Abşeron rayon statistika idarəsi rəis müavini vəzifəsi

Abşeron rayon statistika idarəsi rəis müavini vəzifəsi

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Abşeron rayon statistika idarəsi

rəis müavini vəzifəsi

 

Vəzifənin kodu: 132120

İş yerinin ünvanı: Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi 46

İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat

Vəzifə maaşı: 410 manat

Qulluq funksiyaları:

  • rayon ərazisində yerləşən uçot vahidlərindən statistik hesabatların müəyyən olunmuş vaxtda və qaydada toplanıb yekunlaşdırılmasının təşkili
  • yekun məlumatların Dövlət Statistika Komitəsinə təqdim edilməsi
  • rayonun sosial-iqtisadi göstəriciləri üzrə yekun məcmuələrin hazırlanması və təhlili işlərinin təşkili
  • səlahiyyətləri daxilində idarəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılması işinin təşkili və s.

Vəzifənin tutulması şərtləri:

  • təhsil: iqtisadiyyat və idarəetmə və əmtəəşünaslıq, informatika və hesablama texnikası, riyaziyyat və sosiologiya ixtisas istiqamətləri üzrə ali təhsil
  • iş stajı: ixtisası üzrə azı 1 il
  • kompüter bilikləri: MS Windows, MS Office, Internet və s.  (yüksək səviyyədə)
  • xarici dil bilikləri: rus dili (orta səviyyədə)

Xüsusi qabiliyyətlərə dair tələblər:

  • problem həlletmə və qərarvermə: problemlər qarşısında özünü itirməmək, problemin səbəbini, kökünü təyin etmək, məlumatlar və faktlar əsasında düzgün mühakimə yürütmək, onun həllinə obyektiv yanaşaraq həmin problemi həll etmək və düzgün qərar qəbul etmək qabiliyyəti;
  • təşkilatçılıq: ona tapşırılmış işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə əlaqədar özünün və tabeliyində olan ehtiyatları məqsədlərə doğru düzgün istiqamətləndirə bilmək qabiliyyəti;
  • şifahi və yazılı ünsiyyət: fikir, rəy və hissləri şifahi nitq, yazışmalar və hərəkətlər vasitəsilə ifadə etmək qabiliyyəti;
  • yaradıcılıq və təşəbbüskarlıq: məsələlərin həlli və icrası üçün yeni təkliflər vermək, fikirlər irəli sürmək, onları həyata keçirə bilmək, gündəlik işlərdən əlavə işlər görməyə təşəbbüs göstərmək qabiliyyəti.

 

Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 1 oktyabr 2015-ci il tarixdən 20 oktyabr 2015-ci il tarixdə saat 18:00‑dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) tərəfindən aparılır. Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak edə bilərlər:

 

Vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxs­lərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır)

 

Bu şəxslər ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • ərizə
  • şəxsiyyəti təsdiq edən sənədin surəti
  • kadrlar uçotunun şəxsi vərəqəsi
  • ali təhsil haqqında sənədin surəti
  • əmək kitabçasının surəti
  • ixtisas dərəcəsini təsdiq edən sənədin surəti
  • rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6)

 

Azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər

 

Bu şəxslər ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • ərizə 
  • şəxsiyyəti təsdiq edən sənədin surəti
  • kadrlar uçotunun şəxsi vərəqəsi
  • ali təhsil haqqında sənədin surəti
  • əmək kitabçasının surəti
  • sağlamlıq haqqında arayış
  • ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (olduğu təqdirdə)
  • rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6)

 

Qeydlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti notarial qaydada, ali təhsil haqqında sənədin surəti notarial qaydada və ya bu sənədi təqdim edən ali təhsil müəssisəsi tərəfindən, əmək kitabçasının surəti notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən, ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq edilməlidir.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar. Dövlət qulluqçuları barələrində intizam tənbeh tədbirinin tətbiq edilməməsi ilə bağlı qulluq keçdikləri dövlət orqanının kadr qurumunun arayışını təqdim etməlidirlər.
  • 1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Qanunvericiliklə başqa hal nəzərdə tutulmadıqda yalnız son 6 ay ərzində verilmiş sağlamlıq haqqında arayış qəbul edilir.
  • Kadrlar uçotunun şəxsi vərəqəsi vətəndaş tərəfindən əl ilə doldurulmalı və hazırkı dövrü əks etdirməlidir.
  • Fotoşəkillərin hamısı eyni olmalı və hazırkı dövrü əks etdirməlidir.

Müsahibə namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və zəruri olan şəxsi keyfiyyətlərini yoxlamaqla vəzifəyə uyğunluğunu müəyyən etmək məqsədi daşıyır. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibədə namizədin ixtisas dərəcəsi, attestasiya nəticələri, vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasının artırılması da nəzərə alınacaq.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.csc.gov.az (və yawww.dqmk.gov.az) internet saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə  etməlidirlər.

Müsahibəyə və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Komissiyanın www.csc.gov.az (və ya www.dqmk.gov.az) internet saytına müraciət edilə bilər.

Əlaqə telefonları: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi, (012) 465 87 93/94/97 (daxili:124, 127, 128)

 

 

 

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili”


Baxılma sayı (594)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>