Layihə təklifləri üçün elan

Layihə təklifləri üçün elan

İnsan alveri ilə mübarizə sahəsində fəaliyyətlərlə bağlı Bakı və Azərbaycanın digər şəhər və bölgələrində qeydiyyatdan keçmiş KİV konsorsiumları üçün

                                          BMqT Tərəfindən Maliyyələşmə İmkanı

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi
Elanın verilmə tarixi:
15 sentyabr 2015-ci il
Layihə təkliflərinin göndərilməsi üçün son tarix:
05 oktyabr 2015-ci il saat 16:00.
Layihə təklifləri elektron ünvana, faks və ya poçt vasitəsilə göndərilə bilər
.

Son tarixdən sonra qəbul edilmiş layihə təklifləri nəzərə alınmayacaq. 

  1. Layihə haqqında məlumat

Bu Layihə təkliflərinə dair elan ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə BMqT-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliyi üçün əməkdaşlığın gücləndirilməsi – IV Faza” Layihəsi çərçivəsində verilmişdir.
Kütləvi İnformasiya Vasitələri (KIV), xüsusilə, Bakıdan kənarda fəaliyyət göstərən təşkilatlar aktiv tərəfdaşlar olaraq insan alveri ilə mübarizə sahəsinə töhfə verə bilərlər. KİV konsorsiumlarının insan alveri ilə mübarizə, qurban və potensial qurbanlara yardım edilməsi sahəsində aktiv tərəfdaşlar olaraq təşəbbüslər irəli sürməsi və onlara maliyyə dəstəyinin göstərmək məqsədilə BMqT, Azərbaycanın xüsusilə, bölgələrindəki KİV nümayəndələrini layihə təkliflərini hazırlamağa və təqdim etməyə dəvət edir.

  1. Layihə təkliflərinə dair elanın məqsədi

Bu Layihə təkliflərinə dair elanın məqsədi Bakı və başlıca olaraq, Azərbaycanın bölgələrində fəaliyyət göstərən KİV nümayəndələrini birgə konsorsiumlar yaratmağa dəvət etmək və insan alveri ilə mübarizə və təhlükəsiz miqrasiya ilə bağlı proqramların geniş auditoriyaya çatdırılması üzrə layihələrini həyata keçirmək üçün dəstəkləməkdən ibarətdir.
BMqT, layihə təkliflərinə dair bu elan vasitəsilə KİV-ləri insan alveri ilə mübarizə sahəsində öz potensillarından səmərəli istifadə etmək üçün cəsarətləndirmək məqsədi daşıyır.

  1. Maliyyələşdirmə üçün uyğun fəaliyyətlər və digər meyarlar

3.1  Aidiyyəti proqram sahələri və fəaliyyətləri

Aşağıda qeyd olunan aidiyyəti proqram sahələri və fəaliyyətlərinə nümunə ola bilər, lakin bununla məhdudlaşmır. Müraciət edənlər proqram çərçivəsində dəstəklənən sahələrə uyğun innovativ ideyalar irəli sürməyə dəvət olunurlar.
Azərbaycanda hüquq-mühafizə orqanlarının cəlb olunması ilə əlaqəli olan fəaliyyətlər bu Layihə təkliflərinə dair elanın əhatə dairəsinə aid deyil.

3.1.1      İnsan alveri və məcburi əməyə qarşı mübarizəyə dair maarifləndirmə

Nümunələr

  • Əhali, xüsusilə, qadınlar, gənclər, özəl sektor və ya digər risk qrupları ilə fokus-qrup müzakirələri;
  • Baxımsız və təhsildən yayınan uşaqlarla müsahibələr;
  • İnsan alverinin yeni formalarına dair jurnalist araşdırmaları;
  • İnsan alveri qurbanlarına qarşı stereotiplərin aradan qaldırılması məqsədli ictimai proqramların hazırlanması və yayımı;
  • Sosial reklamların hazırlanması, yayımlanması və/və ya məlumatların yayılması;
  • Gənclər arasında foto və rəsm sərgiləri, teatr tamaşaları və/və ya rəsm/inşa müsabiqələri;
  • İnsan alveri qurbanları haqqında məqalələrin yazılması zamanı KİV tərəfindən məxfiliyin təmin edilməsi və etik qaydalara əməl edilməsinə dair tədbirlər.

