Londonda təhsil almış Sənan Kamilli ilə müsahibə :)

Londonda təhsil almış Sənan Kamilli ilə müsahibə :)

Salam Sənan bəy xahiş edirik özünüz haqqında Geniş məlumatı oley.az saytının oxucuları ilə paylaşasınız.

Mən Sənan Kamilli Famil oğlu, 7 noyabr 1992ci ildə Bakıda anadan olmuşam. Əslən Ağdamlıyam. A. S. Xəlilov adına 263 saylı orta məktəbi bitirmişəm. 2010cu ildə 665 balla ADIU maliyyə fakultəsinə daxil olmuşam. 2011 ci ildə Maliyyənin XIQ(Xüsusi İstedadlar Qrupu) na daxil olmuşam. Xüsusi istedadım nə olub? Mən elə başdan ayağa istedadam :D nə yalan deyim, bir neçə dəfə Riyaziyyat olimpiadalarının mükafatçısı olmuşam. Nə qədər qəribə olsa da uşaqlıqdan şeirə və incəsənətə də marağım böyük olub. Dəfələrlə müxtəlif qiraət müsabiqələrində ölkə və Bakı birincisi olmuşam. Universitet illərində ictimai fəalliyətlə məşğul olmuşam, kifayət qədər aktiv olmuşam. Növbəti 2 ildə ölkədə baş tutan demək olar bütün beynəlxalq tədbirlərdə tərcüməçi, təşkilatçı və idarəçi vəzifələrini yerinə yetirmişəm. Həm əvəz edilməz təcrübə, həm də sadiq dostlar qazanmışam bu müddət ərzində. ADİU nu bitirdikdən sonra QMUL ( Queen Mary University of London) da Accounting and Finance ixtisası üzrə magistr təhsili almağa yollandım. Həyatımın ən gözəl illərindən birini yaşadım demək olar. Bakalavr təhsilim ərzində AEGEE və AİESEC in də üzvü olmuşam, İstanbul və Kievdə tədbirlərə qatılmışam,bir də Praqada 2 həftəlik Charles Universitetində XİQin təşkilatçılığı ilə accounting dən intensiv kursa getmişdik . XİQin mənə ən böyük hədiyyəsi isə “Back Front” və onun üzvləridi.

Xaricdə oxumaq qərarına necə gəldiniz? məqsədiniz nə idi?

Xaricdə oxumaq fikrim lap kiçik yaşlarımdan olub, ümumiyyətlə ingilislərə həmişə rəğbət bəsləmişəm, ona görə də məhz Londonda təhsil almağı arzulamışam həmişə. Uşaqlıqda utopik görünən bu arzu illər keçdikcə artıq daha real məqsədə çevrildi. Həm xalam oğlu da məndən əvvəl Londonda magistr təhsili almağa yollandı və bu mənim ümidlərimi daha da artırdı. Ailəmin də arzusu idi, şükür sonunda xeyirlisi ilə həyata keçdi. XİQdə təhsil də ingilis dilində  olduğundan magistr təhsilini Londonda almaq çox da çətin olmadı.

Qəbul olarkən hansı prosesləri həyata keçirdiniz? hansı imtahnaları verdiniz?

İELTS imtahanı verdim, və bununla da hərşeyin bitəcəyini düşünürdüm, heyif ki bitmirmiş, qəbul olana kimi tərcümə təsdiqə xərclədiyim pullara hələ də təssüflənirəm, sənəd işi adamı yorur düzü, ama sonunda bəhrəsini görəndə, offer məktubun əlinə alanda, bütün əziyyətlərin yadından çıxır.

Britaniyada oxumaq sizə nə qazandırdı?

Ama düzünü desəm gedib oxumağa dəyər! Ən əsası çox yaxşı dostlar qazandım, istər xarici, istərsə də yerli. Dünyanın mərkəzində, tam beynəlxalq status almış, yüzlərlə xalqın mədəniyyətinin və tarixinin formalaşdığı və birləşdiyi şəhərdə 1 il yaşamaq, unudulmaz təcrübə idi. Allah arzusunda olan hamıya qismət eləsin!

Öz təhsil həyatınızdan gəncləri motivasiya edəcək nümunələr gətirə bilərsiniz?

Heçvaxt maksimalist olmamışam, amma həmişə nəyə qadir olduğumu bilmişəm, insan gərək özünə inana , onda istədiyi hərşeyə nail ola bilər. Inanmaq bacarmağın yarısıdır. Desəm gecə-gündüz dərs oxumuşam, çox böyük yalan danışmış olaram, qohumlarım məni “oxuyan uşaq” olaraq qələmə versələr də, ailəm, dostlarım və yaxınlarım nə qədər avara olduğumu çox yaxşı bilirlər. Motivasiya olaraq onu deyə bilərəm ki, əsas qızıl ortanı tutuzdurmaqdır. Əslində həm həyatda ürəyincə rahat yaşayıb, həm də təhsildə uğur qazanmaq mümkündür. Əsas odur özunə inamın olsun. Başqaları inanmasa da olar.

Maraqlı məlumatlarınızı bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik YBF.

Sizə də təşəkkürlər.

 

 

 

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

13162_10204728113057494_4434901351668542200_n 21258_1556099484640253_3778045852897143676_n 10172711_10205092400524453_7742076148375848285_n 10457852_10206027970833126_8855617381221927952_n 10942526_10205092260240946_3520848289830199491_n 10978506_10204728107977367_7187158791284639083_n 11201502_10205492758951289_4815046143462858233_n 11947446_1005050952886140_7122841164045807722_n 11949544_1005050536219515_7660039221322406445_n 12122768_1034695779921657_7130659598089422071_n


Baxılma sayı (953)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>