Birmingem Universitetində təhsil alan Günel Ağabəyli ilə müsahibə.

Birmingem Universitetində təhsil alan Günel Ağabəyli ilə müsahibə.

Salam Günel xanım xahiş edirəm özünüz və hal hazırki fəaliyyətiniz haqqında oley.az saytının oxucuları üçün geniş məlumat verəsiniz.

Salam, adım Günel Ağabəylidir, 25 yaşım var. Binəqədi rayonu Nizami Nərimanov adına 248 saylı orta məktəbi bitirmişəm.Orta məktəbi bitirdikdən sonra 2009-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul oldum. Dörd illik yüksək səviyyəli təhsildən sonra artiq 2013-cü ilin yay aylarında müsahibələri uğurla keçib bir çox xarici şirkətlərdən iş təklifi aldım. Seçimimi isə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda saxladım. Bununla daha çox təcrübə əldə edib öz təhsilimi artıq ölkədən kənarda davam etdirmək istəyirdim. 2 illik iş təcrübəsindən sonra 2014-cü ilin noyabr ayında bir çox xarici universitetlərə təhsil almaq üçün müraciət etdim. Müraciət etdiyim bütün univesitetlərdən müsbət cavab aldıqdan sonra seçimimi Birmingem Universitetində saxladım. Buna əsaslı səbəbim isə bu universitetin 2014-cü ilin universiteti olması və mənim sahəm üzrə Birləşmiş Kralliqda 3-cü yerdə olması idi. Hal-hazırda isə Birmingem Universitetində kimya mühəndisliyi üzrə magistr təhsili alıram.

 Xaricdə təhsil almaq sizə nələri qazandırdı?

Xaricdə təhsil mənə öz ixtisasımla bağlı yeniliklərdən xəbərdar olmaq və bu yenilikləri mənimsəyib tətbiq etmək imkanı yaradır. Həmişə arzusunda olmuşam belə bir mühitdə təhsil alım, çünki yüksək səviyyəli təhsil sistemi insanı dərslərində fərqlənməyə, yeniliklərə imza atmağa həvəsləndirir. Bundan başqa daim öz sahəndə bir çox kəşflərə imza atmış professorlarla kontakta olub daima onlardan yeniliklər oyrənmək, həyat təcrübəsi toplamaq gələcəyə bir yatırımdı.

 Xaricdə təhsilin Karyeranıza necə bir qatqı verdiyini düşünürsünüz?

Hal-hazırda dörd aydı artıq burda təhsil alıram. Burda 4 ay ərzində öyrəndiklərim bəlkə də bir illik proqramdı. Bakalavr təhsilim və magistr təhsilim hər ikisi yüksək səviyyəli təhsil ocaqlarında olduğu üçün əminəm ki, gələcək karyeramda bu təhsilimin böyük kəşflərə imza atmağımda mənə çox köməyi dəyəcək. Çünki bakalavr təhsilimlə mən artıq bir çox uğurlar əldə etdiyim üçün magistr təhsilimdən sonra daha da öz sahəm üzrə dərin biliklərə yiyələnəcəyimi düşünürəm.

 Xaricdə təhsil almağın nə kimi üstünlükləri olduğunu oxucularımızla bölüşə bilərsiniz?

Xaricdə təhsil almağın çox üstünlükləri var. Birinci yeni mühit və tanımadığın bir mühitə qısa zamanda adaptasiya olmalısan. Bu insanı gələcək həyatda çıxacaq çətinliklərə qarşı bir növ hazırlaşdırır. Daha əsası isə öz sahən üzrə yeniliklərin bir başa iştirakçısı olursan. Həmişə gərəkli olacaq təcrübə qazanırsan və burdakı təhsil sistemində olan dərslərin ağırlığı və bunlara hazır olmaq üçün qısa zamanlar səni gələcək karyeranda daha da tez düşünüb qərarlar verməyə hazır edir. Çünki iş həyatında hər qərar saniyənin bəzən bir anında həll olunur. Düz qərar verdinsə qazanan sən olursan. Bundan başqa bir çox millətlərdən olan tələbələrlə ünsiyyətdə olub onların tarixin, mədəniyyətin bir başa onların özündən öyrənirsən və öz mədəniyyətini , tarixini onlarla paylaşırsan. Belə məlumatlara heç bir kitabda rast gəlmək mümkün deyil.

 Xaricdə oxumaq istəyən tələbələrə nə demək istərdiniz?

Xaricdə təhsil almaq istəyən gənclərə demək istərdim ki, gənclik illərinin verdiyi fürsətdən səmərəli istifadə etsinlər. Daim zirvələrə can atsınlar. Əllərində olan hər imkandan yararlansınlar, illərini faydalı keçirsinlər və ən əsası, məqsədli olsunlar. Çünki insan qarşısına məqsəd qoyaraq, hər gün bu məqsədə çatmaq üçün bir saat belə olsa çalışırsa, demək, nəticə arzuladığı kimi olacaq.Öz təcrübəmə əsaslanaraq, bunu əminliklə söyləyə bilərəm. Bir il əvvəl xaricdə təhsillə bağlı qarşıma qoyduğum arzum bu gün artıq reallığa çevrilib. Xaricdə təhsil insana hər tərəfli müsbət təsir edir və gənclər ölkəmizdə mövcud olan hər imkandan faydalanib bunu realliğa çevirsələr gələcəklərinə çox yaxşı yatırım olacaq. Çünki gələcək savadlı gənclər tələb edir.

 Maraqlı məlumatlarınızı bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik YBF. 

Belə marağlı müsahibə üçün sizə təşəkkürlər. Ümidvaram müsahibəmlə bir çox tələbələrə seçimləri ilə bağlı yardım etmiş oldum.

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

12359666_535790749919668_972591401_o

 

12336414_536005046564905_628876736_n 12351270_536005003231576_1359128489_n 12359459_536002889898454_1283186731_o

12356216_535790336586376_15818575_o

12348194_535789793253097_1469559760_n


Baxılma sayı (462)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>