3.1.2      İnsan alveri qurbanlarının inteqrasiyası və reinteqrasiyası

Nümunələr

  • Qurbanların və potensial qurbanların inteqrasiyası və reinteqrasiyasını təşviq edən təfərrüatlı araşdırma əsasında, sənədli filmlərin çəkilməsi və jurnalist araşdırmalarının dərc olunması, fotoromanların hazırlanması, karikaturların çəkilməsi;
  • İnsan alveri və ya məcburi əməyə məruz qalmış şəxslərə qarşı cəmiyyətin ayrı-seçkilik münasibətinin və ya davranışının qarşısını almaq və ya dəyişdirmək  üçün mədəni tədbirlər və ya kampaniyalar.

 

3.2  Təklif olunan fəaliyyətlərin başlanma tarixi 15 oktyabr 2015

3.3  Təklif olunan fəaliyyətin müddəti: minimum 1 ay, maksimum 3 ay

3.4  Təklif olunan fəaliyyətin icra olunacağı yerlər: Azərbaycan və xüsusilə, onun bölgələri.

3.5  Mümkün maliyyələşmənin ümumi məbləği: seçilmiş KİV konsorsiumları üçün cəmi 40 000 ABŞ dolları ayrılacaq

3.6  Hər müraciət üçün təklif olunan məbləğ: 10 000 ABŞ dollarını keçməməlidir.

3.7  Müraciət edənlər üçün meyarlar: Uyğun namizəd hesab olunmaları üçün təşkilatlar aşağıdakı meyarlara cavab verməlidirlər:
3.7.1      Bütün müraciətçilər konsorsiumlar yaratmalı və onun əsasında fəaliyyət göstərməlidir.

3.7.2      Hər bir konsorsium ən azı iki KİV təşkilatından (qəzet, jurnal, televiziya, radio, elektron mətbuat və ya sərbəst fəaliyyət göstərən KİV nümayəndəsindən) ibarət olmalıdır.

3.7.3      Konsorsium üzvlərindən ən azı biri Bakı istisna olmaqla, Azərbaycanın digər şəhər və bölgələrində qeydiyyatdan keçmiş olmalıdır. (Bu məqsədlə uyğun olaraq  3 nömrəli Qoşmanı (müraciətçiyə dair məlumat forması) doldurun).

3.7.4      Hazırda dövlət qulluqçusu statusunda olan şəxslər tərəfindən yaradılmış və/və ya idarə olunan KİV-lərin layihə təklifi müraciətləri nəzərə alınmayacaqdır.

3.7.5      Müraciətçi/tərəfdaş yalnız bir müraciətdə iştirak edə bilər. Birdən çox müraciətdə iştirak edən müraciətçilərin/tərəfdaşların layihə təklifləri nəzərdən keçirilməyəcək və seçilməyəcək.

3.7.6      Təsviri layihə təklifi formasında görüləcək işlərin xülasəsi verilməlidir. Məsələn, yazılacaq məqalələrin/jurnalist araşdırmalarının mövzusu və planı; sosial çarx və ya proqram çəkilişləri zamanı ssenarilər.

  1. Layihə təkliflərinin verilməsi prosedurları

4.1  Təkliflərin göndərilməsi üçün son tarix: 05 oktyabr 2015, saat 16:00

4.2  Layihə təklifləri aşağıda qeyd edilən ünvanlara ingilis və ya Azərbaycan dillərində elektron poçt, poçt və ya faks vasitəsilə və ya şəxsən təqdim edilə bilər. Layihə təklifləri çap edilmiş şəkildə təqdim edilərsə, onların 3 nüsxədə göndərilməsini xahiş edirik.

  • Poçt və ya birbaşa təqdim etmək üçün ünvan: Azərbaycan, Bakı, Yaşar Hüseynov 18, AZ 1069, BMqT-nin Azərbaycandakı Nümayəndəliyi;
  • iombaku@iom.int elektron poçt ünvanına Project Proposal for combatting trafficking in persons mövzusunu əlavə edərək göndərin;
  • Faks: 012 465 90 73

4.3  Layihə təkliflərinin göndərilməsi üçün aşağıda qeyd olunan formalardan istifadə olunmalıdır: təsviri layihə təklifi, büdcə və müraciətçiyə dair məlumat formaları.

