Türkiyədə təhsil alan Samir Nağıyev ilə müsahibə.

Türkiyədə təhsil alan Samir Nağıyev ilə müsahibə.

Salam Samir bəy, xahiş edirəm özünüz haqqında geniş məlumatı bizimlə bölüşərdiniz.

Salam. Mən Samir Nağıyev 1991-ci il 20 fevral tarixində Bakı şəhərində anadan olmuşam. Mikayıl Müşfiq adına 18 saylı pilot məktəbində 9-cu sinifə qədər oxuduqdan sonra təhsilimi Bakı Türk Anadolu Litseyində davam etdirmişəm. 2009-cu ildə Bakı Türk Anadolu Litseyindən məzun olduqdan sonra Orta Doğu Teknik Universitetində Təyyarə və Kosmik Mühəndisliyinə daxil oldum. Təhsilimi bir neçə il burda dəvam etdirdikdən sonra bəzi problemlərə görə İstanbul Universiteti İctimai Əlaqələr və Reklamçılıq ixtisasına keçid elədim və hal hazırda təhsilimi burda davam edirəm. Təhsil həyatımın xaricində isə idman ilə məşğul olmağı üzgüçülük, avar çəkmə, oxçuluq , fotoaparatla şəkil çəkməyi və ən əsası isə dostlarımla birlikdə vaxt keçirməyi çox sevirəm.

 Xaricdə təhsil almaq fikri sizdə necə yarandı?

Bakı Türk Anadolu Litseyində oxuduğum dövrdə məzunlarımız ilə sıx əlaqələrimiz var idi. Onlardan bir çoxu xarici ölkələrdə təhsillərini davam etdirirdi və əsasəndə Türkiyədə. Tez-tez onlardan xaricdə təhsil almaq barədə məlumat alırdıq və bu bizim məzun olduğumuzda daha əminliklə qərar verməyə kömək edirdi.

Xaricdə təhsil almağın nə kimi avantajları var ?

Xaricdə təhsil alarkən, dərsdən kənar boş vaxtlarınızda üzv olduğunuz müxtəlif klubların yerinə yetirdikləri sosyal və elmi fəaliyyətlərdən faydalana bilərsiz. Belə fəaliyyətlərin çoxu ödənişsiz olur. Sizin kimi fərqli bir ölkədən gələn tələbələr ilə eyni mühitdə olduqda özünüzü heçdə yad hiss etməyəcəksiniz. Fərqli ölkələrdən gələn insanları tanıdıqca onların mədəniyyətlərini daha da yaxından tanıma imkanı əldə edəcəksiniz və ən azı bir dili daha ana diliniz kimi öyrənəcəksiniz ki, bu da sizə gələcəkdə hər hansısa bir beynəlxalq bir şirkətə rahatlıqla uyğunlaşmağınıza kömək edəcək. Bunlara əlavə olaraq hər qərarı özünüz verdiyinizə və nəticəsi ilə özünüz üzləşdiyinizə görə daha çox təcrübə əldə edəcəksiniz ki, buda sizə qərar verəndə fərqli tərəflərini də düşünməyinizə kömək edəcək.

 Universitetdə oxuduğunuz illərdə nələr qazandınız ?

Davam edən universitet illərimin mənə nələr qazandırdığını saysam çox uzun olar amma ən böyük qazancım nədir deyə soruşsanız yəqin ki, avarçəkmə deyərdim. Hərçənd ki, sağlıq problemlərimə görə halhazırda dəvam edə bilməsəm də, avar çəkmədən çox şey öyrənmişəm. Avar çəkmə fiziki olaraq çox güc tələb edən idman növü olduğuna görə hər dəfə daha da ağır məşqlərlə daha da güclü olmağa çalışırdıq. Avar çəkmənin bu xüsusiyyəti məni hər gün daha da özümü inkişaf etdirməyə yönəltdi. Bu fikir sadəcə fiziki sağlamlığımda deyil, hər hansısa bir işi görəndə də köməyimə çatırdı.

Xaricdə təhsil almaq istəyənlərə nə demək istərdiniz?

Məsləhət verməyə gəldikdə isə, Nirvana qrupunun solisti Kurt Cobainin dediyi kimi “Xəyal etdiyiniz insan kimi olmaq, içinizdəki “sən”i məhv etmək deməkdir.” Özünüzü başqası olmağa zorlamayın onsuzda siz artıq birisiniz. Ona görə əsasən ixtisas seçimində biraz daha özünüzü kəşf edin sonra ixtisasınızı seçin. Məncə belə olduqda istedadınızın da köməyi ilə peşənizdə istədiyiniz yerlərə daha rahat çata bilərsiz. Xaricdə hər hansısa bir universitet seçiminə gəldikdə isə deyərdim ki, hal hazırda elə bir dövrdə yaşayırıq ki, istədiyiniz hər hansı bir universitet barəsində olan məlumatı rahatlıqda tapa bilirik. Buna əlavə olaraq axtardığınız universitetdə həmyerlilərimiz vasitəsi ilə daha geniş məlumatı da əldə edə bilərsiniz. Sadəcə olaraq seçdiyiniz universitetin təhsil xaricində sizə verə biləcək şəraitlərinin olmasına diqqət edin. Əsasən hansısa problemlərə görə Azərbaycanda qalmaq məcburiyyətində olub ama özlərini hansısa bir ixtisasa görə təkminləşdirmək istəyənlərə demək istəyirəm ki, üzülməyə dəyməz. Onlar da çox rahatlıqda online dərsliklər vasitəsi ilə istədikləri dərsləri izləyə və hətda bununla əlaqədar bu dərsi yaxşı bildiklərinə dair sertifikat belə əldə edə bilərlər. Sadəcə olaraq məlumatlar ingilis dilində olduğuna görə, ingilis dillərini təkminləşdirməkləri kifayətdir. Son olaraq onu demək istəyirəm ki, təhsil aldıqları ərəfədə qarşılarına çıxan problemlərə “ Əsas odu əla yaşayırıq” deməyi bilsinlər :) .

Maraqlı fikirlərinizi bolüşdüyünüz üçün təşəkkür edirik.

Buyurun. Hər kəsə bu yolda uğurlar.

Xaricdə təhsil üçün bizə Müraciət edə bilərsiniz.

Ünvan: Caspian Plaza 3 cü korpus 12 ci mərtəbə 

Əlaqə: (012) 492 36 67 ; + 994 55 373 50 66

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

 

0fe1907a-d62b-4774-ab3d-c51ee68f307a 8b254436-593f-41e1-b591-d5bde3c892a0 211b777e-3611-4af6-9e3f-b09af236f315 7335ee61-64f0-45a5-aa8d-8f182c182740 51834e9c-7783-446c-add9-55ee128afd62 af39a2e5-8835-4359-a233-332a57b060f8 d9a9b8b8-c91f-4c9e-a53e-57ce69d55e16


Baxılma sayı (469)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>