Britaniyanın Edinburg Universitetində təhsil alan Nurlan bəylə müsahibə.

Britaniyanın Edinburg Universitetində təhsil alan Nurlan bəylə müsahibə.

Salam Nurlan bəy necəsiz? özünüz haqqında oley.az saytının oxucularina geniş məlumat verin zəhmət olmasa.

Salam, Mən Nurlan Sərməs oğlu Əhmədov 1991-ci ildə Zəngilan şəhərində doğulmuşam. Orta təhsilimi Bakının Nizami rayonunda yerləşən 289 saylı orta məktəb – Zəngi Liseyində almış və oranı əla qiymətlərlə bitirmişəm. Orta təhsil müddətində müxtləlif fənnlər üzrə rayon və şəhər olimpiadaların iştirakçısı və qalibi olmuşam. 2008-ci ildə ali məktəqə qəbul imtahanında 680 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Menecment ixtisasına qəbul olmuşam. Təhsilimin ilk illərindən başlayaraq ictimai işlərə maraq göstərmişəm və Azərbaycan Tələbələr Birliyində Sosial Məsələlər üzrə Katib vəzifəsində çalışmağa başlamışam. Bunun davamı olaraq 2010-2011-ci illər ərzində Erasmus Tələbə Şəbəkəsində Azərbaycan üzrə milli təmsilçi olmuşam. İctimai işlərə qoşulmağım bir çox beynəlxalq və yerli tədbirlərdə aktiv iştirakıma səbəb olmuşdur ki, bu da biliklərimi daha da təkmilləşdirməyə imkan vermişdir. Akademiyanın 4-cü kursunda təhsil alarkən, 2 dostumla birlikdə təhsil sahəsində kiçik sahibkarlıq fəaliyyətinə də başladıq və tələbələrimizin xaricdə təhsil almalarına, müxtəlif proqramlarda iştirak etmələrinə şərait yaratdıq. Bu həm də özümüz üçün çox yaxşı təcrübə oldu. )) 2012-ci ildə Akademiyanı fərqlənmə ilə bitirdikdən sora, hərbi xidmətə yollandım. Hərbi xidmət dövründə çox çətinliklə də olsa, sənədlərimi xarici universitetlərə göndərməyə imkan tapdım və Britaniyanın bir neçə nüfuzlu universitetindən təklif aldım. Xidmətdən geri döndükdən sonra, əvvəlcədən qəbul olduğum Azərbaycan Diplomatik Akademiyasınıda Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə maqistr dərəcəsində təhsilə başladım. Lakin, xaricdə təhsil almaq arzum 15 gündən sonra ADA-da təhsilmi dayandirmaq barədə qərarıma səbəb oldu və 2014-cü ildə Böyük Britaniyanın tanınmış universitetlərindən biri olan Edinburq Universitetində Maliyyə və İnvestisiya ixtisası üzrə maqistr təhsilimə başladım. Bu ilin avqust ayında artıq Vətənə qayıtmışam və hazırda Azərbaycan Respublikası Dövlət Neft Fondunda Risklərin idarəedilməsi Departmentində praktikadayam. (İnternship) .

Xaricdə təhsil almaqda məqsədiniz nə idi? Sizə nə qazandıracağını düşünürdüz?

Xaricdə təhsil almaqda ən əsas məqsədim biliklərimi təkmilləşdirməkdi. Nəzərə alsaq ki, universitetlərimizdə tədris prosesi əsasən nəzəri biliklərin üzərində mərkəzləşir, xaric təhsilinin praktiki baxımdan çox komək olacağını düşünürdüm. Əlbəttə çox sevindiricidir ki, mülahizələrimdə yanılmadım. Lakin onu qeyd edim ki, mən sirf xaric təhsili ideyası ilə yanaşmamışam. İxtisasım üzrə bilikləri inkişaf etdirməkdən əlavə, dünyanın reytinqli universitetlərində təhsil brend formalaşdırır və özünəinamı kifayət qədər artırır. Üstünlükləri sırasında müxtləlif ölkələrdən və mədəniyyətlərdən gələn tələbələ yoldaşları ilə fikirləri bölüşən zaman əldə olunan biliklər də unutmaq olmaz. Yeni texnologiyaların tətbiqi, müxtəlif biznes ideyalarının formalaşması və s. bu kimi müsbət cəhətlərlə təbii ki, siyahını kifayət qədər uzatmaq mümkündür.

Biliyinizi təkmilləşdirmək üçün niyə məhz Böyük Britaniyani seçdiniz? hansı özəllikləri var idi sizin üçün?

Əslində bu sualı gözləyirdim. Yuxarıda qeyd etdiyim kimi, mən düşünməmişəm ki hara olur-olsun təki xaric olsun. Özüm üçün prioritet ölkələri müəyyən etmişdim və sonda ABŞ, Almaniya və Böyük Britaniya arasında qalmışdım. Vaxta həmişə dəyər verməyim burda ən önəmli faktorlardan oldu. Maqistr təhsilinin 1 il olması, daha spesifik ixtisas yönümlülüyü, universitetlərin müxtəlif reytinq sıralamalarnda öncül yerlərdə qərarlaşması seçimimdə Böyük Britaniya üzərində dayanmağıma səbəb oldu. Bundan əlavə Britaniyanın modernizmlə konservativ qarışığının təbiətimlə uyğunluğu da seçimimdə önəmli rol oynadı.

Xaricdə oxumaq istəyən tələbələrə və oxucularımıza nə məsləhət görmək istəyirsiniz?

Sırf xaric üçün getməsinlər, ixtisası sevsinlər Çunki inanın tam səmimiyyətimə bəzən sıxılmalar, darıxmalar, yorulmalar olacaq. İxtisası sevməsələr, məqsədləri olmasa yarımçıq dayandırmağı düşünəcəklər, bezəcəklər.Əgər məqsədləri xaricdə qabaqcıl universitetlərdə təhsil almaqdırsa bundan vaz keçməsinlər. Bir də özləri üçün müəyyənləşdirsinlər, getdikləri ölkədə qalmağı, geri dönməyi və ya 3-cü başqa bir ölkədə çalışmağı düşünürlər. Sadə bir misal deyim, Edinburqda olanda bir rus tanışım vardı Scottish Law (Şotlandiya hüququ) üzrə təhsil alırdı və Rusiyaya qayıtmağı düşünürdü. Nəzərə alsaq yaş ötür və xaricdə təhsil almaq bəzən kifayət qədər maliyyə vəsaiti tələb edir, o zaman bütün sərf olunmuş əməkdən səmərəli istifadə etmək lazımdır ki, sonralar peşmançılıq hissi duymuyasan. Bir də unutmayın ki, xaricdə 1 il, 3 il, 5 il ərzidən hər şeyi öyrənmək mümkün deyil, lakin nəyi necə tapmalı olduğunu dərk edə biləcəksiniz. Bu həqiqətən önəmli faktordu.

Maraqlı məlumatlarınızı bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik YBF.

Çox sağolun, mən də sizə öz təşəkkürümü bildirirəm ki, bizə vaxt ayırdınız. Ümid edirəm, hansısa gəncdə xaricdə təhsil almaq üçün stimul yarada bildim. Ən azından buna çalışdım.

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

 

12285905_1652064791727386_576252278_n 12309170_1652064815060717_394708068_n 12312026_1652064801727385_2122733185_n 12319490_1652064771727388_1465582535_n 12319569_1652064775060721_128966050_n 12319569_1652064781727387_573783368_n 12325411_1652064795060719_1078708257_n


Baxılma sayı (835)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>