İngiltərədə Təhsil almış Rəşad Həsənov ilə müsahibə :)

İngiltərədə Təhsil almış Rəşad Həsənov ilə müsahibə :)

Salam Rəşad bəy zəhmət olmasa özünüz haqqında geniş məlumatı oley.az saytının oxucuları üçün paylaşardınız.

Mən Rəşad Həsənov 14 avqust 1986 -cı ildə Bakı şəhərində anadan olmuşam. 2004- cü ildə Bakı şəhəri Yasamal rayonu 176 nömrəli orta məktəbi bitirib Azərbaycan Tibb Universitetinə qəbul olmuşam. 2010-2012 ci illər ərzindı Qazax rayonu Mərkəzi Uşaq Xəstəxanasında Həkim Pediatr kimi fəaliyyət göstərmişəm.

Hal hazırda nə işlə məşğulsunuz, özfəaliyyətiniz nədən ibarətdir?

2014 cü ildə İngiltərənin paytaxtındakı Queen Mary University of London Universitetinə (Barts and Royal London of Medicine and Dentistry) MSc Qastroenterolgiya fakultəsinə qəbul oldum və tədrisimə başladım. Bu müddət ərzində “Royal London Hospital“ xəstəxanasının Pediatrik Qastroenterologiya və Endoskopiya şöbəsində PG Qastroenteroloq vəzifəsində Fellow kimi çalışmağa və təcrübə keçməyə başladım.

Xaricdə təhsil almaq qərarına necə gəldiniz? hansı hədəfləriniz bu düşüncəyə gətirdi sizi?

Xaricdə təhsil almaq istəyi məndə bakalavr təhsili aldığım illərdən var idi. Xaricdə oxumaq, ölkəmizdə tibbin zəif olduğunu nəzərə alıb təhsilimi dünyada öndə gedən bir sistemdə almaq istədim. Buna görədə çox ölkələr haqqında fikirləşdim, sonda Britaniyada təhsil almaq qərarına gəldim.

Britanıyada təhsil sizi nəyi ilə cəlb etdi? niyə məhz çox düşünüb Britaniyada təhsili seçdiniz?

Çünki, dünyada tibb təhsilinin keyfiyyətinə görə və bundan əlavə Amerikadan sonra ikinci tibbi tədqiqatlar edən ölkə olmasını üstünlük kimi götürdüm. Üstəlik, Qastroenterologiya ixtisası üzrə sırf Master təhsili verən əasa Universitetlərin bu ölkədə olmağı məndə bu ölkəyə qarşı meyl yaratdı.

Britanıyada başqa hansı sahələr üzrə peşəkar təhsil almaq mümkündür, və hansı universitetlərdə?

Britaniyada Neuroscience uzre Queen Mary University of London, Pediatriya uzrə Glasgow University, Regenerative medicine üzrə Queen Mary University of London, University College London və s.

Sonda xaricdə təhsil almaq istəyən tələbələrimizə nə demək istərdiniz?

Həyatda nəyi, nə üçün seçdiklərini bilsinlər. Bundan əlavə seçəcəkləri ixtisasın dəqiq götür qoy edəndən sonra arxasında düşsünlər. Heç bir maneəyə baxmayaraq inamla addımlasınlar.

Maraqlı məlumatları oxucularımızla paylaşdığınız üçün təşəkkür edirik YBF.

Buyurun mən təşəkkür edirəm.

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

 

12312197_10205468941425305_348034968_n 12319569_10205468942145323_454871537_n 12319657_10205468941265301_570526362_n 12319720_10205468941505307_1097403132_n 12319735_10205468942025320_1486190298_n 12336023_10205468941785314_144285136_n 12346640_10205468941985319_980117335_n 12346903_10205468941185299_1667861355_n (1) 12348364_10205468942225325_838772858_n


Baxılma sayı (556)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>