Budapeştdə təhsil alan Babək Musa – Zadə ilə müsahibə.

Budapeştdə təhsil alan Babək Musa – Zadə ilə müsahibə.

Salam Babək bəy zəhmət olmasa özünüz və fəaliyyətiniz haqda oley.az saytının oxucularına məlumat verin?

Salam Lala xanım. Mən Babək Musa-zadə 7 fevral 1989cu ildə Bakı şəhərində anadan olmuşam. Binəqədi rayonunda yerləşən 248 saylı orta məktəbin məzunuyam. 2006-cı ildə elə həmin ildə açılan Azərbaycan Turizm İnstitutuna (indiki Azərbaycan Turizm və Menecment universiteti) qəbul olmuşam. 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası Araşdırmaları Vəqfinin İşlətmə proqramında magistratura təhsilimi başlamışam. 2014cü ildən İnternational Business School Budapeştdə marketinq üzrə magisttratura təhsili alıram. Hal-hazırda HP (Hewlett-Packard) şirkətinin Budapeşt ofisində müştəri xidmətləri departamentində çalışıram, eyni zamanda Facemark.az saytının xarici əlaqələr üzrə kordinatoruyam.

Təhsilinizi niyə məhz Budapeştdə davam etdirmək qərarına gəldiniz?

Əslində şansımı artırmaq üçün bir neçə ölkədəki universitetlərə baş vurmuşdum. Litva, Portuqaliya və Macarıstan universitetlərinin marketinq proqramlarından qəbul almışdım. Sonradan professorumla və bu şəhərlərdə yaşayanlarla məsləhətləşəndən sonra qərar gəldim ki, Macarıstanda həm təhsil, həm də iqtisadi vəziyyət digər 2 ölkədən bir az daha yaxşıdır. Mənim məqsədim təhsil aldıqdan sonra bir müddət təhsil aldığım ölkədə çalışıb təcrübə qazanmaq idi. Zənnimcə bu baxımdan Macarıstan mənə digər ölkələrdən daha çox şans tanıyırdı.

Xaricdə təhsil aldiğınız müddətdə özünüzdə hansı inkişafı gördünüz?

Universitetimiz beynəlxalq universitet olduğundan dünyanın müxtəlif ölkələrindən olan insanlarla qrupyoldaşı olmaq şansı qazandım. Almaniyadan Peruya, Hollandiyadan Avstraliyaya dünyanın müxtəlif ölkələrindən olan insanlarla ünsiyyətdə olurdum. Müəllimlərimiz da müxtəlif ölkələrdən idi macarlar, amerikalılar, avstraliyalılar və s. müxtəlif mədəniyyətlərə sahib insanlarla tanış olaraq, uzun müddət əlaqə saxlayaraq onların mədəniyyətləri haqqında məlumatlar əldə edirdim. Hər bir vəziyyətdə avropalı və ya digər ölkədən olan insan bu vəziyyətdə necə hərəkət edərdi deyə düşünməyə başlayırdım və məncə “doğru” addımları atmaqda bu “təlimlər” mənə kömək olurdu. Əldə etdiyim digər bir xüsusiyyət isə Niyə? sualını vermək oldu. Bu sualı artıq daha tez-tez verməyə başladım, istər tərəfmüqabillərimə istərsə də özümə. Məsələn iş intervyusundə gəzdiyiniz ölkələrədən hansını bəyəndiniz soruşanda yalnızca ölkənin adını çəkib dayanmırdım, o ölkəni niyə sevdiyimi da izah edirdim.

O zaman bizə universitetinizi niyə sevdiyinizi deyə bilərsiniz mi?

Universitetdən çox mən insanları sevdim. Bu gün dünyanın müxtəlif ölkələrindən çox yaxşı dostlarım var, xüsusilə də bizim “soyuqqanlı” dediyimiz almanlar arasında. Düşünürəm ki bu universitet illərim mənə yaxşı dostlar qazandırdı və bu dostlar tək tələbələr arasında deyil müəllimlər arasında da var.

 Xaricdə təhsil almaq istəyənlərə nələri çatdırmaq istərdiniz?

Sırf mən də xaricdə təhsil almaq istəyirəm, mənim də CVimdə University of filanyer yazılsın deyə xaricdə təhsil almağa getməyin. Qonşunun oğlu getdi mən də getməliyəm düşüncəsiylə yanaşmayın xaricdə təhsilə. Mən TÜDİFAKda magistr təhsili alarkən çox sevdiyim professorum Əlövsət Müslümovdan dərs alırdım və Əlövsət hoca Türkiyədə 32 yaşında (Türkiyədə gəlmiş-keçmiş ən gənc) professor adı qazanmışdı. Bir gün dərsdən sonra sonra çox səmimi bir mühitdə, bir kafedə söhbət etdik xaricdə təhsillə bağlı və eynilə yuxarıda dediyim sözləri dedi mənə. O görüşdən sonra hardasa 3-4 həftə yalnızca bu haqda düşündüm, “mənə lazımdırmı bu təhsil və nə qazandıracaq?” Sonradan birinci kursu bitirib hərbi xidmətə yola düşdüm və qayıtdıqdan sonra təhsilimi davam etdirmədim. 2 il sonra istəyimə çatmışdım artıq Budapeştdə təhsilimə başladım. Və son olaraq xaricdə təhsil işində ailənizin maddi və (mütləq və mütləq) mənəvi dəstəyini almağa çalışın, onsuz bir uğur əldə edəcəyiniz sual altındadır.

Maraqlı müsahibə üçün təşəkkür edirik YBF.

Təşəkkürlər.

Xaricdə təhsil üçün bizə Müraciət edə bilərsiniz.

Ünvan Caspian Plaza 3 cü korpus 12 ci mərtəbə 

Əlaqə: (012) 492 36 67 ; + 994 55 373 50 66

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

 

 

12463597_10208326142334137_1042854913_n 12498658_10208326142014129_1539185346_n 12506557_10208326141974128_1455822030_n 12506620_10208326142054130_1681294439_n 12507027_10208326141934127_1372177417_n 12511523_10208326141894126_826886629_n 12511938_10208326142174133_1241773058_n 12511961_10208326141814124_1768299052_n 12516207_10208326142094131_1949047518_n 12540212_10208326142214134_83002284_n


Baxılma sayı (384)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>