Almaniyada təhsil alan Asif Səfərli ilə müsahibə.

Almaniyada təhsil alan Asif Səfərli ilə müsahibə.

Salam Asif bəy zəhmət olmasa özünüzü oley.az saytının oxucularına tanıdın.

Mən, Səfərli Asif Nazim oğlu 1993-cü ildə Lənkəran şəhərində anadan olmuşam. Sabunçu rayonu 252 saylı orta məktəbi bitirib 2010-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə Marketing ixtisasına qəbul oldum. Universitetdə ali təhsil alarkən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatına rəhbərlik edirdim. Eyni zamanda, universitetin debat klubunda təlimçi kimi də fəaliyyət göstərmişəm. İctimai fəaliyyətim ilk öncə 2010-cu ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə bağlıdır. Hazırda Azərbaycan Universitetində MBA ixtisası üzrə inglis dilində təhsil alıram və Almaniyada magistr təhsilimi DAAD təqaüdü ilə davam etdirirəm. Həmçinin Gələcəyə Doğru Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyinə rəhbərlik edirəm.

 Xaricdə təhsil almaq qərarına necə gəldiniz və təhsilinizi niyə Almaniyada davam etdirmək istədiniz?

Öncə onu qeyd edim ki, xaricdə təhsilimi davam etdirməkdə böyük rolu olan Azərbaycan Universitetinin beynəlxalq əlaqələri ilbəil genişlənir. Bunun nəticəsidir ki, 2015-ci il iyun ayında universitet elan yerləşdirdi ki, Almaniyanın Koblenz Universitetinə mübadilə proqramı ilə gedib həm təhsil həmdə təcrübə proqramında iştirak etmək olar. Təbii ki, bu fürsətdən mən də yararlanaraq sənədlərimi göndərdim və müsbət cavab aldım. Universitet xərclərimi qarşılamaq üçün DAAD-a müraciət edib, mənim üçün təqaüd əldə elədi. 2015 sentyabr-2016 sentyabr bir illik “Hochschule Koblenz – University of Applied Sciences” biznes və sosial elmlər fakültəsində e-biznes və logistika ixtisasında həm təhsil alıram, həmçinin universitetin beynəlxalq əlaqələr departamentində təcrübə keçirəm. Təhsil qərarıma görə, Azərbaycan Universiteti Beynəlxalq Əlaqələr şöbəsinə və məni dəstəkləyən dostlarıma xüsusi təşəkkürümü bildirirəm.

Xaricdə təhsilin sizə nə kimi faydaları oldu?

Almaniyada təhsil səviyyəsi olduqca yüksəkdir. Təkcə onu qeyd edim ki, təhsil aldığım ali təhsil müəssisəsi həm təhsili həm də ictimai həyatı ilə aktiv rol oynayır. Xaricdə təhsil dünyagörüşü, fərqli sistem və mühit kimi müsbət, gələcəyimiz üçün prespektiv kimi faydaları var. Misal üçün bir fənn “Supply Chain Management” fənni yalnız 3 dəfə olur və sonra imtahandır. 3 həftənin şənbə günü saat 08:00-17:00 olur və fənn bitir. Sistem tamamilə fərqlidir. Amma bəzi fənlər isə Bakıda olan sistem kimi hər həftə öncədən müəyyən edilmiş stabil vaxt üzrə olur. Müəllimlər isə olduqca dostcanlıdırlar. Burada tənəffüsdə müəllimlərlə bir süfrə arxasında oturmaq belə çox adi bir prosesdir. Yəni bu ölkədə təhsil işçiləri olduqca sadədirlər. Mahatma Qandinin belə bir deyimi var, “dünyanı dəyişmək istəyirsənsə, özündən başla”. Bacardığımız qədər təhsil sisteminə adaptasiya olmağa və müsbət şəkildə dünyagörüşümüzü inkişaf etdirməy şansıdır xaricdə təhsil. Məhz perspektiv və inkişaf baxımından Almaniyanı seçdim.

Almaniyada hansı ixtsaslar üzrə peşəkar təhsil almaq olar?

Bu sahədə mütəxəssis deyiləm ama öz təcrübəmə əsaslanaraq deyə bilərəmki, ənənəvi sahə tibb sahəsidir. Bir alman tələbə tanıyıram, tibb sahəsinə qəbul üçün sənədlərini verib və heç bir universitetə qəbul almayıb deyə, başqa ixtisasa “health management” ixtisasına qəbul olub və bizim universitetdə təhsil alır. Yəni anlayacağınız tibb sahəsinə maraq çox qəbul çətindir. Texniki sahələr də xüsusi çəkisinə görə ön cərgələrdə yer alır. Daha sonra qeyd etmək istərdimki, qeyri ənənəvi təhsil sahələri də inkişaf edir. Misalçün “logistika” ixtisası, “supply chain management”, “sport management” və sair. Önəmli olan ixtisas seçimi ilə bərabər sizin bu təhsili necə qavrayacağınız və sevməyinizdir.

Xaricdə təhsil almaq istəyənlərə nə demək istərdiniz nələrə diqqət yetirməlidirlər?

Paul J. Meyer-in gözəl bir fikri var: “Uğura nail olmayanların yüzdə doxsanı yenilməyənlərdir, sadəcə vaz keçənlərdir.” Ötən il dövlət proqramına müraciət etdim, müsbət cavab ala bilmədim. Amma Azərbaycan Universitetində magistr təhsili üçün sənədlərimi verdim. O zaman heç düşünməmişdim ki, növbəti il bu seçimimə görə Almaniyada təhsil alacam. Gənclər əgər xaricdə təhsil almaq arzunuzdursa bunun üçün mübarizə aparmalısınız. Başa düşüsəm maddi çətinliklər gənclərimiz qarşısında əsas çətinlik mənbəyidir. Lakin bu günlərdə yüzlərlə təqaüd – scholarship saytları vardırki, araşıdırıb, müəyyən edib, ərizə göndərib təhsiliniz üçün maddi dəstək ala bilərsiniz. Həyatda hər bir addımı hər bir şansı dəyərləndirməliyik. Bu gün mən, sabah sən, digər gün o. Yetər ki, vaz keçməyin.

Maraqlı müsahibə üçün təşəkkür edirik YBF.

Təşəkkürlər.

Xaricdə təhsil üçün bizə Müraciət edə bilərsiniz.

Ünvan Caspian Plaza 3 cü korpus 12 ci mərtəbə 

Əlaqə: (012) 492 36 67 ; + 994 55 373 50 66

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

 

939192_1300560973303306_743776250_o 12506877_1300560653303338_2071889345_n 12506910_1300560739969996_1242147102_n 12507001_1300561523303251_595731241_n 12507053_1300564213302982_760784008_n 12516070_1300560649970005_1451644648_n 12516381_1300560713303332_982515249_n 12528118_1300560709969999_1439736640_n 12540505_1300560683303335_221288035_n

 


Baxılma sayı (1527)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>