Hacettepe Universitetinin tələbəsi Ramil İbrahimoğlu ilə müsahibə

Hacettepe Universitetinin tələbəsi Ramil İbrahimoğlu ilə müsahibə

Salam Ramil bəy zəhmət olmasa özünüz haqqına melumati oley.az saytının oxucuları ilə bölüşərdiz.

Mən İbrahimov Ramil İbrahim oğlu 1992 ci il iyul ayının 15i Sumqayıt şəhərində anadan olmuşam. Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 saylı orta məktəbi bitirmişəm. 2010 cu il Bakı Dövlət Universitetinə qəbul olmuşam, 2014 cü ildə bakalavr təhsilimi bitirib elə həmin ildə Hacettepe Universitetinin Maliyə bölümünə qəbul olmuşam. Hal hazırda təhsilimi burda davam edirəm.

Hacettepe Universitetini seçməyinizə səbəb nə idi?

Hacettepe Türkiyə universitetləri arasında reytinqdə hər zaman ilk beşlikdə olur. Həmçinin dünya Universitietləri arasında ilk 500 də yer alır. Bundan əlavə Türkiyədə hər zaman Ankarada yaşamağı istəmişəm. Hacettepenin də Ankarada olması mənə stimul verdi ki mən buranı seçim və məncə seçimimdə yanılmamışam.

Universitetə qəbul olduqda nə kimi gözləntiləriniz var idi? Təhsil aldığınız dövrdə Universitetiniz bütün istədiklərinizi doğrultdu mu?

 Universitete qəbul olduqda təhsilimin daha mükkəmməl olacağını düşünürdüm və təbiki buna nail oldum. Burdakı təhsil sistemi ilə Azərbaycandakı təhsil də fərq böyükdür. Saatlarla dərs oxumağa məcbursan. İnsanda oxumaq həvəsi artır və təbiki bu da dərs qiymətlərinə öz təsirini göstərir. Çalışıram bütün dərslərdən yüksək ballarla keçim. Mənə elə gəlir istədiklərimi almışam amma daha da təkminləşdirib bu yolda davam etmək istəyirəm. Buranı bitirdikdən sonra ersamus vasitəsiylə təhsilimi Avropada davam etdirmək istəyirəm

Hansı Üstünlüklərinə görə xaricdə təhsil ölkə daxilindəki təhsildən fərqlənir?

Xaricdə təhsilin üstünlükləri ayrı cəmiyyəti tanımaq, ordakı insanlarla ünsiyyət qurmaq, daha geniş əhatə dairəsinə malik olmaqdadır. Bundan əlavə bizim təhsil sistemi ilə burdakı təhsil sisteminin fərqi müəllimlərlə səmimi olmağımızdadı. Buradakı müəllimlər tələbələrin hər problemini həll etməyə çalışır. müəllim-tələbə münasibətindən çox dostluq münasibətini hiss edirsən. Bundan əlavə burda tələbələrdə çox aktivdir. Burada tələbə təşkilatları, ittifaqlar, topluluqlar saysız hesabsızdır. Onlar hər gün yığıncaqlar təşkil edir, müxtəlif elmi, mədəni, əyləncəli tədbirlər həyata keçirirlər. Həmçinin universitetdə tələbəyə qarşı olan hər bir məsələdə tələbələr öz etirazlarını bildirirlər və çox zamanda buna nail olular.

 Xaricdə təsil almaq istəyənlərə hansı tövsiyyələr vermək istərdiniz?

Xaricdə təhsil almaq istəyənlərə tövsiyəm o olardı ki, əvvəlcə seçdiyi universiteti, yaşayacağı şəhəri dəqiq araşdırsın. Bəzən təhsil almaq bəhanəsi ilə nəyinki Türkiyədə yaxud başqa ölkədə heç Azəebaycanda belə tanınmayan universitetlərdə oxuyan tələblələr var. Burada illərini və pulunu həba etməkdənsə daha gözəl peşələr və gəlirli sahələri seçməkləri məqsədə uyğun olar.

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

 

1948004_674477569257779_1639773248_n 11113957_463950643770792_4375784245132544831_n 11182064_463948640437659_5420988157096331194_n 11182148_464821437017046_2595243345863937847_n 11202574_967512666620933_32846852566394656_n 12241742_905594746189046_2595450875296139417_n (1)


Baxılma sayı (665)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>