Amerikanın George Washington Universitetində təhsil alan Toğrul Əliyev ilə müsahibə.

Amerikanın George Washington Universitetində təhsil alan Toğrul Əliyev ilə müsahibə.

Salam Toğrul bəy zəhmət olmasa oley.az saytının oxucularına özünüz haqqında geniş məlumat verəsiniz.

Mən Əliyev Toğrul Cavid oğlu 1997ci ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi 2013cü ilə dək Bakı Avropa liseyində davam etdirib, 2014cü ildə 244 nömrəli məktəbdə başa vurmuşam. Hal hazırda Amerikanın George Washington Universitetində 2ci kurs tələbəsiyəm. Beynəlxalq Münasibətlər fakultəsində təhsil alıram.

 Amerikada təhsil almaq qərarına necə gəldiniz və hansı imtahanların nəticəsində Washington Universitetinə qəbul oldunuz?

Deyərdim ki uşaqlıqdan məndə Amerikaya qarşı maraq hissi oyanmışdı. Uşaq olarkən basketbol kimi Amerikada məşhur idman növləri ilə maraqlanırdım. Bu məni oranın həyat tərzi və mədəniyyətinə daha da yaxınlaşdırdı. Təhsil almaq qərarına valideynlərimlə birgə gəldim, əminəm ki dünyada ən yaxşı təhsilin Amerikada olduğu ilə hamı razılaşar. Bundan əlavə, George Washington Universiteti dünyanın ən yaxşı 10 beynəlxalq münasibətlər proqramlarından birinə sahibdir. Bu səbəblərə əsasən mən TOEFL, SAT , SAT subject kimi ingilis dili, riyaziyyat, fransız, və dünya tarixi imtahanlarını verərək Washington universitetinə qəbul oldum.

Qəbul prosesində nələri həyata keçirdiniz?

Qəbul prosesi elə də asan olmadı. Belə ki, müraciət etdiyim universitetlərə qəbul ərizəsindən əlavə dərsdən kənar məşğuliyyətlərimi təsdiq edən sənədlər və bir sıra inşa/esse tipli yazılar (cover essay) göndərdim. Ümumilikdə bir qədər uzun proses olsada bacara bildim.

Universitetinizin təhsil sistemi haqqında biraz danışa bilərsiniz?

Təhsil bir çox universitetlərdə olduğu kimi credit sisteminə əsaslanıb. Hər semestrdən əvvəl tələbələrə müəyyən vaxt limiti verilir və tələbələr gələn semestr götürəcəkləri dərsləri seçirlər. Her dərs orta hesabla 3 credit sayılır, tələbələrə 12 və 17 credit arasında dərslər götürməyə icazə verilir. Əsasən birinci 2 il ərzində götürülən dərslər universitet proqramları tərəfindən tələb olunan dərslərdir. Sonradan artıq ixtisasla bağlı dərsləri seçmək mümkün olur. Dərslər müəllimlərin tədris üsulundan asılı olaraq dəyişir: bəzi müəllimlər test üsulunu, digərleri isə esse və ya açıq tipli suallar olan imtahanları üstün tuturlar. Semestrin son həftəsi yekun imtahanlar həftəsi kimi tanınır.

Amerika tehsili size gozlediyiniz neticeleri verdimi? ne cur deyishiklikler oldu sizde?

Bəli, hətta gözlədiyimdən yüksək nəticələri. Burada yaşayarkən digər tələbələrlə ünsiyətdə olmaq, mütəmadi olaraq müxtəlif sahələrdə müzakirələr etmək-ümumilikdə fikir mübadiləsi mənim bir çox sahədə olan biliyimi xeyli artırdı. Bundan əlavə, cəmiyyətdəki insanların davranış və ünsiyyətində səmimiliyi mənim bir sıra komplekslərdən azad olmağa və bir fərd kimi formalaşmağıma kömək edir. Müxtəlif ölkələrdən olan tələbələrlə tanışlığım həmçinin dünya görüşümün artmasına səbəb olur.

Son olaraq xaricdə təhsil almaq istəyən tələbələrə nə demək istərdiniz?

Hər kəsi arzularına çatmaq üçün çalişmağa çağırıram. Aydın məsələdir ki əgər bir şeyi kimsə istəyirsə onun üçün dayanmadan səy göstərmək lazımdır. Bununla belə, xaricdə təhsilin mənəvi, fiziki, həm də maddi cəhətdən çətin olduğunu vurğulamaq istərdim. Buna görə də xaricdə təhsil almaq istəyən tələbələrin bütün bu faktorları nəzərə alıb, valideyn və ailələri ilə son qərarı vermələrini məsləhət görərdim.

Maraqlı müsahibə üçün təşəkkür edirik YBF.

Uğurlar.

Xaricdə təhsil üçün bizə Müraciət edə bilərsiniz.

Ünvan Caspian Plaza 3 cü korpus 12 ci mərtəbə 

Əlaqə: (012) 492 36 67 ; + 994 55 373 50 66

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

 

 

12511755_1107909792566979_209154995_n 12515987_1107909799233645_1389444135_n 12539913_1107909795900312_1357714133_n


Baxılma sayı (1250)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>