Warning: Declaration of tie_mega_menu_walker::start_el(&$output, $item, $depth, $args) should be compatible with Walker_Nav_Menu::start_el(&$output, $item, $depth = 0, $args = Array, $id = 0) in /home1/samir007/public_html/wp-content/themes/sahifa/functions/theme-functions.php on line 1942
Ingiltərədə təhsil alan Günel Məmmədova ilə müsahibə. | Oley.az
Ingiltərədə təhsil alan Günel Məmmədova ilə müsahibə.

Ingiltərədə təhsil alan Günel Məmmədova ilə müsahibə.

Salam Günel xanım istərdim ki oley.az saytının oxucularına özünüz haqqında geniş məlumat verəsiniz.

Salam. Mən Günel Məmmədova 21 yaşım var. Nizami rayonu 250 saylı orta məktəbdən 2011-ci ildə məzun olaraq Bakı Dövlət Universitetinin Kompyuter Elmləri ixtisasına qəbul olmuşam. 2014-cü ildə Xaricdə Təhsil dövlət proqramına təhsilimi xaricdə davam etdirmək üçün müraciət etmişəm və proqramdan müsbət cavab alaraq təhsilimə İngiltərənin Mançester universitetində Kompyuter Elmləri və Riyaziyyat ixtisas üzrə davam etdirmək şansı qazandım. Hal-hazırda burada təhsil almağımdan maksimum dərəcədə yararlanaraq özümü inkişaf etdirmək üçün əilmdən gəldiyi qədər çalışıram.

Xaricdə təhsil almaq fikrinə necə gəldiniz? və niyə məhz ingiltərədə oxumaq istədiniz?

Xaricdə təhsil almaq istəyi məni ali məktəbə qəbul imtahanına mükəmməl səviyyədə hazırlaşmağa sövq edib və bu hər zaman mənim ən böyük motivasiyam olub. Bakı Dövlət Universitetində təhsil alarkən belə məhz bunun üçün uğurlu nəticələr əldə etməyə çalışmışam. İngiltərəni təhsil alacağım ölkə olaraq seçməyimə əsas səbəb burada təhsilin digər Avropa ölkələri ilə müqayisədə daha da yüksək səviyyədə olmasıdır ki, dünyanın top universitetləri arasında məhz bu ölkə öz universitetləri ilə təmsil olunur və bir çox elmi nailiyyətlər məhz təhsil aldığım Mançester Universitetində əldə olunub. Digər tərəfdən, əhalinin çox humanist və sözün əsl mənasında tolerant olması bu ölkəni təhsil alacağım ölkə olaraq seçməyimdə təsiri olmuşdur.

Təhsilinizi bitirdikdən sonra Fəaliyyətinizi hansı ölkədə və hansı sahədə davam etdirmək istəyirsiniz?

Məzun olduqdan sonra təhsilimi magistratura səviyyəsində davam etdirməyi planlayıram. Lakin daha öncə məhz Birləşmiş Krallıqda təcrübə əldə etmək, əldə etdiyim bilikləri iş mühitində tətbiq edərək mükəmməlləşdirməyi düşünürəm. Özümü məhz İnformasiya Texnologiyaları sahəsində görürəm və paralel olaraq elmi fəaliyyətlə məşğul olmağı arzulayıram

Öz tələbəlik həyatınızdan motivasiya olaraq xaircdə oxumaq istəyən tələbələrə nə demək istərdiniz?

Xaricdə təhsil almağı düşünən gənclərə özlərinə inamlı olmağı, məqsədlərində tərəddüd etməməyi və bacardıqları qədər təhsillərində, sosial fəaliyyətlərində uğurlu, aktiv olmaqlarını məsləhət görərdim. Bir çox təqaüd imkanları ilə maraqlanmalarını, müraciət etmələrini, bir sözlə aktiv olmalarını tövsiyə edərdim. Həmçinin hal-hazırda bir çox universitetlərin dərs materiallarını onlayn formada əldə etmək mümkündür, hansı ki hər kəs istifadə edərək yararlana bilər. Yəni yerli universitetlərdə təhsil alan tələbələr belə öz ixtisas biliklərini daha da təkmilləşdirə bilərlər.

 

Maraqlı məmumatlarınızı bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik

Çox şad oldum. Hər kəsə gələcək təhsillərində uğurlar arzulayıram. Təşəkkür edirəm.

 

12274535_924938727593825_7635622293445636867_n 12277995_924938567593841_18146748_n 12278647_924938620927169_7708259987711727653_n 12279164_924938580927173_9217280596230387480_n 11220868_924938804260484_7892164747188223007_n 12239473_924938800927151_2087078329187290475_n 12250035_924938820927149_5847753932296989041_n

 

Baxılma sayı (449)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*