İsveçrədə təhsil alan Ceyhun İsgəndərovla müsahibə.

İsveçrədə təhsil alan Ceyhun İsgəndərovla müsahibə.

Salam Ceyhun bəy, xahiş edirəm özünüz və fəaliyyətiniz haqda geniş məlumatı oley.az saytının oxucularına təqdim edəsiniz.

Salam mən Ceyhun Isgəndərov, 1993cu ilin 12fevral tarixində Şamaxıda anadan olmuşam, 2006ci ildə 1ci yerə çıxaraq Ağdaş özəl türk liseyinə qəbul olduqdan sonra təhsilimi orda davam etdim və 2011 – 2013 cü illər ərzində Qafqaz Universitetində təhsil aldım, hal hazırda İsveçrənin Glion İnstitute of Higher Education ali təhsil ocağında Turizm və Otelçilik üzrə dövlət Proqramı çərçivəsində təhsil alıram.

Xaricdə təhsil almaq qərarına necə gəldiniz? və niyə İsveçrədə oxumağı seçdiniz?

6-cı sinifdən sonra təhsilimi Türk liseyində davam etdirmişdim, orda xaricdə təhsil alanlar və onların uğurları haqqında tez-tez eşidirdim, xaricdə təhsil almağın önəmləri və imkanları barədə müəllilərimiz bizi məlumatlandırıb həvəsləndirirdilər, xaricdəki imkanlar və təhsilin keyfiyyəti məni cəlb edirdi və bunun üçün əlimdən gələni etməyə şövq edirdi, sonradan Azərbaycanın ən yaxşı Universitetlərindən olan Qafqaz universitetinə daxil olsamda, uşaqlıq arzumun arxasınca qaçdım, iki il Qafqaz universitetində təhsil aldıqdan sonra artıq fikrimi qətiləşdirdim və istəyimə çatdim.

 Turizm və Otelçiliyi İsveçrədə oxumaq sizə nə qazandırdı?

Ilk öncə İsveçrəni seçmək səbəbim, orda, turizmin yüksək səviyyədə olması və seçdiyim universitetin də turizm üzrə qabaqcıl Universitetlərdən biri olmasıdır. Hətta, bu il, Hospitality Management üzrə 1ci yerə də layiq görülüb. İsveçrədə oxumağ mənim üçün fakultənin bütün xırdalıqlarına yiyələnmək, dərindən öyrənmək və ölkəmizlə müqayisədə nələrdə hələdə geridəyik və ya öndəyik, nələr inkişaf elətdirilməli və daha çox diqqət yetirilməli olduğumuz sahələri bildirdi. Bütün bu saydıqlarım və ən önəmlisi İsveçrədəki müşahidələrim məncə elə ən böyük qazancdır.

Universitetinizin üstünlüklərindən danışa bilərsiniz?

Universitetimizin ən gözəl xüsusiyyətlərindən biri, təhsil sistemində təcrübələrə çox önəm verməsidir. İlk iki semesterimizin hər birində bir aylıq Universitet daxili və yüksək biliyə və təcrübəyə malik Avropa turizminin xırdalıqlarına yiyələnmiş müəllimlər tərəfindən keçirilən təcrübə və universitet xaricində aldığım 6 aylıq təcrübə fikrimcə karyeramın ilkin pillələrində mühim rol oynayır. Əlavə olaraq dünyanın hər yanından yüksək təcrübəli müəllimlərimizin olması məncə ən böyük qatqıdır. Təhsil sisteminin dərinliklərinə yiyələnmələri və bizi də bu yöndə yönəltmələri və tövsiyyələrinin özü o təcrübələrə yiyələnməklə çox az fərq edir.

 Xaricdə təhsil almaq istəyən tələbələrə nə demək istərdiniz?

Əsas olan ixtisas və universitet seçimində çox diqqətli olmaqdır ki sonradan peşmançılıq çəkməyəsiniz. Bəziləri düşünür ki, xaricdə təhsil olsun, hara olur olsun, ama məncə elə deyil, səhv universitet və ya yanlış ixtisas seçimindənsə  Azərbaycandakı tanınmış bir Universitetdə oxumaq daha yaxşıdır. Əlavə olaraq ilk tövsiyyəm, seçdikləri universitetdə yaxşı oxumaq, ixtisaslarının bütün dərinliklərinə yiyələnəcək və ölkəmizi yüksək səviyyədə təmsil edəcəklər. Çünki hal hazırda, bəzi Universitetlərin ölkəmiz haqqında ya az yada heç məlumatları yoxdur. Glion Universitetində Azərbaycanı Azərbaycanlı tələbələrə görə tanıyırlar desəm heç yalan olmaz. Ona görə də çalışın ki istər təhsilimizlə istərsə də fəaliyyətlərimizlə ölkəmizi təmsil edin buna çox ehtiyacımız var hələ.

Maraqlı məlumatları bizimlə bölüşdüyünüz üçün təşəkkü edirik YBF.

Çox sağolun.

Xaricdə təhsil üçün bizə Müraciət edə bilərsiniz.

Ünvan Caspian Plaza 3 cü korpus 12 ci mərtəbə 

Əlaqə: (012) 492 36 67 ; + 994 55 373 50 66

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

 

12399482_582684315217352_1141219074_n 12404638_582684291884021_1174742052_n 12421367_582685981883852_1845004833_n 12434204_582685621883888_1914083489_n 12434225_582684075217376_1693136233_n 12434496_582686191883831_1623375376_n 12435585_582685508550566_207880165_n 12436005_582685781883872_497593266_n 12436093_582683751884075_1074842505_n


Baxılma sayı (396)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>