Internet Bankçılığı nədir?

Internet Bankçılığı nədir?

İnternet artıq günümüzdə böyük/kiçik, gənc/yaşlı hərkəsin aktiv olaraq istifadə etdiyi bir məcradır. İnternet mühitinin bu qədər inkişaf etdiyi bir zamanda, inkişaf etmiş banklarda internet mühiti ilə ayaqlaşmalıdırlar. Dünyada və ölkəmizdə milyonlarla insan banklardan aktiv olaraq istifadə edirlər. Pul ilə bağlı bir çox işlərimizi həyata keçirdiyimiz bankların şöbələrinə artıq əvvəlki kimi əziyyət çəkərək getmirik, bunnun səbəbi də internetdir. Artıq bütün inkişaf etmiş banklar “İnternet bankçılığı “ adı ilə müştərilərə şöbəyə getmədən bir çox əməliyyatları əlinin altında edə bilmə imkanı təqdim edir.

Necə?

İş texnologiya ilə bağlıdır. Banklar ümumilikdə saytlarına qoyduqları internet bankçılığı paneli ilə istifadəçilərinə şöbəyə getmədən əməliyyatı həyata keçirə biləcəklərini bildirir. Bunlardan ən vacibi həvalə, kommunal xərclərin ödənilməsi və daha çox əməliyyalkardır. Üstılik bu əməliyyatları etmək sadəcə 2 ya 3 klikdən ibarətdir. Bankların təqdim etdikləri xidmət sayəsində milyonlarca bank istifadəçiləri şöbəyə getmədən evində, ofisində və ofis xaricində pul ilə bağlı bütün əməliyyatlarını həyata keçirə bilərlər. Bunun üçün bank şöbənizə internet bankçılığı istifadəçi müqaviləsi imzalayıb ç=şifrə almaq kifayətdir. Bank istifadəçisi məlumatlarınız ilə birlikdə internet bankçılığl panelinə giriş edib hər cür bank əməliyyatınızı gerçəkləşdirə bilərsiniz. Üstəlik banklar bu xidməti heç bir ödəniş almadan həyata keçirir.Masa üstündə internet bankçılığı oldugu kimi mobil telefonda  da internet var. Bunun sayəsində kompyuteriniz olmadığı halda belə əməliyyatları telefon vasitəsi ilə də həyata keçirə bilərsiniz.

Güvənlidir mi?

Banklarda çox önəmli  məlumatlarımız və pulumuz var. Buna görə də istifadəçilərin əksəriyyəti internet bankçılığını güvən problemi səbəbindən istifadə etməkdən çəkinir. Əslində bu mövzuda haqsız da sayılmazlar, cünki artıq internetin hər yerində hesab oğurlanmaları hallarına rast gəlmək olur. Lakin banklar bu mövzuda işlərini sağlam tuturlar. Demək olar ki bütün banklar internet bankçılığı üçün şifrələmə və məxfilik tədbirləri alınır. Müştəri panelində girişdə panel 256 bit SSL sertfikatlı şifrələmə ilə şifrələnir. Eyni zamanda girişdə bank məlumatlarınızın tək istifadə ilə  telefonunuza giriş kodu da göndərilir və bu kod ilə giriş edə bilirsiniz, bu zaman telefonunuzla həyata keçirdiyiniz həyata keçirdiyiniz hər bir əməliyyatdan sonra telefonunuza məlumat göndərilir. Bütün bunlarla bərabər internet banlçılığı panelində  bəlli bir zaman əməliyyatı həyata keçirdikdən  sonra  avtomatik olaraq çıxış olur. Texnologiyanın bir neməti olan internet bankçılığı güvənli və diqqətli istifadə etsəniz heç bir problemlə üzləşməzsiniz. İnternet bankçılığı haqqında daha geniş məlumat almaq istəsəniz bankınızın məlumat mərkəsinə zəng edərək və ya bankın ən yaxın şöbəsinə yaxınlaşaraq məlumat ala bilərsiniz.

 

 

 


Baxılma sayı (342)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>