Young Business Factory şirkətinin Layihə Meneceri Rüfət Mir Feyzullazadə ilə müsahibə.

Young Business Factory şirkətinin Layihə Meneceri Rüfət Mir Feyzullazadə ilə müsahibə.

Salam Rüfət bəy, zəhmət olmasa özünüz haqda oley.az saytının oxucularına məlumat verin.

Mən Mir Feyzullazadə Rüfət –  Azərbaycan Turizm və Menecment Universitetinin II kurs tələbəsiyəm, hal-hazırda Young Business Factory şirkətində lahiyə meneceri vəzifəsində çalışıram.

 - Lahiyə haqqında məlumat verə bilərsiniz?

“Tbilisi Business Program” çərçivəsində Gürcüstanın 4 prestijli iş mərkəzinə biznes turlar təşkil ediləcək. Proqram 4-9 fevral tarixlərində baş tutacaq, 5 gün ərzində iştirakçılar həm özəl, həm də dövlət müəssələrinin iş gedişi ilə tanış olacaqlar, müxtəlif seminarlarda iştirak edəcək, beynəlxalq biznes sistemləri ilə əyani şəkildə tanış olacaqlar. Proqaramda 40-a yaxın gəncin iştirakı nəzərdə tutulub. “Tbilisi Business Program”ın sonunda iştirakçılar beynəlxalq sertifikatla təltif olunacaqlar.

- Proqramın keçirilməsində məqsəd nədir?

Proqramın keçirilməsində əsas məqsəd gəncləri xarici biznes mühiti ilə tanış etmək, dünyagörüşünü artırmaq, onlara beynəlxalq mühitdə biznesin necə aparılmasını praktiki şəkildə göstərməkdi. Qonşu- Gürcüstanın istər özəl, istərsə də dövlət sektorunda son illərdə qazandığı uğurlar paylaşılmağa layiqdir. Odur ki, biz Young Business Factory olaraq düşünürük ki, “Tbilisi Business Program” gənclərin gələcək karyeraları üçün çox böyük rol oynayacaq – Gürcüstanda keçirilməsinin məqsədi Qeyd etdiyim kimi, Gürcüstan son dövrlərdə istər dövlət, istərsə də özəl sahədə ciddi uğurlara imza atıb. Bu uğurların arxasında nələrin dayandığını görmək düşünürük kü, gənclər üçün çox maraqlı olardı. YBF bir neçə ildir ki, Türkiyənin müxtəlif şəhərlərində istər təhsil, istərsə də biznes proqramları təşkil edir. Bu il daha da çox gəncin beynəlxalq biznes mühiti ilə tanış olması üçün “Tbilisi Business Program” ı  təşkil etməyi düşündük.

- Proqram çərçivəsində hansı iş mərkəzlərinə gedişlər nəzərdə tutulub?

“Tbilisi Business Program” çərçivəsində 4 iş mərkəzinə biznes-turun həyata keçirilməsi nəzərdə tutulub. Bunlardan ikisi dövlət, ikisi isə özəl sektora məxsusdur. Özəl sektordan Gürcüstanın ən böyük kommersiya banklarından biri olan Bank of Georgia xüsusilə maliyyə sahəsinə marağı olan gənclər üçün seçilib. Biznes tur çərçivəsində gənclər bankın iş sistemi və beynəxalq bank sistemi ilə tanış olacaqlar. İkinci səfərimiz isə Tbilisinin mərkəzində yerləşən 5 ulduzlu “Hotel & Preference Hualing Tbilisi” hotelinədir. Tbilisinin regionumuzun ən çox turist qəbul edən şəhərlərdən biri olması heç kimə sirr deyil. Bu cür böyük bazarda necə hərəkət etməli, beynəlxalq mehmanxana şəbəkəsini yerli mədəniyyətə necə uyğunlaşdırmaq kimi suallar bu otelin menecerləri tərəfindən biznes-tur çərçivəsində cavablandırılacaq. Üçüncü səfər edəcəyimiz iş mərkəzi isə – Public Service Hall-dur. Public Service Hall özündə 300-dən çox dövlət xidmətini cəmləşdirir və son illərdə Gürcüstan dövlətinin ən böyük uğurlarından biri hesab edilir. Nəhayət, sonda gənclərlə Gürcüstan Parlamentinə biznes-turumuz nəzərdə tutulub. 2013-cü ildən Kutaisi şəhərinə köçürülən Gürcüstan parlamentinin yeni binasını görmək, biznes-tur çərçivəsində rəsmilərlə görüşməyin iştirakçılar üçün çox maraqlı olduğunu düşünürük. Təbii ki, rəsmi biznes-turlardan başqa Tbilisinin müxtəlif görməli, tarixi yerlərinə də ekskursiya təşkil olunacaq.

- Proqram gənclərə nə kimi fayda verəcək?

“Tbilisi Business Program” lahiyəsində iştirak edəcək gənclər 5 gün ərzində müxtəlif sahələrdə olan biznes sistemlərlə tanış olacaqlar. Onlar beynəlxalq idarəetmənin qaydalarını peşəkarların dilindən eşidəcək, və öz suallarını bu peşəkarlara vermək şansını qazanacaqlar. Proqram çərçivəsində keçiriləcək seminar və treninqlər gənclərin gələcək karyeralarında böyük kömək olacaq. Proqram zamanı gənclər yeni dostlar qazanacaq, həm əyləncəli, həm də çox məhsuldar 5 gün keçirəcəklər. Təbii ki, sonda iştirakçılar beynəxalq sertifikatla təltif olunacaqlar.

- Proqrama nələr daxildir?  

Proqrama yuxarıda sadaladığım bütün iş mərkəzlərinə olan biznes-turlar, Bakıdan Tbilisiyə və geriyə nəqliyyat xidməti, 5 gün ərzində rahat hoteldə gecələmə, gün ərzində 3 dəfə qidalanma və Tbilisi şəhər ekskursiyası daxildir. Həmçinin, hər bir iş mərkəzi tərəfindən iştirakçıları xüsusi hədiyyələr gözləyir. Son gündə təşkil olunacaq musiqili-əyləncəli party və təbii ki, ən əsası unudulmaz 5 günün “Tbilisi Business Tour”un qiyməti sadəcə 275 AZN-dır. Tələbər üçün isə özəl qiymətimiz  – 265 AZN təşkil edir.

Proqrama qoşulmaq üçün üçün əlaqə.

Ünvan Caspian Plaza 3 cü korpus 12 ci mərtəbə.

Əlaqə: (012) 492 36 67 ; + 994 55 373 50 66

12417609_948286395238443_7591720157643330216_n 11695841_936165756440372_2297669504669700710_n 1610962_852624724785145_836542038316161266_n


Baxılma sayı (531)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>