibə üçün təşəkkür edirik YBF.

Çoxsağolun hərkəsə uğurlar.

Xaricdə təhsil üçün bizə Müraciət edə bilərsiniz.

Ünvan Caspian Plaza 3 cü korpus 12 ci mərtəbə 

Əlaqə: (012) 492 36 67 ; + 994 55 373 50 66

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

eb24aff3-a9ff-424e-abd1-81271c0e006f f1887321-5d1c-439c-9425-8b4f48719415 ad992b70-c66e-4a8d-89d5-171ac28534a6 106cc4c6-735b-4a3d-a180-d933f55c48f4 68e67b5a-1058-4dd0-aead-dfb715a72262 8c5aebda-3974-4819-a9a8-be6a5b6ac024


Baxılma sayı (1150)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>