Varlı sahibkarların 7 davranışı

Varlı sahibkarların 7 davranışı

İnsanlar birdən birə varlanmazlar. Şirkət sahiblərinin bu nadir uğuru əldə etməyi illər alar. Bir çox insan bu şirkətlərin şanslı olduqlarını və ya varlıq içində doğulduqlarını düşünürlər. Ancaq bu düşüncə səhvdir. Varlı olmaq  üçün çox çalışmaq, fokuslanmaq və bəzi vacib vərdişlərə sahib olmaq lazımdır.

Varlı sahibkarların davranışlarını öyrənməyiniz və mənimsəməyiniz varlı olmaq yolunda bir sonrakı səviyyəyə keçməyinizə yardımçı olacaq.

 1 – Günə erkən başlayın.

Uğurlu sahibkarlar günə çox erkən başlayır. Varlı insanların böyük bir hissəsi səhər 4:30 – 5:30 arasında oyanır və ilk iş olaraq idmanla məşğul olur.

2 – Daim öyrənin.

Varlı sahibkarlar üçün sektorlarındakı son inkişafları yaxından izləmək həyati önəm daşıyır. Bu sayədə zihniyyətləri və dünya görüşləri zamanla inkişaf edir.

Oxumağa hər gün vaxt ayırın. Həftə içi gündə ən az bir, iki saatınızı oxumağa ayırın.

 3 – Büdcə qurun və büdcənizə bağlı qalın.

Qulağa darıxdırıcı gəlsə də, varlı olmaq istəyirsinizsə həm iş həm də şəxsi həyatınız üçün büdcə qurmağınız lazımdır. Öz gücü ilə varlı olan insanların bank hesabları enişli çıxışlıdır. Necə varlı olursa olsunlar bu ardıcılığı idarə edə bilməlidirlər. Bu səbəblə pullarını qorumağa və artırmağa davam edirlər.

 4 – İşləməkdən qorxmayın.

”Tez bir zamanda varlanma” planlarının bu qədər populyar olmağının səbəbi işləmədən varlı olmağı vəd etməsidir. Milyoner sahibkarlar üçün bu doğru bir yaxınlaşma deyil. Çalışmadan varlı olmağı ağlınızdan çıxarın. Çalışmadan heç kim gerçək anlamda varlı ola bilməz.

 5 – Net hedefler belirleyin.

Varlı sahibkarlar hansı şəraitdə işləməli  olduqlarını  bilirlər. Xəyalları ilə uyğun  zaman planları vardır. Gələcək 4 həftə içində, gələcək 6 ay içində və gələcək 5 il içində nə edəcəklərini bilirlər. Olunan işlərə görə hədəfləri yazmaq və bunları sizə dəstək olanlarla paylaşmaq, hədəflərinizə düşündüyünüzdən daha asan çatmağınıza imkan yaradar.

6 – Uğursuzluqdan qorxmayın.

Uğursuzluqdan qorxsanız varlı olma şansınızı itirərsiniz. Uğurlu sahibkarlat komfort  bölgələrindən çıxmaqdan və yeni risklər almaqdan qorxmazlar çünki uğursuzluğun son deyil öyrənmə dönəmi olduğunu bilirlər. Hər uğursuzluq şəxsiləşdirərək özünüzə nəticə cıxarın.

 7 – Tətilə çıxın.

Dayanmaq hər sahibkar üçün çətindir ancaq milyonerlərin bir çoxu fasilə verməyin önəminin fərqindədir. Çünki performansı artırmaq üçün periyodik olaraq fasilə vermək və yenilənmək lazımdır. Rahatlamaq üçün zaman yaratmağınız, varlığınızı artırmağınıza yardımçı olacaq yəni yaradıcı fikirlər tapmağınıza imkan yaradar.

Varlı olmaq şansla əlaqəli bir şey deyil. Çox çalışmaq və niyyətlə əlaqəlidir. Milyonerlərin bu vərdişlərini mənimsəyin və onların izindən getmək üçün öz vərdişlərinizi inkişaf etdirin.


Baxılma sayı (263)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>