Mikro kreditlәr üzrә qrup rәhbәri (Bakı vә Şirvan üzrә)

Mikro kreditlәr üzrә qrup rәhbәri (Bakı vә Şirvan üzrә)

Tәlәblәr:

 İqtisadi tәhsil;

 Mikro kreditlәrlә iş sahәsindә 3-4 il tәcrübә;

 Azәrbaycan vә rus dilindә sәrbәst danışıq bacarığı;

 Analitik düşüncә;

 İdarәetmә bacarığı;

 Әla ünsiyyәt qurma vә komandada işlәmәk bacarığı;

 

Vәzifә öhdәliklәri:

 Mikro kredit mәhsullarının satışı prosesinin keyfiyyәtli şәkildә tәşkili vә icra olunmasına nәzarәt;

 Mikro kredit mәhsulları üzrә mövcud il üçün tәsdiqlәnmiş vә Bankın büdcә planında nәzәrdә tutulmuş satış planlarının hәyata keçirilmәsinә nәzarәt;

 Filialda mikro kredit mәhsullarının birbaşa satış prosesinin effektiv tәşkilindә iştirak vә onun düzgün icrasına nәzarәt;

 Filialda mikro kredit sahәsindә çalışan qrup әmәkdaşlarının kredit portfelinin tәhlili vә nәzarәti.

 

Qeyd: Mikro kreditlәr üzrә mütәxәssislәrә vә qrup rәhbәrlәrinә daxili şәrtlәr çәrçivәsindә göstәrilәn әmәk haqqından әlavә bonusların verilmәsi nәzәrdә tutulur.

Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub cv@expressbank.az ünvanına göndərməyinizi xahiş edirik. Expressbank ASC-nin CV formasını göndərməzdən əvvəl onu ilk öncə lazımi qaydada doldurub komputerin yaddaşında saxlamağınız, və daha sonra yaddaşda saxlanılan doldurulmuş CV formasını e-mail vasitəsilə göndərməyiniz xahiş olunur.

Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.

Namizədliyiniz üzrə mövcud vakansiya yarandığı halda İnsan Resursları şöbəsinin əməkdaşları qısa zaman ərzində Sizinlə əlaqə saxlayacaqlar.




Baxılma sayı (370)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>