Özünü Sev! :)

Özünü Sev! :)

Hər kəsi dünyada bir arzu birləşdirir – sevmək və sevilmək. Amma ilk öncə özünüzü sevməkdən başlamalısınız.

Özünüzü digərləri ilə müqayisə etməyi dayandırın. İnsanlar uğuru müxtəlif yollardan əldə edirlər.

Öz bədəninizi necə olmağından asılı olmayaraq çox sevməlisiniz.

Bacardığınız və çox sevərək etdiyiniz məşğuliyyəti tapmalısınız. Ola bilsin siz  uşaqlarla əla yola gedirsiniz, onlarla işləmək sizə xoş olar, və siz bunu bilmirsiniz çünki onlarla işləməyibsiniz.

Dostlarınızla çox vaxt keçirin. Özünüzə vaxt ayırın, çoxdandı maraqlı kitab oxumaq istəyirdiniz və vaxtınızın olmadığını düşünürsünüzsə sizə deməliyəm ki əslində vaxtınız var! Sadəcə işlərinizi planla ölçüb istirahətinizə vaxt ayırmalısınız.

Təmiz havada zaman keçirdin. Yeni küçələr və yollar kəşf edin. Piyada gəzmək çox xeyirlidir. Bunu tez-tez edin. Əgər qarşınıza maşınla və yaxud piyada getmək seçimi çıxıbsa ikincini seçin və ayaqlarınızın köməyi ilə yeni yollar öyrənməyə başlayın. Çoxlu şəkil çəkin, bir neçə ildən sonra onların necə dəyərə sahib olduqlarını anlayacaqsınız.

Əgər kimsə xətrinizə dəyirsə onu rahat buraxın, ona keçmişə yol alması üçün icazə biletini verin, irəliyə doğru addımlamaq lazımdır. Yeni dostlar tanıyın.

Yaxınlarınıza onları necə sevdiyinizi deyin. Onlar yanınızda olmayanda siz hərgün onlar haqqında düşünəcəksiniz və onlarla az zaman keçirdiyinizə peşman olacaqsınız. Çoxdan almaq istədiyiniz əşyanı alın, əgər buna pul xərcləməyi israfcılıq olaraq düşünürsünüzsə bilinki əgər siz ozünüzə pul xərcləməsəniz heç kim sizə sırf istədiyiniz əşyanı almağa pul xərcləməyəcək.

Özünüzün qaygınıza qalın, xarici görünüş sizin daxili əhvalınıza təsir göstərəcək. Aktiv olun bu sizin özünüzü yaxşı hiss etməyinizi təmin edəcək.

Hobbinizin nə olduğunu düşünün bu sizə boş zamanlarınızı səmərəli və əyləncəli keçirməyinizə kömək edəcək.

Səyahət üçün pul yığın. Həyat qısadır və dünyanı seyr etmək lazımdır, orda maraqlı çox yer var.

Özünüzə gülməyi bacarın, əgər səf etdinizsə bundan problem yaratmayın əksinə gülmək üçün bir səbəb olduğunu düşünün..

Oxuyun, sevdiyiniz bir musiqini gün ərzində oxuyun bu sizin ruhunuzu sakitləşdirəcək.

Rəqs edin. Dostlarınızla ailə üzvlərinizlə rəqs edin. Düşünməyin ki bu kənardan xoş görünmür. Sadəcə şənlənin və özünüz üçün rəqs edin.

Tez – tez gülümsəyin. Nə qədər çox gülümsəsəz o qədər çox özünüzü xoşbəxt hiss edəcəksiniz, eyni zamanda ətrafınızdakıları da xoşbəxt edəcəksiniz.

İnsanlara kömək edin və bundan qarşılıq gözləməyin. Qəlbinizi insanlara açıq edin və insanların sizdən istifadə etməsinə icazə verməyin.

Səmaya baxın, səmanın möhtəşəm olduğunun fərqinə varın. Ulduzlara baxın onlar çox qeyri adidir.

Və ən vacib amil. Sən heç zaman hər kəsin xoşuna gələ bilmərsən, bunu anla və özünü SEV!

 

 

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

Baxılma sayı (480)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*