Kimyaçı – Mühəndis (Kürdəmir Süd Emalı Zavodu MMC)

Kimyaçı – Mühəndis (Kürdəmir Süd Emalı Zavodu MMC)

Azərsun Holdinq, Kürdəmirdə yerləşən “Kürdəmir Süd Emalı Zavodu” MMC üçün Kimyaçı – Mühəndis vakansiyası üzrə işçi qəbulunu elan edir. İş haqqında məlumat və namizədlərdən tələb olunan şərtlər aşağıda qeyd edilmişdir:

İş haqqında məlumat:

 İSO 17025 standartına uyğun laboratoriyanın fəaliyyətinin təşkil olunması;
 Laboratoriya personallarına ümumi rəhbərlik;
 İş təlimatlarına, AZS, Avropa, başqa regional və beynəlxalq standartlara uyğun analizlərin yerinə yetirilməsi;
 Cihazların vaxtaşırı (iş təlimatlarına uyğun) kalibrasıyasının edilməsi;
 Cihaz və avadanlıqların texniki qulluğunun yerinə yetirilməsi;
 Laboratoriyada istifadə olunan məhlul və qarışıqların hazırlanması;
 Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi.

Namizədə aid tələblər:

 Kimya və ya Qida Mühəndisliyi ixtisası üzrə ali təhsilli olmalı;
 Bu sahədə ən azı 4 illik təcrübəyə sahib olmalı;
 Təhlükəsizlik və Əməyin Mühafizəsi Qaydalarını bilməli;
 MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 30.09.2015 tarixinədək cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Kimyaçı – Mühəndis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

 

 

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili”


Baxılma sayı (559)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>