University of East Anglia da təhsil alan Nurlan İlə müsahibə :)

University of East Anglia da təhsil alan Nurlan İlə müsahibə :)

Salam Nurlan zəhmət olmasa özünüz haqqında geniş məlumatı saytımızın oxucuları ilə bölüşərdiniz.

Mən Nurlan Xammədli Kərim oğlu 04 May 1993 cü ildə Bakı şəhərində anadan olmuşam, 8 ci sinfə qədər 267 nömrəli məktəbdə daha sonra isə fizika,riyaziyyat və informatika təmayüllü liseyi bitirmişəm. Bakalavr təhsilimi 2010-14 cü illər ərzində ADİU də Maliyyə fakultəsində almışam. Universitet təhsilindən əlavə kiçikdə olsa musiqiylə maraqlanmışam , gitara ifa etmək hobbimdir. 2013 cü ildə qərara aldım ki magistr təhsili alım, və İELTS-ə hazirlaşmağa başladım, biraz tənbəllik, biraz oxumaq, sonda İELTS sertifikatımı aldım, hamının dediyi kimi təkçə İELTS lə məsələ həll olunmurmuş, yorucu sənəd sünəd işlərindən sonra nəhayət offer imi əlimə aldım, University of East Anglia da Economics of İnternational Finance and Trade bölümünə qəbul oldum, həm əyləncəli həm yuxusuz kitabxanada keçən günlərim başladı.

 Qəbul olduğunuz universiteti hansı üstünlüklərinə görə seçdiniz?

 Ən çox təhsil almaq istədiyim ölkələrdən olduğu üçün İngiltərə əsas seçimlərimdən idi. Bundan əlavə Universitetin yüksək tələbə məmnuniyyəti və həqiqətən də çox gözəl campus-u olduğuna görə seçim etdim. Bildiyimizə görə bizim ölkədə campus həyatı anlayışı tam formalaşmıyıb, xarici filmlərdə gördüyümüz həyatı yaşamaq arzusu deyim.

1 il ərzində Universitetdən gözlədiklərinizi ala bildinizmi?

Məncə artıq səviyyədə aldım, istər öz millətimizdən, istərsə xarici, yeni və möhkəm dostlar qazandım. Ən əsası daha güclü dünya görüşünə yiyələndim, ətrafa çərçivədən kənardan baxmağı öyrəndim.

Birdə yemək bişirməyi öyrənmişəm :D

 Tələbəlik həyatınızdan ən yadda qalan məqam hansılar idi.

Oxumaqla əyləncəni balanslı tutmağa çalışmışam. Xüsusilə dostlarla səhərə qədər davam edən çay süfrələri unudulmaz olurdu, həmçinin boş vaxt tapan kimi etdiyim səyahətlər yadda qalan olub, başqa mənsubiyyətə mənsub dostar qazanmaq məncə əvəzolunmazdı.

Xaricdə oxumaq istəyən tələbələrə məsləhətiniz nədir?

Məsləhətim o olardı ki, bütün əngəlləri aşib öz istəklərinə çatsınlar, həqiqətən də geri dönəndə “yaxşı ki bunu etdim” deyəcəklər. Birdə hamısının beynindəki o sualı “görəsən oxuya bilərəm orda?” beyinlərindən atsınlar.  Özlərinə azacıq inam ilə gözləmədikləri xoş nəticələri alacaqlar.

Maraqlı məlumatlarınız üçün təşəkkür edirik YBF.

Təşəkkürlər.

 

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

 

12312157_1187259271289903_589746732_n 12312182_1187259101289920_1727845368_n 12312319_1187259214623242_256981075_n 12312444_1187259357956561_677370383_n 12319380_1187259137956583_283706102_n 12319448_1187259337956563_1565766427_n 12325050_1187259354623228_1332737762_n 12336173_1187259141289916_1319022408_n 12348301_1187259104623253_686185807_n 12348691_1187259321289898_1617095753_n 12351099_1187259167956580_2118215690_n 12351279_1187259097956587_1885348388_n


Baxılma sayı (1044)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>