İstanbul Universitetində təhsil alan Nümrəddin bəylə müsahibə.

İstanbul Universitetində təhsil alan Nümrəddin bəylə müsahibə.

Salam Nümrəddin bəy çox istərdim ki özünüz haqqında oley.az saytının oxucularına geniş məlumat verəsiniz.

Salam. Mən Numrəddin 22 yaşım olmağına baxmayaraq özümlə tanışlığım hardasa 16-17 yaşlarıma təsadüf edir. Bu vaxtdan etibarən başa düşürdüm ki, mən həyatım boyunca həftənin 7 gününün 5 günü çalışıb, 2 gününü yaşamağa gəlməmişəm. Ətrafımdakılar, tanıdığım şəxslər kimi müəyyən yaşa qədər işləyib, sonra təqaüdə çıxıb, nəvələrimə baxmaq istəmirəm. O vaxtdan bəri gün bə gün, ay ba ay gələcəyimlə yazdığım “Bucket list”lərim mənim üçün daha çox həyəcanlı və maraqlı idi çünki. Düşünürdüm ki, mən elə bir sahədə çalışmalıyam ki, bir müddətdən sonra pul üçün işləmək məcburiyyətində qalmayım, bir müddətdən sonra işləmədən belə sabit gəlirim olsun. Bundan sonra gələcəyimi mənə həyəcan verən və xoşbəxt edən şeylərdən ibarət edim.
Bunun üçün sahibkarlıqla məşğul olmaq ən uyğun yol idi. Və hədəfimi belə müəyyən etdim ki, özümü 30 yaşına qədər o dərəcədə inkişaf etdirib və gücləndirməliyəm, elə bir şirkətə sahib olmalıyam ki, 30 yaşımdan sonra işləmək məcburiyyətim olmasın. Yəni 30 yaşımdan sonra pensiyaya çıxım.
Bunun üçün Memarlıq və İnşaat Universitetində Menecment üzrə təhsil aldım. Bu müddətdə sahibkarın ən minimal bilməli olduğu 5 sahənin təlim, ixtisasartırma kursları bitirdim, kitab və məqalələrini oxudum. Bunlar üçün bu müddətdə bir neçə dəfə ölkə sərhədlərini aşdım, öz sərhədlərimi də. 4 il ərzində idarəçilik təcrübəsinə sahib oldum, bu mənə gələcəkdə öz şirkətimi necə idarə etməklə bağlı çox önəmli detalları öyrətdi. Bu müddətdə 10 nəfərdən 500 nəfərə kimi şəxsin olduğu layihələri hazırladım, yazdım, idarə etdim. Bir xidmət necə hazırlanır, necə insanlara təklif olunur, necə gücləndirilir bunları öyrənmiş oldum. Əksikliklərimdən ən önəmlisi bu biliklərimin daha çox kiçik və orta dərəcəli qurumlarla limitli olmasıydı. Və İstanbul Universitetinə bu problemin həllinə viza olan Marketinq təhsilimi almağa gəldim. 2-ci ilimdən etibarən bu məsələ üzərində işləmiş olacam.

İstanbulda oxumağınızın gələcək hədəfinizlə nə kimi bağlılığı var? Oxuduğunuz universitetdən nə gözləyirsiniz?

Bu təhsilin mənə verəcəyi faydalar müxtəlif istiqamətlidir. Bunlardan ən önəmlisi xüsusi bir sahədə ixtisaslaşmağıma kömək etmiş olacaq. Çünki istənilən halda dar ixtisaslaşma çox önəmlidir. Menecment çox genişdir ona görə bunu Marketing menecmenti ilə darlaşdırmağı seçdim. Bu mənim bir sahəni daha dərin, daha yaxşı bilməyimə, peşəkar olmağıma kömək olacaq. Digər bir cəhət, gələcək sahibkarlıq fəaliyyətim üçün kifayət qədər önəmə sahib olacaq bilikləri ala biləcəyimdir. Praktiki və digər nümunələrlə, qeyri formal təhsil metoduyla istədiklərimi əldə edə biləcəm. Bundan əlavə, Bakıda olduğum vaxt hiss edirdim ki, comfort zonama bağlı olmağa çalışıram yavaş yavaş. Daha çox mübarizə, çalışmağın olmalı olduğu bir yeri seçməli idim, bu baxımdan universitetin mənə yaradacağı çətinliklər, özümdən daha güclü şəxsləri tanımağım mənim inkişaf həyəcanımı daha çox artıracaqdı.

Hansı universitetdə oxuyacağınızı necə təyin etdiniz? Və bu haqda sual qarşısında qalan tələbələrə nə demək istərdiniz?

