Vilnüs Universitetində təhsil alan Azər Məmmədov ilə müsahibə.

Vilnüs Universitetində təhsil alan Azər Məmmədov ilə müsahibə.

Salam Azər bəy, zəhmət olmasa özünüz və fəaliyyətiniz haqda oley.az saytının oxucularına geniş məlumat verin.

Salam Mən Məmmədov Azər Ağasəlim oğlu 5 fevral 1995-ci il tarixində Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində anadan olmuşam. Orta təhsilimi həm S.Əzizov adına tam orta məktəbdə həm də fizika,riyaziyyat və informatika təmayüllü liseydə almışam. 2010-2012-ci illərdə Amerika səfirliyi və “Azərbaycan İngilis dilli Müəllimlər Assosiasiyası” tərəfindən təşkil olunan EAMP (English Azerbaijan Micro Scholarship Program) proyekti çərçivəsində ingilis dili üzrə 2 illik təhsil almışam. Artıq liseydə 9-cu sinifdə oxuyanda Amerikada təhsil almaq şansı qazandım,amma bəzi səbəblərə görə Amerikaya gedə bilmədim. Həmin gündən qarşıma məqsəd qoydum ki, xaricdə kefiyyətli təhsil alacam. 11-ci sinifdə oxuyanda artıq Kanadanın Waterloo Universitetinin Bakıda keçirdiyi qəbul imtahanından yüksək bal topladım və daha sonra maddi səbəblərə görə təhsilimi Litva Respublikasının Vilnüs Universitetində davam etdirmək qərarına gəldim. Çünki digər ölkələrlə müqayisədə Vilnüs universitetində təhsilin kefiyyəti yüksək, təhsil və yaşayış xərcləri isə tələbə büdcəsinə daha çox uyğundur. Bu səbəbdən təhsilimi burada davam etdirmək qərarına gəldim.

Universitetinizdəki fakultələr haqqında və ümumi universitetin sistemi haqda geniş məlumat verə bilərsiniz?

Əlbəttə, Vilnüs Universiteti əsası 1579-cu ildə qoyulub, və Litvanın ən qədim universiteti olaraq ölkədaxili universitetlər arasında 1-ci yerdə qərarlaşır. Hal-hazırda universitet müxtəlif sahələr üzrə yerli və xarici tələblərə həm nəzəri həm də praktiki şəkildə akademik təhsil verir. Əsasən təhsil dilləri litva,ingilis və rus dilləri üzrə aparılır. Tələbələr və professorlar arasında səmimi münasibət var və tələbələr bir çox haqqlara sahibdirlər. Hər semestr Erasmus və digər tələbə mübadilə proqramları vasitəsilə minlərlə xarici tələblər akademik təhsilini davam etdirmək üçün Vilnüs universitetini seçirlər. Eyni zamanda universitetdə təhsilinə full time olaraq davam edən çoxsaylı beynəlxalq tələbələr də var. Universitet, həm bakalavr, həm masgitartura həm də dokturatura təhsil pillələri üzrə hər il minlərlə yerli və xarici tələbələrə qapılarını açır.

Xaricdə təhsil sizə nələr qazandırdı?

Ümumiyyətlə xaricə gəlmədən öncə özümü tam anlamaq istəyirdim. Öz-özümə çoxlu suallar soruşurdum nə istədiyimi dəqiq bəlli etmək və özümə uyğun olanları seçmək niyyətindəydim. Öncədən qarşıma çıxa biləcək hər bir potensial probleməri göz önünə canlandırırdım və hər nə olursa olsun daha yaxşı təhsil almaq və öz sahəm üzrə uğurlu biri olmaq üçün yola qoyuldum. Əsas məqsədim göstəriş xatirinə xaricdə təhsil almaq deyildi və bacardığım qədər bütün zamanımı dərslərimə ayırırdım. İlk başlarda digər xarici tələbələrdən geri qalsam da daha sonradan artıq onlardan da daha irəlidə olmağı bacardım. Xaricdə təhsil məni daha da məqsədyönlü biri olmağı öyrətdi və istəklərimə çatmaq üçün qorxmadan mübarizə aparmağı öyrətdi. Həmçinin, müxtəlif mədəniyyətlər və onların yaşam tərzi haqda daha geniş məlumata sahib oldum, eyni zamanda beynəlxaq mühitdə ünsiyyət bacarıqlarımı daha çox inkişaf etdirdim. İlk vaxtlarda mədədniyyət və dini fərqliliklər insanlarla effektli ünsiyyət qurmamda böyük maneə idi,amma daha sonradan bu kimi maneələr aradan qalxdı və bugün dünyanın müxtəlif yerlərindən dostlar qazandım.

