Avstraliyada təhsil alan Əsmər Əmrahlı ilə müsahibə.

Avstraliyada təhsil alan Əsmər Əmrahlı ilə müsahibə.

Salam, Əsmər xanım. Xahiş edirəm, özünüz və fəaliyyətiniz haqda geniş məlumatı oley.az saytının oxucularına təqdim edəsiniz.

Salam, mən Əsmər Əmrahlı, 1991-ci il martın 11-də Bakıda anadan olmuşam, 2009-cu ildə Bakı Türk Anadolu Liseyini müvəffəqiyyətlə bitirib, Türkiyənin Ankara şəhərindəki Orta Doğu Texnik Universitetinin Elektrik-Elektronika mühəndisliyi fakültəsinə qəbul oldum. Türkiyədə oxuduğum müddətdə İzmirdə Petkim və Bakıda BestComp şirkətlərində staj keçmişəm. Dörd illik bakalavr təhsilimi Ankarada bitirdikdən sonra 2014-cü ildən indiyə qədər Avstraliyada Melburn Universitetində Mexatronika mühəndisliyi üzrə magistratura təhsili alıram.

 Xaricdə təhsil almaq qərarına necə gəldiniz və niyə Türkiyə/Avstrliya da oxumağı seçdiniz?

Liseydə oxuduğumuz müddət ərzində müəllimlərimizdən Türkiyədə təhsil barədə xeyli bilgi əldə etmişdik və Türkiyədə təhsil almış məzunlarımızın fikir və görüşləri də bir çoxumuzu liseyi bitirdikdən sonra məhz Türkiyədə təhsil almağa sövq edirdi. ODTÜ-də mühəndislik üzrə bakalavr təhsili aldıqda magistratura oxumağı ilk başda düşünmürdüm. Bakalavrın son semestrində oxuduğum zaman Erasmus proqramı üzrə gəlmiş avstraliyalı bir tələbə ilə tanış oldum. Onun Avstraliya barədə danışdıqları və daha sonradan etdiyim araşdırmalar magistratura ilə bağlı planlarımı dəyişdirdi. Melburn şəhərinə olan heyranlığım və Melburn universitetində Mexatronika mühəndisliyi sahəsində magistratura təhsili ala bilmək imkanı məni məhz orada oxumağa həvəsləndirdi. Bu səbəblərdən sənədlərimi digər universitetlərə deyil, sadəcə, Melburn Universitetinə göndərdim. Şükürlər olsun, qəbul oldum və müsabiqədən keçərək, Dövlət təqaüdünü qazandım.

Təhsil aldiginiz erefede sizə ən çox çətin gələn nə oldu?

Bakalavr təhsilimin son ilində ailə həyatı qurdum və hal-hazırda 2 yaşlı oğlum var. Körpə uşaqla təhsil almaq birqədər çətin olsa da sadalayacağım səbəblər dərslərimdə müvəffəq olmağıma köməkçi oldu. Türkiyədəki təhsildən fərgli olaraq, Avstraliyanın bir çox universitetlərində daha çox praktikaya üstünlük verildiyi üçün mühazirələrdə bilavasitə iştirak etmək məcburiyyəti yoxdur. Həmçinin,  yoldaşımla eyni fakültədə oxuduğumuzdan bir-birimizə dərslərdə dəstək ola bilirik. İkimizin də eyni praktiki dərsə və ya imtahana girməyimiz lazım olduğu zamanlarda isə tələbə dostlarımız uşağa baxmaqda bizə çox kömək edirlər.

 Universitetinizin və üstünlükləri barədə danışa bilərsiniz?

 “University of Melbourne” 1853-cü ildə qurulub və hal-hazırda Avstralyanın 1 nömrəli və “Times Higher Education”un sıralamasına görə dünyanın  ən yaxşı 34-cü universitetidir. 45 minə yaxın tələbəsi var və bunlardan 11 minə yaxını yəni 26%-i əcnəbidir. Universitetdə gördüyüm müəllim-tələbə münasibəti olduqca fərqlidir. Müəllimlər tələbələrlə olduqca səmimidirlər, burada müəllim-tələbə münasbiəti yox, sanki dost-dost münasibəti daha çox özünü biruzə verir. Bundan əlavə, tələbələrin dərsi yaxşı mənimsəməsi üçün müəllimlərin əllərindən gələni etdiyini daima müşahidə etməkdəyəm. Həmçinin universitet işçiləri olduqca səmimidirlər, istər dərs seçimi, istər digər problemlərin həllində tələbələrə olduqca kömək edirlər. ODTÜ ilə müqayisədə deyə bilərəm ki, Melburn universiteti daha humanistdir və təhsili teoriyadan daha çox praktikaya yönəlmiş olduğu üçün daha effektivdir.

 Xaricdə təhsil almaq istəyənlərə nələri çatdırmaq istərdiniz?

Məslətim budurki xaricdə təhsil almaq fürsətini əldə etmiş tələbələr bacardıqları qədər öz ixtisaslarına yiyələnsinlər bununla birlikdə vaxtlarını sistemli və səmərəli keçirməyə çalışsınlar. Dərslərindən əlavə qaldıqları ölkənin mədəniyyətini öyrənsinlər analiz etsinlər,və həmən mədəniyyətdə olan müsbət və insanlığa xeyir olanları mənimsəsinlər. Hər zaman müxtəlif insanlarla ünsiyyətdə olsunlar və o insanlardan öyrənməyə çalışsınlar. Ələxsus universitet mühiti dünyanın müxtəlif yerlərindən gələn gənclərin oluşdurduğu intellektual bir ortamdır və belə münbit bir mühitdən tələbələrimiz faydalanmalıdır. Bunlarla birlikde tələbələrimizin daima məsuliyyətli olmaları və hansı dəyərləri təmsil etdiklərini unutmamalarını tövsiyə edərdim. Son olaraqda bu əldə edəcəkləri təhsillə insanlığa hər zaman fayda vermək istəklərinin olmasını diləyərdim

Maraqlı müsahibə üçün təşəkkür edirik YBF.

Mən təşəkkür edirəm.

Xaricdə təhsil üçün bizə Müraciət edə bilərsiniz.

Ünvan Caspian Plaza 3 cü korpus 12 ci mərtəbə 

Əlaqə: (012) 492 36 67 ; + 994 55 373 50 66

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

 

12510683_1078062555558214_279537096_o 12516071_1078063652224771_67971843_n 12528415_1078062298891573_1498684384_o 12540169_1078063325558137_332808513_n 12544206_1078062662224870_994249269_o 12570826_1078063562224780_704134583_n

 

 


Baxılma sayı (849)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>