“Xaricdə təhsil” ifadəsi müxtəlif insanlar üçün müxtəlif mənaları ifadə edir.
Bu bəzi insanlar üçün daha maraqlı həyat tərzi, bəziləri üçün gəzmək, görmək, bəziləri üçün mütəxəssis olma, bəziləri üçün isə həyatının dönüş nöqtəsi ifadələrinə bərabərdir.
Xaricdə təhsil almaq istəyiniz varsa, təklif edərdim ilk öncə dəqiqləşdirəsiniz siz bunlardan doğurdan da hansını istəyirsiniz və xaricdə təhsil ifadəsi sizin üçün nə mənaya gəlir.
2-ci olaraq əgər doğrudan da istəyirsinizsə, yaxşı olar ki, 1-ci kursdan etibarən bunlar üçün etməli olduqlarınız haqqında daha ciddi araşdırasınız. Bura hansı əlavə dili öyrənməkdən universitet ballarına qədər müxtəlif tələblər aiddir.
3-cü olaraq bu istəyin sadəcə istək olaraq qalmaması üçün çalışasınız və işi şansa buraxmayasınız. Əgər təhsil almaq üçün ailənizdən böyük maddi dəstək almayacaqsınızsa, bu sahədə üzərinizə daha çox yük düşür. Mən Master təhsilim üçün indiyə kimi 10-a yaxın universitdən qəbul aldım, amma bunlardan mənim üçün ən real və uyğun olanını seçməyə çalışdım. Bəzi şəxslər birbaşa IELTS alım İngiltərəyə müraciət edim həyəcanındadırlar amma bunun sadəcə istək olmaması üçün maliyyə tərəfini də düşünmək lazımdır. Örnək olaraq, 2014-cü ildə Birmingham Universitetinə qəbul oldum, Beynəlxalq Biznes-də magistr dərəcəsi üzrə. Xaricdə təhsil üzrə dövlət proqramı vardı və testlərindən keçdinsə təqaüd verirdilər. Amma özümü bununla limitləndirmədim. Paralel olaraq, İngiltərədə daha 2 universitetə qəbul aldım, daha sonra İtaliyadan, Türkiyədən 2 universitetdən qəbul aldım. Təhsilimi yarımçıq qoymamaq üçün ölkəmizdə də Magistr imtahanı verib, 115 balla Xəzər Universitetinə daxil oldum.
Eyni vaxtda bütün bu qədər işi paralel görməyimin səbəbi, bir yerdən yox cavabı alanda, həvəsdən düşüb, normal həyatıma davam etməmək idi. Dövlət proqramından mənfi cavab aldım, İtaliyaya təqaüd çıxmadı, ölkəmizdə təhsil haqqı təhsilə uyğun qiymətləndirilməmişdi, ona görə İstanbul Universitetində təhsil almağı qərarlaşdırdım. Və çox təşəkkür edirəm IB Club tərəfindən təhsilim maliyyələşir. Yuxarıdan da başa düşüldüyü kimi bu istəyi sadəcə istək olaraq qoymamaq, şansa buraxmamaq lazımdır əgər doğurdan da iddialıyıqsa.

Motivasiya qaynağınızı oxucularla paylaşmağınıza sevinərdim.

Motivasiya qaynağım 30 yaşımdan sonra keçirəcəyim həyat tərzidir. İstənilən çətinliyin içində olanda, istənilən problemlə üzləşəndə məni ən çox motivasiya edən bunun 30 yaşdan sonrakı həyatım üçün yolun bir parçası olduğunu düşünməkdir. Hər dəfə maraqlı gələn ölkələrin şəkillərini qovluqlara əlavə edəndə, “hə bunu da edərəm” deyib qeydlər edəndə, “Ölmədən ediləcək 100 dəlilik” listimi hazırlayanda motivasiyamı yeniləyirəm.

Xaricdə təhsilini davam etdirmək istəyən gənclərə nə deyə bilərsiniz? bu arzularına görə xaricə getdikdə nəyə hazır olmalıdılar?

Necə ki, İngiltərədə oxuyan tələbə bütün günü BigBen-in ətrafında deyil, Fransada oxuyan Eifel qülləsindən şəhəri izləmir, buradakı tələbələr də ətrafdan göründüyü kimi hər gün İstanbul turu etmir . Dünyanın istənilən nöqtəsində olsun iddialı tələbə xarici ölkəyə əylənməyə deyil öyrənməyə gəlir.
Özünüzə Avropa turu edəcəm, ölkələri gəzəcəm kimi gözləntilər yaratmayın.
Bir məqamı nəzərdə saxlamaq lazımdır ki, istər Xaricdə təhsil üzrə dövlət proqramı, istər digər təqaüdlər  verən qurumların təmin etdikləri təqaüdlər əsasən təhsil haqqı və digər zəruri xərclərə xitab edir çox vaxt. Bunun üçün də, hədəfiniz əsasən təhsil üzərindən olsun.
Ən əsası çətinliklərə düşməyə, hər şeyin bəzən tərs gedəcəyinə, hər hansı problem anında tək qalacağınıza hazır olmalısınız minimal olaraq.

Sonda Gənclərə mühim olan nələri demək istərdiniz.

Ən önəmli məsələ, həyatda hiss etməsək də, yaşıdlarımızla, aid olduğumuz gənc nəsli ilə rəqabətdə olduğumuzu anlamağımızdır. Məktəbi bitirib universitetdə qəbul olanda ərizə verən 50.000 tələbəni (şərti) qabaqlayan 10.000 nəfərlik qrupa daxil oluruq deyək. Hər hansı bir dil öyrənməklə, özümüzə yeni keyfiyyətlər qazandırmaqla bu 10.000-lik qrupda daha çox insanı geridə buraxmağa başlayırıq. Nəticə olaraq, bu, məzun olanda 100 vakansiya üçün 10.000 tələbə ilə deyil 100-200 tələbə ilə rəqabətdə olmağımıza şərait yaratmış olur. Yəni öyrəndiyimiz, özümüzə qazandırdığımız hər bir keyfiyyət bizim üçün digər tələbələrə görə rəqabət üstünlüyü yaratmış olur. Bu bizim istədiyimiz sahələrə digərlərindən seçilərək və üstün olaraq daxil olmağımıza şərait yaradır. Bunun üçün də ən mühüm olan özümüzə rəqabət üstünlüyü yaratmağımızdır.

Maraqlı məlumatlarınızı bizilmə paylaşdığınız üçün təşəkkürlər YBF.

Göstərdiyiniz diqqətə görə təşəkkür edir və fəaliyyətinizdə uğurlar arzulayıram.

 

12208630_10205178781808587_2123460092633881885_n 12219586_10205178780928565_6590845201279316178_n 12227735_10205178788168746_3419582918995006376_n


Baxılma sayı (765)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>