Apple məhsullarının sadə açıqlaması

Apple məhsullarının sadə açıqlaması

Hər kəsin maraqlandığı bir sual! “Apple, yeniliklərinin arxasında nə var?” Yəni texnologiya dünyasının hər sahəsinə niyə əl atır. Bunun tək səbəbi pulunun bol olmağı ola bilməz. Bir çox şirkət mütəxəsislik sahələrindən kənar inkişaf etməkdən qaçarkən Apple bunu etməkdən çəkinmir.

Əgər siz də bu sualın cavabını bilmək istəyirsinizsə əslində bütün cavap bir başqa sualdadır. “Edilən yenilik’, iPhone üçün necə bir fayda təmin edəcək?

Təəccüblü  gəlmiş ola bilər amma vəziyyət budur. iPhone, dünyanın ən populyar və ya ən çox istifadə olunan ağıllı telefonu olmaya bilər. Google, Android istifadə sistemi sayəsində bir nömrə ola bilər. Bunu bilmeyiniz lazımdır ki iPhone gəlmiş keçmiş ən kârlı texnologiya məhsuludur. Beləsi dünyada nə görüldü, nə eşidildi.

İndi hər şey biraz daha dəqiqləşir deyə bilərik.

Apple, bu il bəlkə de tarixinin ən möhtəşəm dövrünü yaşayır. Bu il xəbəri yayılan Apple Watch, yeni iPad Pro və Apple Music ilə özündə olduqça cox müzakirəyə səbəb oldu. İstehsal etdiyi bu məhsulların tamamı da iPhone sahibləri üçün “daha” vacibdir deyə bilərik.

Apple, platforma olaraq bir istifadəçiyə ən rahat, istifadəli platformu təqdim etməyi xəyal edir. Bunu da cihazlar arası uyğunluq və sinxronizasiya sayəsində olduqca yaxşı etdiyini deyə bilərsiniz.

Bir düşünün, əgər Apple Watch almaq istəyirsinizsə , bir iPhone sahibi olmalısınız. Yoxsa sizin üçün çox da məna kəsb etməyəcək. Ağıllı saatı aldığınız üçün iPhone almazsınız lakin iPhone sahibiysəniz bu fərqli təcrübədən faydalanmaq üçün bu saatı almaq istəyə bilərsiniz.

Apple TV aldığınızı düşünün. Əgər bu məhsulu alsanız və iPhone istifadəçisi isəniz yaşayacağınız təcrübə çox daha fərqli olacaqdır. Eyni şey Macbook, iPad sahibi olmağınız mövzusunda da keçərlidi. Ətrafınıza  baxsanız əgər ümumilikdə iPhone isifadəçiləri Windows və ya Android məhsulu istifadə etməzlər, hətta olduqça məsafəli durarlar. Çünki iPhone sahibləri üçün diğər bütün məhsullar çox daha rahat istifadə olunan hala dönüşür.

Apple’ın bu yüksək karlılığı olan iPhone’dan imtina etmədiyini düşünməli olsaq əlindəki cihaz istifadəçiləri üçün yeni məhsullar təqdim etmək və onları əlində tutmaq üçün çalışması olduqca anlamlı gələcəkdir. Apple cihazlarınızla yaşadığınız təcrübəni avtomobilinizdə də davam etdiyini düşünün… Elə buna görə də Apple avtomobil istehsalı üçün çalışır və əgər dogrudam iOS sistemini avtomobildə də uğurlu bir şəkildə tətbiq olunarsa bu sahədə yaxşı bir iş edəcəyi məlumdur.

Apple, istifadəçilərinin tam təşəkküllü bir təcrübə təqdim etməyə davam etmək məcburiyyətindədir. Əgər ətrafa baxmağa başlayarsa bu onun üçün heç yaxşı olmayacaq. Bu səbəblə də yeni işlər görməyə davam edəcəklər.

Baxılma sayı (363)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*