Sektor müdiri vəzifəsi

Sektor müdiri vəzifəsi

Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

 

Bərdə “ASAN xidmət” mərkəzi

Vətəndaşların hüquqlarının təminatı sektoru

sektor müdiri vəzifəsi

 

Vəzifənin kodu: 151019

İş yerinin ünvanı: Bərdə rayonu, Heydər Əliyev prospekti, 100

İnzibati vəzifənin təsnifatı: 7-ci təsnifat

Vəzifə maaşı: 340 manat

Qulluq funksiyaları:

  • vətəndaşların əldə etmək istədikləri sənəd üçün hansı şöbəyə və hansı sənədlərlə müraciət etməli olduqları haqqında məlumat verilıməsinin təşkil edilməsi
  • sektorun əməkdaşlarının fəaliyyətlərini operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq həyata keçirməsinə nəzarət edilməsi
  • Mərkəzdə baş vermiş münaqişəli məsələlərin həll olunması
  • Mərkəzdə baş vermiş problemli məsələlərlə bağlı Mərkəzin rəhbərliyinə və Agentliyin Aparatına yazılı hesabatların verilməsi
  • sektorun əməkdaşları arasında iş bölgüsünün aparılması və sektorun fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi
  • mərkəzlərdə fəaliyyətin bütün vətəndaşlar üçün təqvimin bütün günlərində fasiləsiz həyata keçirilməsinin təşkil edilməsi
  • vətəndaşların məlumat əldə etməsini asanlaşdırmaq məqsədi ilə tədbirlərin görülməsi
  • sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi və s.

Vəzifənin tutulması şərtləri:

  • təhsil: hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqaməti üzrə ali təhsil
  • iş stajı: azı 1 il
  • kompüter bilikləri: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə)
  • xarici dil bilikləri: İngilis dili (orta səviyyədə), rus dili (orta-yüksək səviyyədə)

İmtahan testinin quruluşu:

Xüsusi qabiliyyətlərə dair tələblər:

  • problem həlletmə və qərarvermə: problemlər qarşısında özünü itirməmək, problemin səbəbini, kökünü təyin etmək, məlumatlar və faktlar əsasında düzgün mühakimə yürütmək, onun həllinə obyektiv yanaşaraq həmin problemi həll etmək və düzgün qərar qəbul etmək qabiliyyəti
  • təşkilatçılıq: ona tapşırılmış işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə əlaqədar özünün və tabeliyində olan ehtiyatları məqsədlərə doğru düzgün istiqamətləndirə bilmək qabiliyyəti
  • şifahi və yazılı ünsiyyət: fikir, rəy və hissləri şifahi nitq, yazışmalar və hərəkətlər vasitəsilə ifadə etmək qabiliyyəti
  • yaradıcılıq və təşəbbüskarlıq: məsələlərin həlli və icrası üçün yeni təkliflər vermək, fikirlər irəli sürmək, onları həyata keçirə bilmək, gündəlik işlərdən əlavə işlər görməyə təşəbbüs göstərmək qabiliyyəti

Müsabiqədə iştirak etmək üçün vətəndaşlar Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması“nı 01 oktyabr 2015-ci il tarixdən 30 oktyabr 2015-ci il tarixdə saat 18:00‑dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət Forması elektron qaydada Komissiyanın “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti vasitəsilə,  şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla  təqdim edilə bilər.

 

Qeyd:

  • Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın 6.3-cü bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməyən, habelə bilərəkdən yanlış məlumatlar vermiş namizədlər müsabiqədən kənarlaşdırılırlar.

 

Müsabiqə test imtahanı və müsahibədən ibarətdir.

Test imtahanının proqramları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytından tanış olmaq olar.

Namizədlər test imtahanının keçirilmə vaxtı və yeri haqqında məlumatları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında www.csc.gov.az (və ya www.dqmk.gov.az)yerləşdiriləcək test imtahanı qrafikindən əldə etməlidirlər.

Qeyd:

  • Test imtahanına gələn namizəd özü ilə mütləq şəxsiyyətini təsdiq edən sənədinin əslini (şəxsiyyət vəsiqəsi, müvəqqəti şəxsiyyət vəsiqəsi və ya pasport) gətirməlidir. Şəxsiyyəti təsdiq edən sənəd olmadıqda və ya etibarsız olduqda namizəd imtahana buraxılmır.

 

Test imtahanından uğur qazanmış namizədlər müsahibədə iştirak etmək üçün test imtahanı nəticələrinin Komissiyanın internet saytında yerləşdirildiyi gündən sonrakı 10 iş günü ərzində aşağıdakı sənədləri Komissiyaya təqdim etməlidirlər:

  • ərizə
  • şəxsiyyəti təsdiq edən sənədin surəti
  • kadrlar uçotunun şəxsi vərəqəsi
  • ali təhsil haqqında sənədin surəti
  • əmək kitabçasının surəti
  • ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (olduğu təqdirdə)
  • sağlamlıq haqqında arayış
  • rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6)

 

  Qeydlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti notarial qaydada, ali təhsil haqqında sənədin surəti notarial qaydada, əmək kitabçasının surəti notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən, ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq edilməlidir.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar. Dövlət qulluqçuları barələrində intizam tənbeh tədbirinin tətbiq edilməməsi ilə bağlı qulluq keçdikləri dövlət orqanının kadr qurumunun arayışını təqdim etməlidirlər.
  • 1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Qanunvericiliklə başqa hal nəzərdə tutulmadıqda yalnız son 6 ay ərzində verilmiş sağlamlıq haqqında arayış qəbul edilir.
  • Kadrlar uçotunun şəxsi vərəqəsi vətəndaş tərəfindən əl ilə doldurulmalı və hazırkı dövrü əks etdirməlidir.
  • Fotoşəkillərin hamısı eyni olmalı və hazırkı dövrü əks etdirməlidir.
  • Namizədlər sənədlərini nəzərdə tutulmuş müddət daxilində poçt vasitəsi ilə də göndərə bilərlər.

Müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında yerləşdiriləcəkdir. Namizədlər bu məlumatları Komissiyanınwww.csc.gov.az (və ya www.dqmk.gov.az) saytından əldə etməlidirlər.

Əlaqə telefonları: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi, (012) 465 87 93/94/97 (daxili: 124, 127, 128).

 

 

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili”


Baxılma sayı (339)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>