Xaricdə təhsilin avantajlarından danışa bilərsiniz?

İlk növbədə universitetdaxili müxtəlif proyektlərin icrası zamanı daha çox özümü böyük auditoriya qarşısında daha az həyəcanlı və komplekssiz şəkildə ifadə etməyi öyrəndim. Əsasən marketing manager olaraq müxtəlif mədəniyyətləri daha yaxından tanımaq şansını əldə etdim və bu mənə gələcək biznes layihələrimin icrasında çox böyük rol oynayacaq. Eyni zamanda xarici dillərimi inkişaf etdirmə şansım oldu. Eyni maraqlara sahib olan insanlarla tanışlığım gələcəkdəki biznes planlarıma da birbaşa öz müsbət təsirini göstərdi və indi daha çox dəstək, bilik və təcrübə əldə etmə şansım var. Xaricdə təhsildən əldə etdiyim digər ən önəmli avantajlardan biri də öz ölkə mədəniyyətimizi və musiqisini təmsil etməm oldu.

Xaricdə təhsil almaq istəyənlərə nə demək istərdiniz?

İlk öncə nə istədiyinizi tam şəkildə anlamağa çalışın, dəqiqləşdirin ki, siz reklam olsun deyə xaricdə təhsil almaq istəmirsiz. Aysberqin görünən və görünməyən tərəfləri kimi də xaricdə təhsilin də görünməyən, bilinməyən və daha sonra ortaya çıxan tərəfləri var. İstəyinizi tam şəkildə aydınlaşdırın çünki güclü istək istənilən motivasiydan daha güclüdür. Bundan sonra qarşınıza çıxacaq bütün baryerləri aşmaq üçün özünüzü daha məqsədyönlü və güclü hiss edəcəksiz. Daha sonra limitli düşünməyi və düşüncə sərhədlərini bacaracağınız qədər müsbət şəkildə aşmağa çalışın. İnternetdən maksimum şəkildə yararlanmağa çalışın, getmək istədiyiniz ölkə mədənəyyəti və yaşamı haqda geniş məlumat əldə edin. Dünyagörüşünüzü artıracaq və sizi inkişaf etdirəcək kitbalar oxuyun və faydalı məlumatlar toplayın. Eyni zamanda seçdiyiniz tədris dilini maksimum şəkildə inkişaf etdirməyə çalışın Bir hal da ki, məqsədiniz elm və karyera yönlüdürsə mütləq və mütləq şəkildə çox çalışın və yetməzsə daha çox çalışın. Bugün xaricdə təhsil alan hər bir tələbə kimi sizin də xaricdə yaşamaq və orada davamlı inkişafınıza səbəb olacaq təhsil almaq haqqınız var. Yetər ki istəyin və elə nə istədiyinizi bəlli etdiyiniz andan addımlarınızı atın və uğura doğru gedin. Bir gün siz də xaricdə təhsil il əlaqədar öz şəxsi təcürəbinizi Oley.az oxucularıyla paylaşın. Son olaraq yemək bişirməyi öyrənin, əcnəbi kulinariya nə qədər çəkici görünsə də öz mətbəximizin tayı-bərabəri yoxdur.

Maraqlı müsahibə üçün təşəkkür edirik YBF.

Uğurlar.

Xaricdə təhsil üçün bizə Müraciət edə bilərsiniz.

Ünvan Caspian Plaza 3 cü korpus 12 ci mərtəbə 

Əlaqə: (012) 492 36 67 ; + 994 55 373 50 66

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

65861479-e662-4646-abeb-5c796f2e4998 a20cdbf7-1119-4ec0-b1ac-d0ebed68298c acb71e69-b002-41cd-b456-7e24f4f32762 c9e3ffd2-db1f-410b-a6f5-004d577755c6 dc48b1d4-58b6-415c-a632-80dbb6afa545 e201f4ff-fd06-48e1-b0b7-efa97f4e9327

 


Baxılma sayı (7168)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>