Hüquqşünas (Mingəçevir, Yevlax, Göyçay, Ağdaş)

Hüquqşünas (Mingəçevir, Yevlax, Göyçay, Ağdaş)

“Mol Bulak” BOKT MMC Regional Hüquqşünas (Mingəçevir, Yevlax, Göyçay, Ağdaş) vəzifəsinə işçi qəbulu elan edir.
Azərbaycan üzrə 30-a yaxın filial şəbəkəsinə, habelə 30.000 artıq müştəriyə malik olan “Mol Bulak” BOKT MMC kiçik və orta sahibkarlarlığın inkişafına köməklik göstərir. “Mol Bulak” təşkilatı hazırda Regional Hüquqşünas (Mingəçevir, Yevlax, Göyçay, Ağdaş) vəzifəsinə işçi qəbulunu elan edir. Aktiv vakansiyalarla bağlı daha ətraflı məlumatı www.molbulak.az səhifəsindən əldə edə bilərsiniz.

• Vəzifənin əsas məqsədi: Mol Bulak təşkilatının Mingəçevir, Göyçay, Ağdaş və Yevlax filiallarına hüquqi dəstəyin göstərilməsi;
• Qanunverciricilik sahəsi: Mülki, əmək, inzibati və icra haqqında qanunverciliyi bilmək;
• İş rejimi: Tam iş günü;
• Seçilmiş namizədin iş yeri: Təşkilatın qeyd olunan rayonlarda yerləşən ofislərindən biri.

Əsas vəzifə və öhdəlikləri:
• Təşkilatın mənafeyini dövlət orqanları və idarələrində qoruyur və müdafiə edir;
• Məhkəməyə qədər hüquqi tədbirlər, iddia və şikayət ərizələrinin tərtib edilməsi;
• Məhkəmədə təmsilçilik, icra məmurları ilə iş;
• Girovların rəsmiləşdirilməsi və qeydiyyatı və sair hüquqi məsələlərin icrası;
• Problemli kreditlər üzrə məhkəmələrə iddialar hazırlayır, məhkəmələrdə Təşkilatı təmsil edir;
• Məhkəmə qərarlarının vaxtında icraya yönəldilməsinə və onların qanunvericiliyə müvafiq icra edilməsinə nəzarət edir;
• Bununla bağlı məhkəmə icraçıları ilə daim əlaqə saxlayır, borcların qaytarılması üçün tədbirlər görür.

Namizədə qarşı tələblər:
• Ali hüquqi təhsil;
• Azərbaycan dilini mükəmməl bilməli;
• Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi;
• Məhkəmə icraçıları ilə iş təcrübəsinə malik olmalı;
• Yaş həddi: 25-40 arası;
• Microsoft və ofis proqramlarını mükəmməl bilməli.

Uğurlu namizədə təklif edirik:
• Rəqabət qabiliyyətli əmək haqqı;
• Gənc və peşəkar kollektivdə çalışmaq imkanları;
• İş məqsədləri üçün telefon kartı və danışıq limiti.

Tələblərə cavab verən namizədlər 18 oktyabr, 2015-ci il tarixinədək a.ayaz@molbulak.com e-ünvanına CV-ni göndərməklə müraciət edə bilərlər. Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Regional Hüquqşünas). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Qeyd: Əvvəlki iş yerlərindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, eyni zamanda dələduzluq, rüşvət, prosedur pozuntuları və sair neqativ səbəblər ilə işdən ayrılmış şəxslərdən iş üçün müraciət etməməkləri xahiş olunur.

 

 

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili”


Baxılma sayı (348)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>