Warning: Declaration of tie_mega_menu_walker::start_el(&$output, $item, $depth, $args) should be compatible with Walker_Nav_Menu::start_el(&$output, $item, $depth = 0, $args = Array, $id = 0) in /home1/samir007/public_html/wp-content/themes/sahifa/functions/theme-functions.php on line 1942
Məhsul Marketinqi şöbəsi (Mobil İnternet Üzrə Yarimbölmə Rəhbəri) | Oley.az
Məhsul Marketinqi şöbəsi (Mobil İnternet Üzrə Yarimbölmə Rəhbəri)

Məhsul Marketinqi şöbəsi (Mobil İnternet Üzrə Yarimbölmə Rəhbəri)

Son tarix: 01.11.2015

Şöbə: Məhsul Marketinqi şöbəsi

Vəzifənin adı: Mobil İnternet Üzrə Yarimbölmə Rəhbəri

Vəzifə təlimatı: Həm istehlak, həm də biznes bazarı üçün keyfiyyətli və yeni mobil internet məhsullarının təqdim olunmasında liderliyi öz üzərinə götürmək; Bakcell şirkətinin mobil

internet portfeli üçün biznes strategiyanı və məhsul konsepsiyasını yaratmaq; Məhsulların və xidmətlərin tam həyat dövrünü idarə etmək – ideya formalaşdırmaq, konsepsiyanı inkişaf etdirmək, potensialı qiymətləndirmək, qiymət təyin etmək, təhlil etmək; İstənilən məhsulun funksionallığını müəyyən etmək və bütün elementlərin göstərilmiş tələblərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək üçün digər qruplarla əməkdaşlıq etmək; Mobil data xidmətləri üçün yeni biznes modellər işləyib hazırlamaq; Mobil internet xidmətləri üçün bazar meyllərini müəyyən etmək; Mobil İnternet Gəlirləri, Kütləvi istehlak məhsulları bazarında və Korporativ məhsullar bazarında Mobil İnternetin və Smartfonların nüfuzetmə səviyyəsi üzrə qoyulmuş hədəflərə nail olmaq üçün məhsulları inkişaf etdirmək və icra etmək; Bakcell brendini daşıyan mobil telefon cihazları üçün təkliflər işləyib hazırlamaq; Rəqiblərin fəaliyyətini izləyib təhlil etmək və rəqabətə qarşı qabaqlayıcı və cavab tədbirlərini işləyib hazırlamaq; Mobil internet xidmətlərinin məhsuldarlığı üzrə Əsas Effektivlik Göstəricilərini (KPİ) işləyib hazırlamaq və nəzarət etmək; Əsas marağı olan tərəflər üçün nailiyyətlər və əsas inkişaf mərhələləri üzrə status yenilənmələrini hazırlamaq və təqdim etmək

Təhsil: Bakalavr və ya Magistr dərəcəsi

Dil bilikləri: İngilis, Azərbaycan və Rus dilləri

Komputer bacarıqları: MS Office – Word, Excel, Outlook

İş təcrübəsi: Telekommunikasiya sənayesində Məhsulların inkişaf etdirilməsi sahəsində ən azı 3 il təcrübə; Mobil İnternet Məhsullarının inkişaf etdirilməsi sahəsində uğurlu iş təcrübəsi

 

Sizi maraqlandıran suallarınızı hr@bakcell.com ünvanına göndərə bilərsiniz.

 

Müraciət və CV göndərmək  üçün Rəsmi səhifəyə daxil olun :  http://bit.ly/1PIfoLL 

Baxılma sayı (612)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*