Britaniyada təhsil alan  Samir Balakişi  ilə müsahibə.

Britaniyada təhsil alan Samir Balakişi ilə müsahibə.

Salam Samir bəy istərdim ki oley.az saytının oxucularına özünüz haqqında geniş məlumat verəsiniz.

Salam, Mən Samir Balakişi hal-hazırda Britaniyada PHD in International Political Economy (Doktorantura, Beynəlxalq Iqtisadi Siyasət) oxuyuram.

Təhsilinizi niyə xaricdə davam etmək qərarına gəldiniz?

Xaricdə oxumaq hər zaman ən böyük hədəflərimdən olmuşdur. Çünki burda olan sistem tələbələrin özləri üzərində necə işləməyi, və onlara necə araşdırma etmeyi oyrədir. Yeni bir tələbə üçün istənilən imkan var. Bir il əvvəl elə magistr pilləsini yenə Ingiltərənin Sheffield Univeristetində Beynəlxalq Iqtisadi siyasət Ixtisasını bitirdim.

Təhsilinizi niyə məhz ingiltərədə davam etdirmək istədiniz? buna ilk səbəb nə idi?

Düzü əgər bu sual mənə 10 il əvvəl verilsəydi, sadəcə xəyal olardı deyərdim. Xaricdə oxumaq həvəsi əslində liseydə oxuğum zaman ortaya çıxdı. Bizə Amerika və Ingiltərədə summer school (yay mektebleri) təşkil edirdiler. Amma maddi problem olduğu üçün gedə bilməmişdim. Univeristetdə oxuyanda Böyük Britaniya’ya qış və yay məktəblərinə gəldim. Bu zaman məndə olan o böyük həvəs daha da artmağa başladı. Və 2013 cü ildə magistr pilləsini Sheffield Universitetində oxumağa başladım.

Xaricdə təhsil aldıqdan sonra bunu necə dəyərləndirmək istəyirsiniz? hansı sahə üzrə kariyera qurmaq istəyirsiniz? Və ümumiyyətlə kariyeranızı hansı ölkədə quracaqsınız?

Doktorantura bitirdikdən sonra Akademiyada, yeni tanınmış dünya Universitetlərində Bir Azərbaycanlı olaraq işləmək, Azərbaycan və Azerbaycanlı tələbələrə köməklik etmək istərdim. Amma onu deyə bilərəm ki sadəcə özümü bir sahədə məhdudlaşdırmıram. Akademiya olmaya da bilər, beynəlxalq təşkilatlar və business qurumlar da ola bilər.

Gənclərə özünüzlə bağlı necə nümunə gətirə bilərsiniz? onlara nə demək istərdiniz?

Gənclərə onu deyə bilərəm ki, böyük hədəfləri olsun, hansı ki onlara çoxlu nailiyyətlər gətirə bilsin. Tənbəl olmasınlar. Heç bir şey əziyyətsiz qazanılmır. Hər zaman araşdırmaqla məşğul olsunlar. Bəzən araşdırmadan sadəcə fikir irəli sürürlər ki, xaricdə oxuya bilmərəm, məni qəbul etməzlər, və yaxud çətindir. Amma heçdə elə deyil. Başqa onu da deyə bilərəm ki, birinci addımı atmadan ikinci addımi necə atacaqlarını fikirləşsnlər. Mən magistr oxumağa başlamadan öncə magistrdan sonra nə edəcəyimi artıq hədəfləmişdim. Burda zaman da çox önəmlidir. Zamanlarını səmərəli istifadə etsinlər. Təhsil ilə, elm ilə məşğul olsunlar. Çünki ən önəmli olan şey təhsildir. Sadəce əla təhsilə sahibsənsə istənilən ölkədə və şirkətde sənə iş var. Özləri üzərində çox işləsinlər, bunun üçün gərək fədakarlıq edib vaxt ayırtmaq lazımdır.

Maraqlı məlumatları bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik YBF.

Çox sağolun xoş idi.

 

 

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

12246620_1205759536119196_3322805858337930620_n 12274182_1205759702785846_7817172941949136273_n 12285810_1205759986119151_921355481_n


Baxılma sayı (7123)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>