Buckingam Universitetində təhsil alan Aysel Qurbanlı ilə müsahibə.

Buckingam Universitetində təhsil alan Aysel Qurbanlı ilə müsahibə.

Salam Aysel xanım zəhmət olmasa özünüz haqda oley.az saytının oxucularına məlumat verin.

Mən Qurbanlı Aysel, Sumqayıt şəhərində anadan olmuşam bakalavr təhsilimi Bakı Slavyan Universitetində başa vurduqan sonra Macarıstanda Budapeştdə təhsil ilə maraqlandım. Daha sonra isə bu sahədə təşkil olunmuş traininqdə iştirak etdim, bu sahədə özümü kəşf etdim. Xarici yazarların kitablarından faydalandım və anlaım ki Azərbaycanda güclü HRM mütəxəsislərinə ehtiyac var bu səbəbdən təhsilimi bu üzrə davam etdirib, ölkəmizdə bu sahənin inkişafına xüsusi təkan vermək istədim. Təhsilimi İngiltərənin Buckingam Universitetinin partnyoru olan İnternational Business Schoolda İnsan Resurslarının idarə olunması sahəsi(HRM) üzərində alıram.

 Xaricdə təhsil almaq sizə gözlədiklərinizi verdi mi?

Bəli, demək istərdim ki, xaricdə aldığım təhsil məni kifayət qədər qanə edir. Yeni bilgilərin mənimsənilməsi, istifadə olunan metodolgiya informasiyanı asanlıqla dərk xüsusi rol oynayır. Həmçinin bu sahədə geniş və əhatəli bilgilərin mütəxəsislər tərəfindən çatdırılmasi hər kəs üçün çox faydalıdır. Bundan Əlavə dünya görüşünün artmasında yeni insanlarla tanışlıqda xaricdə təhsilin rolu əvəzolunmazdır. Məsələn burada dünyanın müxtəlif ölkələrindən nümayəndələr var onlarla tanışlıq zamanı ölkələrin mədəniyyəti ilə tanış olub yeni bilgilər əldə edirsən.

Xaricdə təhsil almaq qərarına gəldiyiniz zaman niyə Buckingam universitetini seçdiniz? hansı səbəblər sizi bu universiteti seçməyə vadar etdi?

Səbəblər müxtəlifdir ilk öncə bildirmək istəyərdim ki mən İngiltərə təhsil sistemi ilə maraqlanırdım lakin təhsil haqqı İngiltərədə çox yüksək olduğundan bu universitetə üz tutdum və bundan əlavə bu universiteti başa vurduqdan sonra həm İnternational Business School və həmçinin də Buckingam universitenin diplomu ilə mükafatlandırılırsan. Həmçinin Budapeştdə yaşayış xərcləri bir tələbə üşün çox əlverişlidir.

Universitetiniz haqqında oxuculara məlumat verə bilərsiniz?

İnternational Business School Budapeştdə çox məşhur universitetlərən birdirş təhsil ingilis və macar dillərində aparılır. Magistratura təhsili bir il müdətindədir. Çox gözəl kampüsü var tələbələr üçün hər cür şərait var. Təhsil haqqı bir qədər yüksədir. Müəllimlər yerli Macar və Amerikalı Kanadalı məşhur iş adamları və professorlardır. Qəbul İELTS və İBS in təhciz etdiyi ingilis dili imtahanı ilə olur.

 Xaricdə təhsil almaq istəyənlərə çatdırmaq istədikləriniz nələrdi?

Bacardıqları qədər ingilis dilini dərindən öyrənsinlər sırf ingiltərə təhsil sistemi ilə təhsillərini davam etdirmək istəyirlərsə. Arzularının arxası ilə getsinlər.

Maraqli melumatlar uchun teshekkur edirem YBF.

Çox sağolun.

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

 

3558_909141639192843_9212319711688221900_n 1462903_906966089410398_5343442550320753281_n 12506485_916539391786401_86834773_n 12506611_916538525119821_1361766592_n


Baxılma sayı (360)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>