4.4  Diqqət

  • Layihə təklifləri verilmiş formalarda hazırlanmalıdır.
  • Layihə təklifi formalarında tələb olunan bütün məlumatların tamamlanmaması həmin layihə təklifinin nəzərə alınmaması ilə nəticələnəcək.
  • Yuxarıda qeyd edilən son tarixdən sonra qəbul edilən layihə təklifləri nəzərə alınmayacaq.

4.5  BMqT üçün əlaqələndirici şəxs

Layihə təkliflərini göndərməzdən əvvəl müraciətçilərin bu qrant elanına dair hər hansı sualları yaranarsa, aşağıda qeyd edilən elektron poçt və ya faks ilə əlaqə saxlaya bilərlər. Nəzərə alın ki, suallar və cavablar telefon vasitəsilə ünvanlana bilər, lakin BMqT tərəfindən texniki suallara dair cavablar seçim prosesi və ya maliyyələşməyə dair yekun nəticəyə zəmanət vermir.

  • Könül Kərimova
  • Tel: 012 465 90 71/72 (daxili 17)
  • Faks: 012 465 90 73
  • Elektron poçt: kkarimova@iom.int
  1. Layihə təkliflərinin qiymətləndirilməsi və seçim prosedurları

Ədalətli və şəffaf qiymətləndirmə, həmçinin, yekunda seçilmiş layihələrin maliyyələşdirilməsi üçün BMqT, layihə təkliflərinin qiymətləndirilməsi üçün İdarəetmə komitəsinin yaradılmasını təmin edəcək və komitə elan əsasında göndərilmiş qrant ərizələrinin nəzərdən keçirilməsi və təsdiqi ilə məşğul olacaqdır. İdarəetmə komitəsi BMqT-nin, digər müvafiq milli və beynəlxalq təşkilatların və donor təşkilatın nümayəndələrindən təşkil olunacaq.

  1. Maliyyələşmə prosedurları

 

BMqT, təklif olunan fəaliyyətləri dəstəkləmək üçün tələblərə cavab verən ən azı 4 KİV konsorsiumun seçilməsini nəzərdə tutur. Bu Layihə təklifinin tərkib hissəsi kimi təqdim edilmiş büdcəyə (Qoşma 2) və təsviri layihə təklifi formasına (Qoşma 1) əsasən fəaliyyətlərin həyata keçirilməsi üçün təsdiq edilmiş bütün xərclər BMqT-nin standart inzibati və maliyyə prosedurlarına uyğun olaraq maliyyələşdiriləcək.

Maliyyə vəsaiti 3 mərhələdə KİV konsorsiumları tərəfindən göstərilmiş bank hesabına köçürüləcək:

6.1  Birinci mərhələ təsdiq edilmiş vəsaitin 35%-ni əhatə edir və layihənin həyata keçirilməsinin başlanması iləödəniləcək;

6.2  İkinci mərhələ təsdiq edilmiş vəsaitin 35%-ni əhatə edir və layihə fəaliyyətlərinin 35%-nin tamamlanması, aralıq hesabatın təqdim edilməsi və təklif olunan fəaliyyətlərin layihənin birinci mərhələsi üçün uğurla həyata keçirilməsi şərti ilə ödəniləcəkdir;

6.3  Üçüncü və sonuncu mərhələ təsdiq edilmiş vəsaitin 30%-ni əhatə edir: seçilmiş hər bir konsorsium üçün layihə sənədində nəzərdə tutulmuş bütün fəaliyyətlərin tamamlanması və yekun təsviri və maliyyə hesabatlarının təqdim olunmasından sonra ödəniləcəkdir. Bu ödəmə yekun olacaq və dəyişiklik edilməyəcək. Ödəmə, yekun hesabatın BMqT-yə təqdim edilməsi və təsdiq edilməsi əsasında həyata keçiriləcək.

Təklif olunan layihələr bu elanda əks olunan tələblərə cavab verməzsə, BMqT hər hansı layihəni maliyyələşdirməmək hüququnu özündə saxlayır.

Müraciətçilər tərəfindən saxta məlumatların verilməsi və ya layihənin, həmçinin, ayrılmış vəsaitin yanlış idarəedilməsi aşkarlanarsa, BMqT, maliyyələşməni geri götürmək və ya dayandırmaq hüququna malikdir.

Qoşmalar

  1. Təsviri layihə təklifi forması
  2. Büdcə təklifi forması
  3. Müraciətçiyə dair məlumat forması




Baxılma sayı (645)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>