İspaniyada təhsil almış Afaq Əzizova ilə müsahibə.

İspaniyada təhsil almış Afaq Əzizova ilə müsahibə.

Salam Afaq xanım zəhmət olmasa özünüzü oley.az saytının oxucularına təqdim edin.

Salam, mən Afaq Əzizova, 22 yaşım var, Azərbaycan Dillər Universitetinin İspan-dili tərcümə fakültəsində təhsil almışam. Belə deyərdim ki, yaşıma görə İspan dili tərcüməçi və bu dili tədris etməkdə böyük təcrübəm var. Hazırda da bu sahəni davam etdirirəm. Hazırda Azərbaycan Dillər Universitetinin ispan dili tərcümə fakültəsinin 4-cü kursunda təhsil alıram.  Amma mən 4-cü kursu həm də İspaniyanın Sevilya universitetində Erasmus tələbəsi kimi təhsil aldığıma görə burada sadəcə qalıq fənnləri, yəni orada üst-üstə düşməyən fənnləri oxuyuram.

Bu proqram haqqında tələbələrə geniş məlumat verə bilərsiniz? Hansı ixtisaslar üzrə bu proqrama qoşulmaq mümkündür?

Bu, Azərbaycan ilə digər ökələrin universitetlərinin arasında imzalanmış müqavilələrdən asılıdır. Mən qeyd etdiyim kimi Azərbaycan Dillər Universitetində təhsil aldığıma görə əsasən müxtəlif dillər üzrə dilçilik, tərcümə, müəllimlik və s bu kimi ixtisaslar üzrə mübadilə proqramı vasitəsi ilə gedib təhsil almaq olur. Lakin əlbəttə ki digər sahələr üzrə də ən çox prioritet sahələr hesab olunan ixtisaslarda təhsil almaq mümkündür. Bunu həyata keçirmək üçün təqaüd təklif edən mübadilə proqramları mövcuddur ki, bunlardan biri də mənim təhsil aldığım Erasmus Mundus proqramıdır.

Xaricdə təhsil aldığınız müddətdə sizdə nə cür dəyişikliklər oldu? bu müddət inkişafınıza nə cür qatqı verdi?

İlk öncə demək istərdim ki, mıən İspaniyada təhsil almışam. Burada da ispan dilini öyrənib belə bir şansın ələ düşməyi təbii ki, çox böyük uğur oldu mənim üçün. Çunki, seçim prossesi çox uzun olmaqla yanaşı çətin idi. Siz minlərlə rəqibinizin içindən cəmi 2 yerə müraciət edirsiniz və qazanırsınız. Mən xaricdə təhsil aldığım 1 il müddətində həm tədris həm dostlar həm yeni məlumat cəhətdən hədsiz çox şey qazandım. Belə ki, ilk öncə öyrəndiyim dilin yaşandığı bir mühitə duşmək mənim xarici dili daha dərindən mənimsəməmə çox kömək oldu, bundan başqa ispan dostlar qazandırdı. Təbii ki, xaricdə olursunuzsa yeni bir mədəniyyətlə tanış olursunuz onun adət-ənənənlərini gözünüzlə görərək təcrübədə  öyrənirsiniz. İspaniyadan qayıdanda mən özümdə müsbətə doğru çox dəyişiklik hiss etdim və hazırkı karyerama da çox müsbət təsiri oldu.

İspaniyaya daha çox hansı ixtsaslar üzrə peşəkar təhsil almaq üçün müraciyət edirlər?

Bildiyimiz kimi, İspaniya 17 Muxtar Vilayətdən ibarətdir və hər vilayət müxtəlif sahələrdə keyfiyyətli tədris təklif edə bilər. Məsələn dili öyrənmək istəyən bir şəxs əsasən Kastiliya və Leon vilayətinə xüsusilə Salamanka Universitetinə müraciət etməsi daha məqsədəuyğundur. Çünki ispan dili sırf bu zonada ən çox qorunub saxlanılıb. Lakin İspaniya çox böyük turist ölkəsidir, təkcə Barselonaya ildə 70.000 turist gəlir. Beləliklə də Turizm sahəsi də çox yaxşı inkişaf etmiş və tədrisi güclü hesab olunan sahələrdəndir. Bundan əlavə cənub regionlarında kənd təsərrüfatı da çox inkişaf etmişdir buna görə də müraciət etmək doğru seçim olardı.

Xaricdə təhsil almaq arzusunda olanlara hansı informasiyanı və tövsiyyələri çatdırmaq istərdiniz?

Mənə elə gəlir ki indiki gənclərin hər birinin arzusudur xaricdə təhsil almaq, lakin bunun üçün kifayət qədər maddi resurslara malik olmaya bilərlər . Buna görə istər Azərbaycan Dövlətinin özü istərsə də Avropa Birliyi və ya Universitetlər fərdi şəkildə özləri tez-tez təqaüd proqramları elan edir. Bu fürsətdən yararlanmağı təklif edirəm. Məsələn mənim qazandığım Erasmus programı hər il oktyabr ayında müəyyən sayda boş yer üçün təqaüd elan edir və bu müddət yanvar ayında sona çatır və aprel ayında nəticələr elan olunur. Təqaüd təhsil xərclərini qarşılamaqa yanaşı sizə kifayət qədər aylıq xərc təklif edir ki, siz bununla həm qalmaq xərclərinizi qarşılaya və mənim kimi səyahət sevənsinizsə üstəlik səyahət də edə bilərsiniz. Bəzən gənclər bu təqaüd proqramlarından ya xəbərsiz kənarda qalır ya da son günlərdə xəbər tutduğuna görə artıq gec olur. Buna görə daim axtarışda olmaqlarını tövsiyyə edir və özlərinə uyğun bir təqaüdü tapacaqlarına əmin edirəm.

Maraqlı müsahibə üçün təşəkkür edirik YBF.

Təşəkkürlər :)

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

 

 

1058658_782648785194496_1880404733_n 1531660_160908430932206_6924460281540691818_n 10555252_782647991861242_369345308_n 12342733_160908707598845_1318870225826501140_n 12347802_160908580932191_6514801536205510322_n 12367027_782652555194119_1926161343_n 12380282_782647478527960_572872277_n 12380475_782653658527342_185945812_n 12395078_782653795193995_849178553_n 12395177_782651201860921_1811317968_n 12395227_782647588527949_2003049393_n


Baxılma sayı (1207)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>