Osloda təhsil almış Skandinaviyaşunas Anar Rəhimovla müsahibə.

Osloda təhsil almış Skandinaviyaşunas Anar Rəhimovla müsahibə.

Salam Anar bəy çox istərdim ki saytımızın oxucularına özünüz və fəaliyyətiniz haqqında məlumat verəsiniz?

Salam mən Anar Rəhimov 1984 cü ildə Bakıda anadan olmuşam, hal hazırda ADU da Norvec dilini tədris edirəm. Onu da qeyd edim ki Norvecin bir çox Universitetləri ilə cox sıx əməkdaşlığımız var, bunun sayəsində hər il ADU nun bir qrup tələbə və müəllimi Norvecin Oslo Bergen və Kristiansand şəhərlərində müxtəlif müddətdə olurlar.Eləcə də Norvecli mütəxəsislər Universitetimizdə müxtəlif səpkili görüşlər keçirir.Mən özüm Universitetimizin rektoru proffessor Səməd Seyidovun dəstəyi ilə 2010-2013 cü illərdə Norvecin Oslo Universitetində Skandinaviyaşunaslıq ixtisasi üzrə təhsil almışam. Təhsilimi bitirdikdən sonra  ADU da pedaqoji fəaliyyətə başlamışam.

Necə olduki xaricdə oxumaq qərarını aldınız və niyə təhsiliinizi Norvecdə davam etdirmək istədiniz?

Əslində hərşey təsadüf nəticəsində baş Verdi. Mən ADU da ingilis dilini tədris edirdim və bir gün Norvecə 3 illik dövlət hesabına təhsil üçün müsahibə haqda bildirişlə tanış oldum, özümü sınamaq qərarına gəldim və şükürlər olsun ki seçildim, beləcə Avropadakı təhsil həyatım başladı.

Norvecdə təhsil almaq sizə və karyeranıza necə təsir etdi?

Sözsüz ilk aylarda çox böyük çətinliklərlə qarşılaşdım. Bunu həm məişət planına həmdə təhsilə aid edirəm. Yeni ölkə yeni mədəniyyət tamamilə yeni mühit insanda istər istəməz mədəniyyət şoku yaradır.  Bununla belə adaptasiyaya cəmi 2-3 ay vaxt lazım oldu. Qeyd etməliyəm ki Norveclilər hər nə qədər soyuqqanlı şimal ölkəsi təsiri bağışlasalar da çox dostcanlı və köməksevərdilər. Universitetə qeydiyyatda, yaşayış yerinin həll olması, yeni tədris proqramları ilə tanışlıq və s işlərdə Universitetdə aidiyyatı qurumlardan çox dəstək gördüm. Mən Norvecin ən böyük Universiteti olan Oslo Universetində təhsil alırdım və ixtisasım skandinaviyaşunaslıq idi.  Norvecdəki təhsilim məni həm şəxsiyyət həm bir mütəxəssis kimi çox dəyişdi. Aropa təhsili dünya təhsil sistemində öncül yerdə durur. Norvecdə tələbədən gözləntilər böyükdü, əgər hazırlaşıb tənbəllik etməyib çalışacağsınıza həm rəhbərlik həm müəllimlər sizə lazımi dəstəyi göstərəcək, əks halda heç bir ugura ümid etmək lazım gəlmir. Çünki uğurun əldə etməyin yeganə yolu çox çalışmaq və işləməkdir. Norvec təhsil sistemində baloniya sistemi ugurla tətbiq olunur, yəni kredit sistemidi və tələbə istədiyi dərs saatını fənni və müəllimi seçmək azadlıgına malikdir.

Bir skandinaviyashunas olaraq norvecdə hansı universiteti tələbələrə məsləhət görərdiniz? Hansı sahə üzrə daha profesional təhsil almaq olar?

Norvecdə  təhsilin hər sahəsi inkişaf edib, ama konkret hansısa sahəni qeyd etməliyəmsə o zaman neft sənayəsi, dəniz biologiyası, insan haqqları və huquqları üzrə təhsil almağı daha çox məsləhət görərdim. Norvecin tanınmış Universitetləri əsasən təmsil etdikləri şəhərlərin adları ilə adlanır. Nümunə olaraq  Oslo Universiteti, Bergen Universiteti, Stavanger Universiteti ve s. Yuxarıda qeyd etdiyim kimi Universitetlər Azərbaycan tələbələri üçün daha cəlbedicidir, xüsusən Stavanger şəhərindəki Universitetdə daha çox Azerbaycanlı tələbə neft sənayəsi üzrə təhsil alır. Onu da vurgulayım ki Norvecdə təhsil tamamı ilə pulsuzdu və yerli ya xarici fərqi yoxdu tələbə dövlət Universitetlərində təhsil üçün heç bir  ödəniş etmirlər.  Amma yaddan çıxartmayaq ki Norvec dünyanın ən bahalı ölklərindən biridi və bu ölkədə tələbə həyatı yaşamaq maddi cəhətdən bir az çətin ola bilər.

Xaricdə oxumaq istəyən tələbələrə dünyanı gəzmiş biri olaraq nə demək istərdiniz? Hansı ölkələrdə təhsil almaları məsləhətlidir?

İlk oncə prioritet sahə, maddi imkanlar, qarşıya qoyulan məqsəd və s. nəzər yetirilməlidir. Ümumi danışaq avropa təhsili dünya təhsil sistemində bir addım öndə kimi görsənir bunu bir neçə fakt şərtləndirir, gözəl infrastrukturlu, hər şəraitli tələbə şəhərcikləri, sabitlik, yüksək müəllim tələbə anlaşmasını nəzərə  alaraq Avropanı  məsləhət görərdim.Avropa təhsili fikirimcə tələbələrimzə müstəqil düşünmək, müxtəlif mənbələrlə işləmək bacarığı, müstəqil həyata öyrəşmək və bu kimi müsbət keyfiyyətləri də aşılaya bilər. Konkret ölkə adı çəkməliyəmsə düşünürəm ki Skandinaviya ölkələri və Almaniya Azerbaycanlə tələbəyə daha uyğun gəlir, amma ölkəsindən və mühitindən asılı olmayaraq hər bir tələbə Azerbaycan sərhəddini keçərkən qarşısına məqsəd qoymalı və  həmin məqsədə çatmağa calışmalıdır, çox çalışmaq, ixtisasa dərin yiyələnmək və Azerbaycanı təmsil etməyimizi unutmamaq əsas şərtlərdəndi.

 

Maraqlı məlumatlarınızı bizimlə paylaşdığınız üçün təşəkkür edirik YBF

men teshekur edirem ve butun telebelerimize bu yolda ugurlar arzu edirem.

 

64538_456087727790041_1059189576_n 292607_325529264179222_1712574608_n 314795_365803576818457_771814757_n 551164_308621179203364_1478562203_n 557486_383654961699985_369426401_n 579273_317824331616382_128566129_n 970598_521213017944178_1272912622_n 1460012_585997188132427_871722487_n 1460084_589885167743629_1966641954_n

Baxılma sayı (532)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*