Steve Jobsun son sözləri.

Steve Jobsun son sözləri.

Stiv Cobsun son sözləri. Ancaq bir şey var ki, o itiriləndə heç zaman tapıla bilməz , “Həyat”. İnsan əməliyyat otağına gedərkən anlayacaq ki, onun oxuyub bitirə bilmədiyi bir kitab var “Sağlam həyat haqqında kitab”. Mən iş həyatında uğurun zirvəsinə çatdım. Başqalarının gözündə mənim həyatım uğurun reallığıdır. Eyni zamanda, işdən kənarda mənim xoşbəxtliyim var. Nəhayət. varlı olmaq yalnızca vərdiş etdiyim bir həyat faktıdır. Bu anda xəstə yatağında uzanaraq və bütün həyatımı xatırlayaraq mən anlayıram ki, bütün bu sərvət və qürur ölum anında mənə anlamsız gəlir. Qaranlıqda, mən həyatın dəstək maşınlarının yaşıl işıqlarına baxaraq və mexaniki səslərin uğultusunu eşidərək, ölüm tanrısının mənə yaxınlaşan nəfəsini hiss edirəm. İndi mən bilirəm ki, həyatımız üçün yetərincə sərvət yaradıb qurtaranda, biz sərvətlə bağlı başqa məsələlərin də ardınca qaçmalıyıq. Nəsə çox vacib bir şey olmalıdır: Ola bilsin ki münasibət, incəsənət, uşaqlıq illərinin arzusu… Dayanmadan var-dövlət dalınca qaçmaq insanı çaşbaş varlığa çevirəcək, məhz mənim kimi. Tanrı bizə sərvət arzulamaq üçün deyil, hər kəsin qəlbindəki sevgini hiss edə bilmək üçün hisslər verib. Mən həyatımda qazandığım sərvəti özümlə gətirə bilmirəm. Gətirə bildiklərim isə yalnızca sevgi qazandıqlarımdır. Bu həqiqi sərvətdir, hansı ki hər zaman sizi izləyəcək, sizə işıq və güc verəcək ki, davam edə biləsiniz. Sevgi minlərlə mil səyahət edə bilər. Həyat əngəl tanımır. Hara getmək istəyirsinizsə ora gedin. Qalxmaq istədiyiniz zirvəyə qalxın. Bunlar tamamilə sizin qəlbinizdə və əlllərinizdədi. Dünyada ən dəyərli yataq hansıdır? Əlbətdəki xəstə yatağı. Maşını sizin əvəzinizə istifadə edəcək birini tapa bilərsiniz, pulu sizin əvəzinizə qazana biləcək birini də tapa bilərsiniz, ancaq xəstəliyə sizin əvəzinizə dözəcək adamı tapa bilməzsiniz. Maddi itirdiklərimizi yenidən tapa bilərik. Ancaq bir şey var ki, itirəndə heçvaxt tapılmaz, bu “Həyat” dır. İnsan əməliyyat otağına gedərkən anlayacaq ki, onun oxuyub bitirə bilmədiyi bir kitab var “Sağlam həyat haqqında kitab”. Həyatın hansı mərhələsində olmağımıza baxmayaraq zamanla biz həyatın eniş nöqtəsi ilə də qarşılaşacağıq. Sərvət ailənizə, həyat yoldaşınıza və dostlarınıza olan sevgidir. Özünüzə yaxşı baxın.


Baxılma sayı (327)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>