King’s College London da təhsil alan Ülviyyə Bayramova ilə müsahibə.

King’s College London da təhsil alan Ülviyyə Bayramova ilə müsahibə.

Salam Ülviyyə xanım xahiş edirəm özünüzü haqqında geniş məlumatı oley.az saytının oxucularına çadırasınız.

Mən, Bayramova Ülviyyə, Bakı şəhəri Suraxanı rayonu 282 nömrəli orta məktəbi bitirmişəm. Bakalavr Təhsilini 2004-2008-ci illərdə Azərbaycan Dillər Universitetinin Filologiya fakultəsində aldıqdan sonra, ilk magistratura təhsilimi Azərbaycan Dövlət Pedaqoji Universitetində Ümumi Dilçilik ixtisası üzrə dəvam etdirdim. Təhsilin bu pilləsini başa vurduqdan sonra İngilis dili müəllimi kimi fəalliyətə başladım və zaman-zaman anladım ki, İngiltərədə Master təhsili almağım yüksək nailiyyətlər əldə etməyimə təkan ola bilər. Nəticə etibarı ilə, İngiltərə universitetlərinə qəbul üçün tələb olunan imtahanlardan keçərək sənədlərimi, həmin vaxta qədər qazandığım uğurlu göstəriciləri universitetlərə göndərərək bir neçə ay ərzində qəbul məktubumu aldım. Seçimim King’s College London oldu və bu seçimlə Xaricdə təhsil üzrə “Dövlət Proqramı”na müraciət edərək qalib olan iştirakçılardan oldum.

Xarici universitet seçərkən niyə sırf Kings College Lodonu seçdiniz? sizə görə hansı üstünlükləri var idi bu niversitetin?

King’s College London öz təhsil tarixi və təhsil mədəniyyəti ilə dünyanın ən qabaqcıl universitetlərindən biridir. Mənim ordakı ixtisasım da təhsilin idarə edilməsi olduğu üçün mənə elə gəlir bu təhsil tarixindən və təhsil mədəniyyətindən bəhrələnmək üçün tam yerinə düşmüş bir seçim idi. Bundan əlavə, bu universitet öz elmi tədqiqatları ilə təhsil sahəsində dəyişikliklərə səbəb olan və həmin dəyişikliklər nəticəsində yüksək nailiyyətlər qazanmış olan bir universitetdir, və ölkəmizin təhsil sisteminin bugünki inkişaf tarixində uğur əldə etmək üçün belə bir təcrübəni öyrənmək üçün mənə məhz King’s College lazım idi.

 Xaricdə təhsil sizə istədiyiniz nələri qazandırdı?

İlk növbədə, xaricdə təhsil almaqla, mən seçdiyim ixtisasla bağlı bilik qazandım ki, bunu təhsilimizdə şəxsən mən tərəfdən gələcəkdə əldə ediləcək uğurun başlanğıcı hesab edirəm. Bununla yanaşı beynəlxalq təcrübə, əməkdaşlıq edə bilmə, araşdırma və tədqiqat bacarığını formalaşdırma, müxtəlif ölkələrin mədəniyyəti ilə tanışlıq, səmimi əcnəbi dostlar qazanma kimi uğurları da bu sıraya aid edə bilərəm.

 Xaricdə təhsilin karyeranıza nə cür qatqılar verəcəyini düşünürsünüz?

Düşünürəm ki, xaricdə təhsil təcrübəsi təhsil sahəsində əldə etmək istədiyim uğurları qazanmaq və peşəkar bir təhsil işçisi olmaq üçün bir vasitə olacaq.

 Xaricdə oxumaq istəyən tələbələrə nə demək istərdiniz? xaricdə oxumaq istəyirlərsə nələrə hazır olmalıdırlar?

Onlara demək istərdim ki, xaricdə təhsil almağa məqsədli yanaşsınlar və bunu nə üçün istədiklərini bilsinlər ki, bu məqsədyönlülük təhsil aldıqları müddətdə onlara çətinliklərə tab gətirmək üçün motivasiya olsun. Əgər bu məqsədyönlülük varsa çalışsınlar, öz bilik və bacarıqlarına inamlı olsunlar və dövlətimiz tərəfindən onlara yaradılan şəraitdən istifadə etsinlər və qalib olsunlar.

 Maraqlı müsahibə üçün təşəkkür edirik YBF

Siz də sağolun :)

Xaricdə təhsil üçün bizə Müraciət edə bilərsiniz.

Ünvan Caspian Plaza 3 cü korpus 12 ci mərtəbə 

Əlaqə: (012) 492 36 67 ; + 994 55 373 50 66

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

 

12386737_968248519913518_974592485_n 12388265_968248563246847_1298270944_n 12381024_968248639913506_968760175_o 12380152_968248796580157_163774022_n 12369899_968248603246843_633476923_o 12316200_968248273246876_6743446265002716816_n 12351014_968248693246834_464304151_n 12366607_968248649913505_134131597_n

 


Baxılma sayı (651)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>