Warning: Declaration of tie_mega_menu_walker::start_el(&$output, $item, $depth, $args) should be compatible with Walker_Nav_Menu::start_el(&$output, $item, $depth = 0, $args = Array, $id = 0) in /home1/samir007/public_html/wp-content/themes/sahifa/functions/theme-functions.php on line 1942
Xarici Dil öyrənməyin 10 psixoloji faydası. | Oley.az
Xarici Dil öyrənməyin 10 psixoloji faydası.

Xarici Dil öyrənməyin 10 psixoloji faydası.

Keçmişdə insanlar iki dil öyrənməyin zehində qarışıqlıq yaradacağını düşünürdü. Daha da irəli gedənlər, bir dili tam öyrənib ikinci bir dili öyrənməyə ehtiyyac  olmadığını  düşünürdülər. Bu mövzuda ən absurt  fikir isə iki dil öyrənməyin bir sıra şızofreniya və ya  beyin pozulmasına səbəb olduğudur. Bəzi araşdırmalar iki dil öyrənməyin problem yaradacağı fikrini dəstəklədi, Bu araştırmaçılar iki dilli insanların daha az söz bazası olduğunu dedilər. Ancaq bu kiçik dezavantajlar, yeni araşdırmaların yaratdığı müsbət dalğalar sayəsində kölgədə qalmış kimi görünür. Yeni araşdırmalar başqa bir dil öyrənməyin inanılmaz psixoloji faydalarının olduğunu təsdiqləyir. Və bu faydalar xaricdə bir fincan kofe sifariş verə bilməyiniz ya da otelinizə gedən yolu soruşa bilməyinizin üçün çox önəmlidir.

 1. Beyin inkişaf edir.

Beyindəki dil mərkəzləri uğurlu dil öyrənməyin bir nəticəsi olaraq inkişaf edir və böyüyür. Nə qədər yaxşı öyrənsəniz, beyinin bu bölgələri o qədər çox inkişaf edir və böyüyür.

2. Yaddaşı itirməkdən qurtarır.

İki dillilik  Alzaymr xəstəliyinə yaxın insanlarda xəstəliyi təxmini 5 il gecikdirir. Olduqca inanılmaz görünür ancaq yeni çalışmalar da bu nəticəni dəstəkləyir. Bu belə izah oluna bilər. Başqa bir dil oyrənməyin yaddaş itkisi üzərindəki təsiri ən yeni dərmanlar əldə etməkdən çox daha yüksəkdir.

3. Dili daha yaxşı qavramağı təmin edir.

İki dilli olmaq daha inkişaf etmiş  dinləmə bacarığını  da öz bərabərində gətirir. Çünki beyin iki ya daha çox dildə yer alan fərqli tipdəki səsləri ayırd  etmək üçün çox çalışmaq məcburiyyətində qalır.

 4. Dili daha rahat hala gətirir.

İki dilli evlərdə böyüyən kiçik uşaqlar daha öncə heç eşitmədikləri dilləri belə ayırd edə bilirlər, məsələn İspanca, İngiliscə və Fransızca arasındakı fərqi görə bilirlər.

5. Yaddaşı gücləndirir.

İki dilli mühitdə böyüyən uşaqlar tək bir dil ilə böyüyənlərə nisbətən daha güclü çalışan yaddaşa sahibdirlər. Bu zehnsəl hesablama oxuma və  daha çox həyati bacarıqları mövzusunda daha yaxşı olduqları mənasına gəlir.

6. Eyni anda çox şey bacarır.

İkidilli insanlar bir dildən digərinə daha tez şəkildə keçə bilirlər. Gözlənilmədən vəziyyətə adaptasiya olurlar.

7. Diqqəti artırır.

İki dilli insanların diqqətləri üzərində daha güclü idarəni yaradır. Həmin insanlar diqqətlərinin dağılmasını çox daha rahat sərhədləyə bilirlər.

8. Aktivliyi iki qata çıxarır.

İki dilli insanlarda artan diqqət ya da eyni anda çox iş edə bilmək ciddi inkişafın göstəricisidir. Bunun səbəbi iki dilli insanların hər iki dili də eyni anda aktiv hala gətirməsidir.

 9. Görməyin yeni üsullarını öyrədir.

Yeni bir dil öyrənmək kəlimənin tam anlamında dünya görüşünüzü dəyişər. Məsələ üçün Yaponca açıq mavi və tünd mavi  ayrı ismlərlə istifadə edildiyi üçün bu dili öyrənən bir ingilis bu rəngi fərqli şəkillərdə anlamağa başlaya bilər.

10. Ana dilinizi inkişaf etdirir.

İkinci bir dil öyrənmək diqqətinizi dilinizə mücərrət və quruluş verməyinizə səbəb olacağı üçün, öz dilinizə də faydalı olmağınızı təmin edə bilər. Geoffrey Üillians ın dediyi kimi “Bir dili yaxşı anlamaq üçün ən azı iki dili anlamağınız vacibdir”

Digər ölkələrin mədəniyyətlərini öyrənməyə kömək edir.

Bütün bu 10 faydanın sonrasında xarici bir dil öyrənməyin ən gözəl faydalarından  birisi başqa bir mədəniyyəti öyrənmək və öz mədəniyyətinizi başqa bir mədəniyyətin gözündən görməyinizi təmin edər. Başqabir dil öyrənərək ikinci bir ruh qazana bilərsiniz.

 

 

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili” 

5. “Young Business Factory – “Professional Fransız dili”

Baxılma sayı (473)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*